Hər bir ailədə sağlamlıq və bu mövzuya dair hər bir xırdalığa çox önəm verilir. Övladlarının sağlam böyüməsi üçün əlindən gələni əsirgəməyən valideynlərin bir nömrəli düşməni xəstəlikdirsə, iki nömrəli düşməni allergiyadır. Bəzi uşaqlarda allergiyanın irsi forması rast gəlinsə də, digər uşaqlarda (hətta bəzi böyüklərdə də) qəfldən "üzə" çıxır. "Heç nəyə allergiyam yoxdur" deyən birində günlərin bir günü allergiya əlaməti görmək heç də, qeyri-adi hal deyil. Dəniz suyundan gözlərimiz şişə ( və ya qaşına), durduq yerdə yaz fəslinin gəlişi ilə ətrafa pərən-pərən səpilmiş ağac tozcuqlarına qarşı asqıra və ya bütün yaz boyu burnu tıxanıq halda yaşamaq məcburiyyətində qala bilərik. İndiki zamanda qəbul etdiyimiz qidaların tərkibi bir çox hallarda allergiyaya səbəb olur. İrsi olaraq allergiya daşıyıcısının da, diqqət etməsi lazım olan bir neçə qida növü vardır. Tibbi araşdırma apardıqdan sonra qərara gəldim ki, allergiya yaradan qidaları siz Qadın.Netlilərlə də, bölüşüm.
1. Süd. Süd məhsullarının faydası çoxdur. Ən əsas da, onun kalsium mənbəyi olması bir çoxları tərəfindən sevilən və istifadəsi vacib olan qidalardandır.
2. Qatıq. Qatıq mədə bağırsaq fəaliyyətinə, yüksək və ya alçaq təzyiqi olanlar üçün çox lazımlı qidadır. Lakin onun da allergiya verən tərkibi vardır.
3. Dondurma- yay fəslinin ləzzətlisi, uşaq dünyasının möhtəşəm dadı olan dondurmadan bir çoxumuz imtina edə bilmirik. Hətta pəhriz saxlayan xanımlarımız da, dondurmaya yox deyə bilmirlər. Allergiya vermə səbəbi tərkibindən və növündən asılıdır. Və yuxarıda qeyd etdiyimiz kimi süd məhsullarının əksəriyyəti də ( xama daxil olmaqla) allergiya tərkiblidir.
4.Mayonez- niyə mayonez? Ona görə ki, mayonezin hazırlanmasında yumurtadan istifadə edilir. Yumurta da, allergiya verən qidaların önündə gəlir.
5.Qoz –adətən qoz öskürəklə biruzə verən allergiyalı şəxslərə təsir edir.
6. Bal-min bir dərdin dərmanı olan, 500-dən çox xəstəliyin müalicəsində istifadə edilən bal tərkibindəki müəyyən çiçək şirələrinə görə allergiya verə bilər. Lakin ən çox allergiya verən bal növü təbii olmayan baldır.
7. Çuğundur-heç hiss etmisinizmi ki, allergiyalı uşaqlar borş şorbasını sevmirlər? Çünki tərkibindəki çunğundur,pomidor və rəndələnmiş kök allergiya verən qidalar arasında ön sıralarda yer alır. Növbəti sıralarda: sosis və kolbasalar , toyuq əti, şokolad, kakao, çiyələk, qarpız, sitrus meyvələrin (limon, feyxoa, narıngi, portağal,ananas, banan və s.) hamısı, çərəz cipsiləri, limonad, natural meyvə şirələri allergiya verir. Övladınızda bu kimi qidaların hər hansınasa allergiya verdiyini müəyyən etsəniz həmin qida ilə daha diqqətli davranın. Yox əgər allergiyalı uşağın dəqiq olaraq hansı növ qidaya allergiya verdiyini təyin etmək istəsəniz, allergiya testi etdirmək üçün tibb müəssisələrinə müraciət edin. Sağlam olun, sağlam ömür yaşayın....