Qadin.NET / Nə üçün xiyar yeməliyik?

Nə üçün xiyar yeməliyik?

Xiyar bədəni su ilə təmin edir. Qan təzyiqini azaldır və susuzluğu aradan qaldırır. Xiyarın da sadaladığımız tərəvəzlər kimi sidikqovucu təsiri var. O, böyrək daşının yaranmasının qarşısını alır.

Nə üçün xiyar yeməliyik?

Mixəyi xiyar suyunda bir gün saxlayıb, ikinci gün onu çıxarıb, bal şərbəti ilə içmək lazımdır. Bu prosedur bir müddət davam etməlidir. Qarışıq üz dərisini təravətləndirib, cavanlaşdıracaq. Xiyar eləcə də baş ağrısı və ürək döyüntüsünü aradan qaldırır. Xiyarı döyüb, təpitmə halında dəri üzərinə qoymaqla qaşıntını aradan qaldırıb, dərini yumşalmaq mümkündür.

Nə üçün xiyar yeməliyik?

İstiliyiniz olduğu zaman xiyar yeyin hərarəti salır. Orqanizmdə olan toksinləri məhv edir. Xiyar A, B və C vitaminləri ilə zəngindir. Xərçəng xəstəliyinə qarşı mübarizə aparan tərəvəzlərdən biridir. Həzmi yaxşılaşdırır, kilo itirməyinizdə kömək edir. Şəkər xəstələri üçün məsləhət edilən tərəvəzlərdəndir. Qan təzyiqini normallaşdırar, Qanda şəkəri aşağı salar. Saç və dırnaqların uzanmasına yardımçı olar.

Yorğunluqda göz ətrafinda yaranan şişlərin üzərinə bir dilim xiyar qoyun.  

Nə üçün xiyar yeməliyik?

Həmin şişlərin azaldığını hiss edəcəksiniz. Hamiləlik zamanı böyrəkdə zülalın həcmi çoxalır. Bu zaman xiyar yesəniz zülalın azalmasına kömək edəcək. Və bəzən də xiyarın hamiləlik zamanı yaranan ürəkbulanmalara da yaxşı təsir etdiyini həkimlər qeyd edirlər. 

Xiyardan hazırlanan maskalar bütün növ dərilər üçün uyğundur. Nəmliyini itirmiş və həssas dəri üçün məsləhətdir. Maska dərini yaxşı yumşaldır və sakitləşdirir. Sonda sizə xiyardan hazırlanan bir maska təqdim edirəm.

Nə üçün xiyar yeməliyik?

Badam yağı- 1x.q

Bal- 1 x.q

Təzə xiyar- 1 x.q

Əvvəlcədən təmizlənmiş üzünüzə yağı, balı və xiyarı növbə ilə lay-lay çəkin. 10-15 dəqiqə saxlandıqdan sonra silin.

1 oktyabr 2015
GO BACK