Qadin.NET / Asqırmaq nədir?

Asqırmaq nədir?

 

Asqırmaq nədir?

 

Asqırmaq necə yaranır səbəbləri nələrdir?

Asqırmaq, insanın təbii olaraq mane ola bilmədiyi bir davranışdır. Hər bir insan zaman zaman asqırır hətta yaz aylarında bir az daha çox asqırır.

Bəs nədir asqırmaq?

Asqırmaq, insan istəməsə belə iradədən kənar birdən səsli bir şəkildə ağızdan və burundan nəfəs verməkdir. Asqırmaq burun kanallarındakı sinirlərin xəbərdar edilməsi nəticəsində yaranan psixoloji bir reaksiyadır.

Asqırmaq necə yaranır?

Burun nəfəs almağımızı təmin edən orqandır və burun içərisindən hava keçib ciyərlərimizə gedərkən burun içi tüklər həm havanın temperaturunu tənzimləyir həmdə toz kimi yad cisimləri tutub saxlayır. Burun bu hərəkəti edərkən burun sinirlərinin xəbərdar edilməsi nəticəsində asqırmaq meydana gəlir.Asqırmadan əvvəl sanki bir yerimiz dişlənmiş kimi sinir uclarının xəbərdarlıq göndərməsi nəticəsində, burnumuzdan ilk öncə bir ifrazat gəlir. Biz bunu o qədər də hiss etmərik. Bu maddənin ardından beyinə göndərilən xəbərdarlıq nəticəsində baş və boynumuzdaki əzələlər xəbərdarlıq edilərək ani nəfəs boşalma hadisəsi yaşanır. Səs tellərinin olduğu hissə əvvəl bağlanır və buradakı havanın təzyiqi daha da yüksəlir. Sonra anidən açılaraq hava güclü səslə çölə verilir. Əlbəttə eyni zamanda burundakı toz kimi yad maddələr və soyuqdəymə yaradan mikroblar da  çölə atılmış olur.

 

Asqırmaq nədir?

 

 

Asqırmaqla bağlı bilinməyənlər

Normalda yatarkən asqırma hadisəsi olmaz. Yuxu zamanı xüsusilə yuxu görmə ərəfəsində sinir sisteminin bəziləri qapalı olduğundan normal şərtlərdə asqırma olmaz. Xəbərdarlıq çox güclü isə ola bilər amma insan anında yuxudan oyanır.
İnsanlar asqırarkən gözlərini açıq saxlaya bilməzlər. Mütəxəssislər bunu insanların ağrı hiss etdiyi zaman gözlərini bağlamaları formasında açıqlayırlar. Asqırma ani və şiddətli bir refleks vəziyyəti olduğundan insanlar özlərindən asılı olmayaraq gözlərini yumurlar.

Asqırmağın səbəbləri

Asqırma burundakı sinirlərə xəbərdarlıq edilməsi nəticəsində meydana gəlir – deyə açıqlamışdıq. Buradakı sinirlərə xəbərdarlıq edilməsinin səbəbləri müxtəlifdir. Asqırma ən çox allergik hallarda ortaya çıxır. Bunun yanında toz, tüstü, ətirlər hətta anidən işığa baxma kimi başqa bir çox səbəbləri də var. Günəş işığı ilə qarşılaşanda asqırmağın genetik olduğu irəli sürülür. Qrip və soyuqdəymə tez tez asqırma səbəblərindən biridir. Bu xəstəliklər zamanı insan burun tıxanıqlığı və burunda allergik bir vəziyyət yaşamasında görə tez tez asqırır. Amma asqırma xəstəlik mikroblarının nəfəs yolu ilə çölə atılmasını təmin etdiyinə görə faydalıdır.

 

Asqırmaq nədir?

 

 

Asqırarkən heç bir zaman nəfəsinizi tutmayın

Bəzi insanlar asqırma refleksi gəldiyi zaman nəfəsini tutur, ağzını bağlayır və səssiz bir asqırma yaşayır. Mütəxəssislər bu şəkildə asqırmağın səssiz olması çox təhlükəlidir deyirlər. Asqırmağın səsli və tamamilə nəfəsi açacaq şəkildə olmasını tövsiyə edirlər. Asqırmağın tutulması halında boyun çıxmasına kimi bir çox zərərli təsir göstərə bilər.

Asqıran adama niyə “Sağlam ol” deyilir?

Cəmiyyət içərisində asqıran adama adətən, “sağlam ol” deyilir. Bunun səbəbi dinimizə görə belədir; Asqırma əsnasında qəlbimiz anlıq dayanır və təkrar işləyir. Dini kitablarda asqırmağın sünnət olduğu yazılır.

Digər bir səbəb isə Xiristiyanlıqdan gəlir. Altıncı əsrdə asqıranlara bədənlərindəki şeytanı atdıqları üçün təbrik mənasında “Tanrı səni zikr etsin” deyilirdi. Bu söz böyük vəba virusu başlayanda Papa tərəfindən deyilməsi zəruri sayıldı və qanuniləşdirilmişdir.

Hansı səbəblə olursa olsun asqıran adama çox yaşa, sağlam ol kimi gözəl sözlər demək nəzakətdən qaynaqlandığı hesab edilir. Bütün oxucularımıza, hər zaman sağlam olun deyirəm.

Fuad Nəzərov

11 fevral 2016
GO BACK