Qadin.NET / Böyrək çatışmazlığı

Böyrək çatışmazlığı

 

Böyrək çatışmazlığı

 

Nədir?

Böyrək çatışmazlığı, böyrəklərin işinin ləngiməsi və ya dayanmasına bağlı olaraq qanda olan su, duz və digər mineralların (elektrolitlər) tarazlığının pozulmasıdır.
Böyrəklər işləməyəndə elektrolitlər və tullantı mayelər orqanizmdə toplanmağa başlayır və bu tullantıların səviyyəsi yüksəldikcə ölümcül nəticələr ortaya qoya bilən ağırlaşmalara səbəb ola bilər.
Böyrək çatışmazlığı əlamətləri arasında, tualetə çıxdıqda çox az sidik gəlməsi, heç gəlməməsi,ayaqlarda şiş yaranması ilk sıralarda gəlir.

Böyrək çatışmazlığı əlamətləri

Böyrək çatışmazlığının ilkin mərhələlərində hər hansı bir əlamət görülməyə bilər (simptomsuz).
Ancaq böyrəklərin işləmə gücü aşağı düşdükcə bədəndəki su və elektrolit tarazlığı pozulmağa başlayır.
Böyrək çatışmazlığı növbəti mərhələyə keçdikdə gücsüzlük, nəfəs darlığı görülür. Bu məqamda ayaqlar başda olmaqla bədəndə şiş əmələ gəlir.
Böyrəklər tam gücü ilə işləmədiyi üçün tualetə gedən zaman sidik çox az gəlir ya da heç gəlmir.
Digər əlamətləri isə iştahsızlıq, ürəkbulanma və qusmadır. Bütün bunlarla yanaşı zehin qarışıqlığı, həyəcan, əsəbilik halı və yuxu problemləri baş göstərə bilər.
Böyrək çatışmazlığının yuxarıdakı əlamətlərinə əlavə olaraq görülən digər bəzi əlamətləri isə hıçqırıq, əzələ krampları,qaşıntı, sinə ağrısı, nəzarət altına alına bilinməyən yüksək təzyiq kimi sadalana bilər.
Böyrək çatışmazlığı əlamətləri adamdan adama fərqlilik göstərə bilər və ya başqa bir narahatlığın əlamətləri ilə oxşarlığı ola bilər.

Bundan başqa, böyrəklər hər cür vəziyyətə olduqca asan uyğunlaşa biləcəyindən, böyrək çatışmazlığının ciddi əlamətləri, böyrəklər əvvəlki vəziyyətinə geri qaytarıla bilinməyəcək şəkildə zərər görənə qədər ortaya çıxmaya bilər.
Bundan qorunmaq üçün əlamətləri yüngül belə olsa, normaldan kənar bir hal hiss etdiyiniz zaman vaxt itirmədən həkimə müraciət edin.

 

Böyrək çatışmazlığı

 

 

Böyrək çatışmazlığı növləri

Böyrək çatışmazlığı səbəblərinə görə 5 əsas kateqoriyaya ayrılır:

Kəskin Prerenal Böyrək Çatışmazlığı: İntensiv prerenal böyrək çatışmazlığı böyrəklərə doğru olan qan axınının azalması vəziyyətində baş verir. Qan axını kifayət olduğu üçün böyrəklər qanı tam mənada süzə bilməz. Bu tip böyrək çatışmazlığı əsasən qan axınına təsir göstərən vəziyyətin düzəldilməsi ilə birlikdə müalicə etmək olar.

Kəskin Daxili Böyrək Çatı
şmazlığı:
 Kəskin daxili böyrək çatışmazlığı birbaşa böyrəklərə təsir edən travmalar nəticəsində görülür. Qəzalar, böyrəklərə alınan zərbələr, toksin yüklənməsi, böyrəklərə kifayət qədər oksigen getməməsi, həddindən artıq qan itkisi, böyrək infeksiyaları daxili böyrək çatışmazlığı səbəbləri arasındadır.

Xroniki Prerenal Böyrək Çatışmazlığı: İntensiv prerenal böyrək çatışmazlığı müalicə etmədikdə və böyrəklər qanı təmizləyə bilmədiyi zaman vəziyyət intensiv daxili böyrək çatışmazlığına çevrilir. Bu vəziyyətdə böyrəklər kiçilməyə başlayır və funksiyanı yavaş-yavaş itirir.

Xroniki Daxili Böyrək Çatışmazlığı: Böyrəklərdə alınan zərbələr, travmalar və müalicə edilməyən böyrək infeksiyaları kəskin daxili böyrək çatışmazlığının xroniki daxili böyrək çatışmazlığına çevrilməsinə səbəb olur.
Xroniki Postrenal Böyrək Çatışmazlığı: Bu tip böyrək çatışmazlığı sidik yollarının uzun müddət bağlanmış qalması və sidiyin orqanizmdən tam olaraq atılmaması nəticəsində yaranır.

 

 

Müalicə üsulları

Müalicə variantları böyrək çatışmazlığının səbəbinə bağlı olaraq dəyişir.
Məsələn, böyrək çatışmazlığı qandakı maye nöqsanlığına bağlı olaraq yaranmışsa həkiminiz damar yoluyla (entravenoz) maye köçürülməsi yaza bilər.Tamamilə əks halda isə, yəni böyrək çatışmazlığı həddindən artıq maye yığılması ilə inkişaf edərsə sidik qovucu dərmanlar yazıla bilər.Həmçinin xəstənin qanında olan mineral (kalsium, kalium) nisbətlərini normal səviyyəyə çəkmək üçün dərman qəbul edilə bilər.
Böyrək çatışmazlığı səbəbi ilə artan qandakı toksinlər dializ müalicəsi ilə aradan qaldırıla bilər. Süni böyrək vəzifəsi yerinə yetirən dializ aparatı qanı filtrdən keçirir və toksinləri təmizləyir.

 

Böyrək çatışmazlığı

 

 

Böyrək çatışmazlığı riskini artıran amillər

 

Yuxarıdakı hallara əlavə olaraq qısa zamanda çox miqdarda maye itkisi, yüksək təzyiq dərmanları, infarkt, ürək xəstəlikləri, infeksiya, qaraciyər çatışmazlığı, bəzi dərmanların (aspirin, ibuprofen, advil) tez-tez istifadəsi, lupus xəstəliyi, sümük iliyi xərçəngi, xolesterin olması səbəbindən zəifləyən damarlar, həddindən artıq alkoqol istehlakı, xəbərdaredici dərmanların istifadəsi, qan damarında görülən iltihaplanmalar, ciddi yanıqlar və bədənin susuz qalması böyrək çatışmazlığı səbəbləri arasındadır.

Böyrək çatışmazlığı diaqnozu necə qoyulur?

Həkiminiz diqqətinizi çəkən əlamətlərin nələr olduğunu öyrəndikdən sonra fiziki müayinə edəcəkdir. Gün ərzində nə qədər sidik etdiyinizi və sidiyə çıxarkən hər hansı bir problem yaşayıb yaşamadığınızı soruşa bilər.
Böyrək çatışmazlığı diaqnozunun tam qoyulması üçün müxtəlif testlər və prosedurlar istifadə edilir. Sidik və qan testləri böyrəklərin funksiyasını tam olaraq yerinə yetirib yetirmədiyini müəyyənləşdirir və həkiminizə yardımçı olacaqdır.
Böyrəklərin ölçülərində hər hansı bir dəyişiklik olub olmadığını görmək üçün ultrasəs və ya CT kimi gprüntüləmə üsullarına müraciət edilə bilər.
Bəzi hallarda böyrək biopsiyası aparılması lazım gələ bilər.

Qidalanma formaları

Böyrək çatışmazlığı müalicəsi zamanı və sonra böyrəkləri qorumaq üçün düzgün qidalanma həlledici rol oynayır.
Həkiminiz sizin vəziyyətinizə uyğun bir qidalanma proqramının yaradılması üçün sizi bir qidalanma mütəxəssisinə istiqamətləndirə bilər.
Böyrək çatışmazlığı olan xəstələrə, böyrəklərə düşən yükün yüngülləşməsi üçün adətən daha az kalium istehlak etmələri (banan, portağal, kartof, ispanaq, pomidor yüksək miqdarda kalium tərkibli ərzaqlardan bəziləri), natriumu nəzarət altında saxlamaları (konserv qidalar, dondurulmuş qidalar, hazır qidalar, fast-food ərzaqların tərkibinə yüksək miqdarda natrium daxildir), istehlak etdikləri fosforu məhdudlaşdırmaları (tərkibində süd, fındıq, quru meyvələr yüksək fosfor olan qidalar arasındadır) məsləhət görülür.

Böyrək çatışmazlığından qorunmaq olarmı?

Böyrək çatışmazlığından qorunmaq üçün üçün yalnız bir şey edə bilərsiniz ki böyrəklərə həddindən artıq yük salmayan bir qidalanma proqramına sadiq qalmaqdır.
Çox duz istehlak edirsinizsə, həddindən artıq yağlı qidalarla qidalanırsınızsa, müntəzəm olaraq alkoqol istifadə edirsinizsə, siqaret çəkirsinizsə böyrək çatışmazlığı riskini artırırsınız deməkdir. Çünki böyrəkləriniz bütün bunları təmizləmək üçün çox iş görəcəkdir.
Uzun illər boyu normadan artıq çalışan böyrəklər günün birində yorulur.
Bundan başqa, yüksək təzyiq və şəkər xəstələri, sonrakı illərdə böyrək çatışmazlığı yaşamamaq üçün həkimin verdiyi dərmanları nizamlı olaraq istifadə etməli, şəkəri və təzyiqi nəzarət altında saxlamalıdırlar.

Fuad Nəzərov

24 noyabr 2016
GO BACK