Qadin.NET / Varikoz xəsətliyi (2)

Varikoz xəsətliyi (2)

Varikoz xəsətliyi (2)

Varikoz Xəstəliyi Diaqnozu

Xəstədə və ailəsində vena xəstəliyi olması
Fiziki müayinə: Varikozlu venalar gözlə görülə bilər.
Dupleks ultrasəs: Venoz qan laxtalarını müəyyən etməyə yönəlik olaraq yüksək tezlikli səs dalğalarından istifadə edən ağrısız bir testdir. Test həmçinin yararsız venaları də göstərir.
Venogram: Venalara xüsusi bir boyanın (kontrast maddə) yeridilərək X şüaları köməyilə filmlərinin çəkilməsidir. Ultrasəsin genişlənməsi ilə istifadəsi olduqca azalmışdır.

Varikoz xəsətliyi (2)

Müalicəsi

Varikoz venaların müalicə formaları bir çox faktorlarla təsirlənir. Bunlardan bəziləri şikayətlərin ciddiliyi, venalardakı təzyiqin miqdarı və iltihab olub olmamasıdır. Erkən mərhələlərdə xəstələrdə təsirlənən ayağın fürsət tapdıqca yüksəldilməsi, ağrı və şişliyi aradan qaldırmaq üçün təsdiqedici elastik corab geyinmələri tələb oluna bilər. Ancaq bu strategiyalar xəstəliyi ortadan qaldırmaz.

Varikoz venaları ortadan qaldırmağa yönəlik olaraq da bir sıra strategiyalar var. Hər bir strategiyanın hədəfi varikoz venaların hamısını və ya bir qismini aradan qaldırmaq və qan axınının sağlam venalardan keçirilməsini təmin etməkdir.

Kompresiya corabları ayaq venalarındakı qan axınını yaxşılaşdırdığı göstərilmişdir. Şikayətləri yüngül olan xəstələr digər bir kəsmə (qanlı) əməliyyatla müalicə edilmədən əvvəl kompresiya corabları ilə müalicə edilir. Kompresiya corabları cərrahiyyədən əvvəl başlayıb və sonra da davam ediləcək şəkildə məsləhət görülür.

Skleroterapiya (İnyeksiya terapiyası): Kiçik varikoz venalar üçün tövsiyə edilir. Bu əməliyyat zamanı duz məhlulu və ya bir sklerozan agent kimi bir kimyəvi maddə təsirlənmiş venaya yeridilir. Skleroterapiyadan sonra qanın təkrar venalara dolmasının əngəlləyərək sağalmalarına imkan yaratmaq məqsədilə kompresiya bintləri tətbiq olunur. Beləliklə, xəstə venaların içinin yapışması təmin edilərək qanla dolmasının qarşısı alınır. Skleroterapiya müalicəsi, inyeksiya yerlərində qəhvəyi iz qoyma, dərində olmayan venalarda qan laxtası əmələ gəlməsi, yeridilən kimyəvi maddəyə qarşı allergik reaksiya və yeni spider-hörümcək venaların formalaşması kimi risklər daşıyır. Böyük varikoz venalar üçün istifadə edilmir.

Lazer: Xəstə vena üzərinə lazer işığı istiqamətləndirilərək venanın yavaşca solmasına və itməsinə səbəb olur. İndilərdə ayaqlardakı varikoz venalar üçün istifadə edilməsinə baxmayaraq, bu proses əslində xüsusilə üst gövdə və üzdəki kiçik varikoz venalara və spider venalara da tətbiq olunur.

Ambulatuar flebektomiya, lokal anesteziya altında bir sıra dəri ponksiyası ilə daha kiçik varikoz venaları aradan qaldırmaq məqsədilə istifadə edilə bilər. Skarlaşma minimumda saxlanılır.
Vena soyma prosesi, ayağın böyük safen venası kimi böyük varikoz venaları üçün istifadə edilən cərrahi müalicədir. Bu prosesdə böyük varikoz venanın kifayət qədər hissəsi bağlanır və cərrahi olaraq çıxarılır.
Endoskopik vena cərrahiyyəsi, əsasən ayaq yaralarının xəstəliyə müşayiət etdiyi hallarda tətbiq edilir. Venanın iç üzünə kiçik bir endoskop (incə bir kamerayla təchizatlı fiber optik bir cihaz) yerləşdirildikdən sonra anormal hissələr cərrahi olaraq çıxarılır. Vena ablasiyası varikoz venaları bağlamaq məqsədilə radyofrekans enerjisi və ya lazer istifadə edən kateter əsaslı bir prosesdir. Bu əməliyyat zamanı varikoz venası içərisinə uzun və incə bir borucuq (kateter) yerləşdirilir və kateterin uc hissəsi ilə lazer və ya radyofrekans enerjisi verilərək venalar örtülür.

Cərrahi və inyeksiya müalicəsinin hər ikisi də yaxşı nəticələr verməyə meyllidirlər. Ancaq varikoz venaları olan xəstələr daha sonra təkrar etmə riskini azaltmağa yönəlik olaraq həyat tərzi dəyişiklikləri etməlidirlər.

Varikoz xəsətliyi (2)


Varikozun qarşısının alınması üçün üsullar

Həyat tərzi dəyişiklikləri varikoz venaların şikayətlərini ortadan qaldırmağa və təkrar ortaya çıxmasının qarşısını almağa köməkçi ola bilər:

- Nizamlı məşq, xüsusilə də yürüyüş;
- Bir yerdə uzun müddət oturmaq, ya da ayaqda dayanmaqdan çəkinmək lazımdır;
- Dövri olaraq ağırlığı bir ayaqdan digərinə dəyişmək və hər bir ayağı yuxarı-aşağı doğru büküp-açmaq. Bu əzələ fəallığı venalar üzərində qəlbə doğru olan qan axınını asanlaşdırır;
- Fürsət tapdıqca ayaqları ürək səviyyəsindən yuxarıda tutmaq;
- Oturarkən ayaq ayaq üstünə atmaqdan çəkinmək (ayaq ayaq üstünə atma ayaq venalarında güclü geriyə doğru təzyiq yaradır);
- Ayaq venalarındakı lazımsız təzyiqi azaltmağa yönəlik olaraq çəki nəzarəti;
- Su keçirməz parça, sıx kəmər, sıx bintləri olan diz üstü, bud üstü corab kimi dar geyimlərdən çəkinmək.

Fuad Nəzərov

18 dekabr 2015
GO BACK