Hamiləlikdə varikoz nədir?
Varikoz dərində olmayan venaların xəstəliyidir. Həm estetik, həm də sağlamlıq baxımından əhəmiyyətli bir haldır. Xüsusilə ayaqlarda dərində olmayan venaların nizamsız bir şəkildə uzanması, genişlənməsi və qıvrımlar yaratması halı varikoz adlanır. Varikoz sözü Latınca Varix (qıvrımlaşmış damar) sözündən gəlir. Bədənimizdə qanı ürəyə aparan venaların bunu içlərindəki balaca qapaqlar vasitəsilə həyata keçirirlər. Qapaqlar tək istiqamətli çalışaraq qanı yuxarı, qəlbə doğru itələyir. Varikoz bu qapaqların yaxşı işləmədiyi hallarda ortaya çıxır. Qapaqların yaxşı işləməməsi genetik olaraq zəif olmasından qaynaqlandığı kimi uzun müddət ayaqda qalaraq işləmək məcburiyyətində olunan peşə qruplarında da çox görülür. Hamiləlikdən əvvəl varikoz var ola bilər, hamiləlikdə tədbir görülməsə, daha da böyüyəcəkdir və ya əvvəlcədən gözlə görünən bir varikoz yox ikən hamiləliyin təsiri ilə görülə bilən halda olacaqdır. Hamiləlikdə xüsusilə vücudda dövr edən qan miqdarının artması, hormonların təsiri ilə damarların dah da zəifləməsi və eyni zamanda qarında olan böyümə və çəki artımı ilə ayaqlarda olan təzyiqin artması da təbii olaraq varikozun əmələ gəlməsini sürətləndirir.
Hamiləlikdə varikozun yaranmasına nə səbəb olur?
Hamiləlikdə görünən varikozlar xüsusilə genetik olaraq venaların içindəki qapaqlarının quruluşuq pozğunluğu, daim ayaqda qalaraq işləmək məcburiyyətində olan peşə qruplarında, hamiləlikdən əvvəl də olan varikozlar hamiləlikdə daha da irəliləyir. Hamiləliyin özü təkbaşına da varikoz əmələ gəlməsinə səbəb ola bilər. Xüsusən uşağın bədənin altında qalan damarlara verdiyi təzyiq varikozun yaranmasına amildir. Bu təzyiq təsiri artıq çəki olan bölgələrdə və çox hamilələrdə daha da çox olur.
İkinci amil: Hamiləlikdə artan hormonların bütün bədənin əzələlərində olduğu kimi toplar damarların divarlarındakı əzələlərdə də zəifləmənin təsir etməsidir. Beləliklə, damarlar içində qan yığılması ilə asanlıqla genişlənərək varikoz damarlar halını alırlar. Yenə hamiləlikdə orqanizmdə dövr edən qan miqdarının həcm olaraq artması da varikozun əmələ gəlməsini asanlaşdıran bir amildir.
Hamiləlikdə varikoz müalicəsi necə aparılır?
Hamiləlikdə yaranan varikozların müalicəsində dərman və cərrahi metodlar körpəyə edəcəyi yan təsirə görə ağırlaşma olmadıqca tətbiq edilməz. Bundan başqa hamiləlikdə yaranan varikozların çoxu hamiləlik bitdiyinə görə uşağın etdiyi təyziq ortadan qalxdığı zaman itirlər. Bu səbəblə daha çox irəliləməsinin qarşısını almaq üçün tədbirlər görmək daha önəmlidir. Xüsusilə ayaq əzələlərinin işlədən məşqlər, gəzinti, tez-tez ayaqları hərəkət etdirmək, dincələrkən ayaqları ürək səviyyəsindən yuxarıda tutmaq, varikoz corabından istifadə etmək varikozların verdiyi ağrı, dolğunluq kimi əlamətləri azaldarkən irəliləməsinə də mane olurlar. Doğumdan 2 ay sonra belə itməyən varikozlarda, doğum sonrası varikoz şikayətləri davam edən varikozlarda, kosmetik problem yaradan varikozlarda, doğuşdan dərhal sonra 3-cü aydan etibarən müalicəyə başlamaq məsləhətlidir.
Hamiləlikdə varikozdan necə qorunmaq olar?
Hamiləlikdə varikoz corabları olduqca faydalıdır. Varikozun qarşısını almaq üçün uzun müddət ayaqüstə hərəkətsiz dayanmamaq, arada yürüş edərək ayaq əzələlərini işlətmək uzanaraq ayaqları yüksəkdə tutaraq dincəlmək və damarların boşalmasını təmin etmək faydalı olar. Çox dar paltarlar, corabın topuqdan yuxarısını sıxan corablardan istifadə edilməməlidir. Artıq çəkinin qarşısının alınması, sauna, günəş vannası, hamam kimi hədsiz isti mühitlərdə olunmamalıdır. Ayaq ayaq üstünə atmaq kimi qan dövranına mane olacaq hərəkətlər edilməməlidir. Varikoz corabından istifadə olunması da diqqət ediləcək tədbirlər kimi sayıla bilər.
Xarici genital bölgədəki varikoz doğuşa mənfi təsir edə bilərmi?
Perina və uşaqlıq yolu, labialarda, xarici genital bölgədə də varikoz yarana bilər. Bunlar kosmetik problemlərdən başqa, ağrı və dolğunluq yaxınmalarına səbəb olurlar. Bu bölgədəki varikozlar doğumda travma ilə qanmaya səbəb ola bilər, ancaq əksəriyyətlə normal doğum etməyə mane olmazlar. Doğuş zamanı körpənin başı çıxmadan əvvəl lazımdırsa, varikozların olmadığı bölgədən epizyotomiya (tikişli doğum) açılaraq başın rahat çıxması və damarların qorunması ola bilər.
Fuad Nəzərov