Qripin mütləq müalicə edilməsi lazımdır, əks təqdirdə həddən artıq maye itkisinə görə ölümə səbəb ola bilər.
Qış aylarında bədəni təsiri altına alan virusların başında qripə səbəb olan influenza A,b və C viruslarıdır. İnfluenza A ev heyvanlarında, donuzlarda, quşlarda, insanlarda xəstəlik yaradır. Bunlara H1N1 virusları deyilir. C qrupunda olanlar çox yüngül təsir edir və epidemiyalara səbəb olmur. İnfluenza B qrupu isə sadəcə insanlarda xəstəliyə səbəb olur. Qripin yüksək temperatura, şiddətli ağrılar, zökəm və öskürək kimi əlamətlərlə ortaya çıxır. Ona görə bu virus mütləq müalicə edilməlidir. Əks halda xəstədə müşahidə edilən hədsiz maye itkisi ölümə səbəb ola bilər.
Qripdən qorunmaq üçün ilk növbədə immunitet sistemini gücləndirməliyik. Bu xəstəliyə yaxalanmamaq üçün C vitamini qəbul etmək çox vacibdir. Qripliykən yüksək dozada C vitamini qəbul etmək lazımdır. Meyvələrin çox istehlak edilməsinin də zərəri yoxdur. Qrip olan şəxs ağır idmandan qaçınmalıdır. Orqanizmi qüvvətləndirmək üçün vücudu yükləməmək lazımdır. Məşqlər qrip olmadan əvvəl müntəzəm olaraq aparılmalıdır. D vitamini az isə onu artırmaq üçün dərmanlardan istifadə edərək bu çatışmazlığı tamamlamaq lazımdır.
Sentyabr və oktyabr aylarında tətbiq edilən qrip vaksinlərinin insanları qripdən 100 faiz qorumadığını görürük. Qrip vaksinlərinin qoruyuculuq nisbəti 70 % ilə 80 % arasındadır. Yəni qrip peyvəndi yüzdə 20 ilə 30 arasında qorumaz. Qrip peyvəndi olunduqdan sonra qrip ola bilərsiniz. Yəni bunun səbəbini peyvəndə bağlamayın. Peyvənd tətbiq olunduqdan sonra 2 ilə 3 həftə arasında təsirini göstərir.
Qrip vaksinlərini istəyən hər kəsə tətbiq etdirə bilər, xüsusilə 50 yaş üstü şəxslərin, həkimlərin, tibb bacılarının, səhiyyə işçilərinin və tələbələrin bu peyvəndi etdirməyi lazımdır. Kütləvi nəqliyyat vasitələrindən istifadə etmək, ətraf mühitlə yaxın təmas içində olmaq, ictimaiyyətdə və insanların çox olduğu ərazilərdə olunduğu zaman qripin daha asan yayılmasına səbəb olur. Bu səbəblə daim insanların içində olan adamlar bu peyvəndlər vastəsilə qripə qarşı tədbir görə bilərlər.
Qripi soyuqdəymə ilə qarışdırmayın.
Qripin adi bir soyuqdəymə ilə qarışdırmamaq lazımdır, iki xəstəlik arasındakı fərqi belə açıqlamaq olar: “Soyuqdəymə viruslarla yaranan bir xəstəlikdir. Boğaz ağrısı və yüngül vücud hərarəti ilə özünü göstərir. Hərarət olur və bədən ağrıları çox yüngüldür. Ayaqüstü sağala bilər. Qripdə isə məhz burun şikayətləri, daim davam edən burun axıntısı, gəniz axıntısı, göz qaşıntısı və öskürək kimi şikayətlər ortaya çıxa bilər. Qrip soyuqdəyməyə görə daha uzun müddətlidir. Müalicə olunmadan keçməz, qripdən fərqi budur.
Qrip olan xəstələrdə yüksək temperatura və maye itkisi baş verib halsızlıq, zəiflik və hərarət görülür, qripli xəstələrə verilən antibiotiklərin faydası yoxdur. Bəzi ağrı kəsici dərmanlar qəbul etmək olar.