Qadin.NET / Böyrək daşı əməliyyatı

Böyrək daşı əməliyyatı

 

Böyrək daşı əməliyyatı

 

Böyrək daşı ilə çətinlik çəkən və daş qırma üsulları 3 dəfə yoxlanıldıqdan sonra da nəticə almayan xəstələrdə cərrahi əməliyyat məcburidir.Daş qırma ilə həll edilməyən məsələlərdə adətən daşın qırıla bilməmə vəziyyətində olması və ya daşın çox böyük olması kimi səbəblər ola bilər.

Böyrək daşı əməliyyatını da bir neçə üsul ilə tətbiq etmək olar. Bu həkimin seçiminə bağlıdır.

Böyrək Daşı Əməliyyat Növləri


Klassik Açıq böyrək daşı əməliyyatı
Qapalı (Perkutan Nefrolitotomiya) böyrək daşı əməliyyatı
Skalpersiz Böyrək daşı əməliyyatı (Fleksibl Ureteroskopiya)

Klassik Açıq Böyrək Daşı Əməliyyatı


Klassik açıq üsul böyrək əməliyyatı yan tərəfindən bir 20 sm-lik kəsik açılaraq tətbiq edilir. Buradan böyrəyi görərək böyrəkdə də bir kəsik açılır. Böyrək içindəki daşlar təmizlənərək xəstənin daş problemi həll edilir. Sonra kəsik açılan yerlər tikilərək əməliyyat sona çatdırılır. Bu əməliyyata günümüzdə o qədər də üstünlük verilməsə də müəyyən səbəblərə bağlı olaraq tətbiq edilə bilər.

Qapalı (Perkutan Nefrolitotomiya) Böyrək Daşı Əməliyyatı


Qapalı böyrək daşı əməliyyat üsulu açıq üsula nisbətən daha uğurlu əməliyyatlardır. Performans baxımından da xəstəyə yarayan bəzi üstünlükləri vardır. Xəstənin kürək hissəsindən orqanizmə daxil olaraq əməliyyat aparılır. Orta hesabla 1 sm-lik bir deşikdən bir iynə ilə böyrəyə çataraq əməliyyat aparılır. Endoskopik cihazlar ilə əməliyyat aparılır. Böyrəyə çatacaq bir kanal ilə daşlar böyrək içərisinə yerləşdirilən kanaldan keçəcək qədər kiçildilir.Ssonra bu daşlar cihaz ilə çəkilərək əməliyyat başa çatdırılır.

Əməliyyatdan sonra kürək bölgəsində açılan dəliyə drenaj balonu tətbiq edilir. Bu da qan və sidiyi bayıra təxliyə etmək üçün istifadə edilən bir üsuldur. Sonrakı dövrlərdə  drenaj balonu üzərində bəzi tədqiqlər aparıldıqdan sonra çəkilərək əməliyyat bitirilir.

Skalpersiz Böyrək Daşı Əməliyyatı (Fleksibl Ureteroskopiya)


Skalpersiz,qanamasız böyrək daşı əməliyyatını ancaq bu üsul ilə etmək olar. Penis içərisindən girilərək (sidiyə getdiyimiz yerdən) əvvəl sidik kisəsinə sonra da böyrəyə asanlıqla çatmaq olar. Lazerlə daşlar qırılaraq çəkilir. Ən böyük xüsusiyyəti digər əməliyyatlarda da olduğu kimi əməliyyat izi və skalper olmamasıdır.Əməliyyat bu qaydada keçirilir və hər vəziyyətdə bu üsul istifadə edilə bilməz. Fleksibl Ureteroskopiya üsulu yalnız 1 sm-dən kiçik olan daşlar üçün istifadə edilən bir üsuldur. Hər xəstə üçün tətbiq edilə bilməz.Böyrəyin altına qalan daşlar üçün də bu üsul tətbiq olunur. Böyrəyin kor nöqtəsində qalan daşlar ESWL ilə qırıla bilinmədiyi üçün bu üsul tətbiq olunur. Əməliyyatın müvəffəqiyyət nisbəti yüksək əməliyyatlar sırasındadır.

Böyrək daşı əməliyyatında olan bu üsulların hansının sizin üçün doğru olacağına həkim qərar verir. Buna görə sizin bir seçmə şansınız olmayacağı üçün həkim məsləhətinə görə əməliyyat hərəkət planı müəyyən etməyinizin faydası vardır.

Fuad Nəzərov

13 fevral 2017
GO BACK