Qadin.NET / Aşağı təzyiq

Aşağı təzyiq

Aşağı təzyiq
Aşağı Təzyiq (Hipotəyziq)
Aşağı təzyiq kimi tanınan hipotəzyiq, hər hansı bir simptom verməyə bilərkən, bir çox insanda baş dönməsi, gözlərdə qaralma, halsızlıq kimi simptomlar göstərə bilər. Bəzi hadis həyatı təhdid edici ola bilər.
Qan təzyiqinin yaratdığı təsirlər adamdan adama dəyişməklə birlikdə, sistolik (böyük təzyiq) təzyiqin 90 mm hg, diastolik (kiçik təzyiq) təzyiqin 60 mm hg altında olması kimi tanınır.
Aşağı qan təzyiqinin səbəbləri sadə bir dehidratasyiyadan (bədənin susuz qalması) ciddi daxili və cərrahi xəstəliklərə qədər dəyişə bilər. Aşağı təzyiq müalicə edilə bilən bir vəziyyət olmasına baxmayaraq əsl əhəmiyyətli olan səbəbinin tapılması və müalicə edilməsidir.
Təzyiqin aşağı olması, xüsusən ani inkişaf etdikdə insanda ciddi əlamətlərini göstərə bilər. Əvvəl qayıtması,konsantrasiya pozğunluğu, göz qaralması, ürək bulanması, soyuq dəri, sürətli nəfəs alma, yorğunluq, depressiya, susama hətta üzndən getmə bunlar arasındadır.
Nə zaman həkimə müraciət edilməlidir?
Çox vaxt təzyiqin aşağı olması ciddi bir xəstəliyə bağlı olmaz. Təzyiqinizin aşağı olmasına baxmayaraq özünüzü yaxşı hiss edirsinizsə, ciddi bir baş dönməsi, ürək bulanması, gözlərdə qaralma yoxdursa adi tədbirlərlə məsələn dərhal su itkisinə, həddindən artıq tərləməyə bağlı yaranmış ola bilər, maye qəbul etməklə birlikdə şikayətiniz azala bilər – təzyiqniz qalxar. Əgər maye qəbul etməklə təzyiqiniz yüksəlmirsə və ciddi bir baş dönməsi, ürək bulanması,gözlərdə qaralma kimi şikayətiniz davam edirsə və ya davamlılıq göstərirsə bir həkimə müraciət etmənizdə fayda vardır.
Səbəbləri nələrdir?
Sistolik təzyiq: İlk olaraq hiss edilən və böyük təzyiq kimi qiymətləndirilən dəyər, ürəyin qanı atarkən damarlarda yaratdığı təzyiqin yansıması kimi qiymətləndirilir.
Diastolik təzyiq: İkinci oxunan və kiçik təzyiq kimi qiymətləndirilən dəyər isə qəlb atımları arasında, ürəyin istirahəti zamanı damarlarda yaranan təzyiqin əks olunmasıdır.
Son rəhbərlər bu iki dəyər üçün idealın 120/80 mm hg olduğunu bildirirlər.
Ancaq qan təzyiqi çox qısa müddət ərzində, normal sərhəddə qalmaq şərtilə ciddi dəyişikliklər göstərə bilər. Bu vəziyyət bədən mövqeyinizdən, nəfəs alıb-vermə sürətinizə, stress səviyyənizdən, fiziki vəziyyətinizdən, aldığınız dərmanlardan, yediyinizdən içdiyinizdən təsirlənə bilər.
Bəzi vəziyyətlər təzyiqin aşağı düşməsinə yol aça bilər.
Hamiləlik: Qadın qan dövranı sistemi hamiləliyin ilk 24 həftəsində genişlənir, bu da böyük təzyiqdə təxminən 10 mm hg, kiçik təzyiqdə təxminən 10-15 mm hg azalmalara səbəb olur. Hamiləlikdən sonra normala vəziyyətə qayıdır.
Ürək xəstəlikləri: Aşağı ürək sürəti, qəlb böhranı, ürək çatışmazlığında, qan dövranı sisteminin qəlbi çox yormamaq üçün müxtəlif mexanizmlərlə damarlarda genişlənmə edərək təzyiqi aşağı sala bilər.
Endokrin xəstəliklər: Hipotiroidizm- zob vəzinin az fəaliyyət göstərməsi, hipertiroidizm- zob vəzinin çox işləməsi, adrenal (böyrək üstü bezi) çatışmazlıq, hipoglisemi- qan şəkər azlığı, diabet- şəkər xəstəliyi.
Dehidratasyon- susuz qalmaq: İshal, ürək bulanması,qusma, uzun müddət susuz qalmaq, sidik qovan dərmanlardan istifadə etmək.
Qan itkiləri:
Sepsis: (ciddi infeksiyalar)
Anafilaksi (ciddi allergik reaksiyalar): Dərman allergiyaları, qida allergiyaları, həşərat sancmaları
Qeyri-kafi qidalanma: Vitamin B12 çatışmazlığı, folat çatışmazlığı, dəmir çatışmazlığı
Müxtəlif dərmanlar: Sidikqovan (sidik dərmanı), müxtəlif təzyiq dərmanları, parkinson xəstəliyi dərmanları, antidepressantlar (depressiya qarşı dərmanları)
Aşağı təzyiq növləri
Ayağa qalxan zaman təzyiqin aşağı düşməsi (postural, ya da ortostatik təzyiq): Adından da göründüyü kimi, insanın oturduğu zaman ya uzandığı zaman qəfildən qalxdıqdan sonra olan təzyiqin aşağı düşməsini izah edir. Ən çox səbəbləri, susuz qalma, uzun müddətli yataq istirahəti, hamiləlik, diabet, ürək xəstəlikləri, yanıqlar, həddindən artıq isti, böyük varikoz damarlar, nevrolojik xəstəliklərdir. Eyni şəkildə bir çox təzyiq dərmanı, depressiya dərmanları, parkinson dərmanları da postural hipotəzyiq yarada bilir.
Daha çox yaşlı populyasiyada, xüsusilə 65 yaş üstündə görülür. Ancaq eyni zamanda tamamilə sağlam cavan fərdlərdə də oturarkən ya da yatarkən ani qalxmalarda bu təzyiqin aşağı düşməsi görülə bilər.
Postprandiyel hipotəzyiq: Daha çox yaşlı insanlarda görülən xüsusilə yemək sonrası olan ani təzyiqin aşağı düşməsidir. Bu hadisə yemək sonrası vücdumuzdaki qanın həzm sistemimizə yönəlməsi ilə bağlıdır. Sağlam insanlarda həm ürək sürətinin artması, istərsə də qan damarlarının sıxılması ilə təzyiqin aşağı düşməsi əngəllənir. Ancaq bəzi insanlarda, xüsusən yaşlı insanlarda bu mexanizm işləməsə, aşağı təzyiq ilə baş hərlənməsi, göz qaralması, halsızlıq ola bilər.
Nevroloji mənbəli hipotəzyiq: Bu hadisə daha çox cavan fərdlərdə müşahidə edilən bir haldır. Xüsusilə uzun müddətli oturduqdan sonra, ya da yatma sonrası qəfil ayağa qalxma ilə əlaqəlidir. Burada qəfil qalxma ilə ayaqlara toplanmış qan birdən ürəyə qayıdır, bu ürəkdə təzyiqin qalxdığına dair şərh olunur və beyinə təzyiqi aşağı sal – deyə siqnal göndərir. Ürəyin bu yanlış qavraması ani təzyiqin aşağı salınmasına səbəb olur və gözlərdə qaralma, baş dönməsi yarada bilər.
Risk Faktorları
Aşağı təzyiq bir çox adama təsir göstərə bilər. Səbəb ola biləcək bəzi risk amilləri vardır.
Yaş: Xüsusilə yaşlı populyasiyada (65 yaş sonrası), ayaq üstə və ya yemək sonrası təzyiqin aşağı düşməsi ola bilər. Ortastatik hipotəzyiq sürətli ayağa qalxmalarda və yemək sonrası görülə bilər. Nevrolojik mənbəli hipotəzyiq isə daha çox gənc şəxslərdə sürətli həyat və hərəkətə bağlı görülə bilər.
Dərmanlar: Təzyiq dərmanı qəbul edən hər kəs təzyiqin aşağı olması üçün namizəddirlər.
Bəzi xəstəliklər: Parkinson xəstəliyi, diabet, bəzi ürək xəstəlikləri
Müalicə və Dərmanlar
Əgər sizi narahat edəcək qədər simptom verən təzyiq aşağı düşməsi varsa, əsl əhəmiyyətli olan bu aşağı düşməni səbəb ola biləcək vəziyyəti müəyyən etməkdir. (susuz qalmaq mı? Ürək xəstəliyi mi? Şəkər xəstəliyi, yoxsa, zob xəstəliyi mi? Əgər istibeyin+kanamasi+tansiyonfadə etdiyiniz dərmanlara bağlı bir təzyiq düşməsi varsa həkiminizlə məsləhətləşərək doza azaldılmasına gedilə bilər.
Əgər təzyiqin aşağı düşməsini açıqlayacaq qədər faktımız yoxdursa, yoxlanışa əsasən, var olan xəstələrimizə, yaşımıza bağlı olaraq aşağı düşən təzyiqi normal vəziyyətə salmağa çalışmaq və var olan şikayətlərimizi minimuma endirməkdir. Bunun üçün bir çox yol vardır.
Daha çox duz istehlak etmək; Pəhriz zamanı duz miqdarını artırmaq təzyiqdə mənalı bir artım verə bilər. Ancaq ürək xəstəliyi olan, yüksək təzyiqi olan və xüsusən yaşlı olan xəstələrin həkimləri ilə məsləhətləşərək bunu etməsi daha uyğundur.
Daha çox su içmək: Bu məsləhətdən hamı yararlana bilər. Su qan həcmini artıraraq dehidratasiyadan (bədənin susuz qalmasından) vücüdu qoruyur. Həm təzyiqi yüksəldərək, həm də dehidratasiyadan qoruyaraq təzyiqi yüksəldir.
Ayaq təzyiq corabları: Xüsusən geniş varikoz venaları (varisləri) olan insanlar fayda görür. Genişlənmiş ayaq damrlarında toplanmış qanın ürəyə qayıdışını asanlaşdıran təzyiq düşməsini azaldırlar.
Dərmanlar: Xroniki ortostatik hipotəzyiqi və ciddi simptomları olan xəstələr həkim nəzarətində müxtəlif dərmanlardan istifadə edə bilərlər. (məs. Steroidlər)
Təkcə müalicədə əsl əhəmiyyətli olan, altda yatan səbəbi tapıb ona qarşı həyat tərzi dəyişikliyini və müalicəsini etməkdir.
Həyat tərzi dəyişklikləri
Nəticə olaraq aşağı təzyiqi yüksəltmək üçün belə sıralaya bilərik.
Bol su üçün alkoqol qəbulunu azaldın; Spirt vücütdakı su miqdarını azaldaraq təzyiqi salır. Su və digər mayelər isə qan həcmini artıraraq təzyiqi yüksəldir.
Sağlam qidalanın: Tərəvəz,balıq və toyuq əti tərkibli qidalara üstünlük verin, həkiminizin məsləhəti ilə lazımi qədər pəhrizdəki duz miqdarını artırın.
Vücüd mövqe dəyişikliklərini yavaşca edin: Xüsusilə yatma və oturma mövqeyindən ayağa ani olaraq durmayın. Xüsusilə səhər yataqdan qalxarkən dərin bir nəfəs alın və qalxmadan əvvəl bir neçə dəqiqə yataqda oturun, sonra qalxın. Yatarkən başınızı bir az yüksək tutun. Əgər gipotenziya simptomları hiss etsəniz (baş hərlənməsi, göz qaralması, halsızlıq) düz zəminə uzanaraq ayaqlarınızı bir stul və ya bənzəri bir yüksək yerə qoyun. Bu hərəkət qanı ayaqlarınızdan ürəyə və beyinə istiqamətləndirəcəkdir.
Tez-tez yeyin, karbohidrat tərkibi az yeməklər istehlak edin: Bu yemək tərzi xüsusilə ağır yeməklərdən sonra yaranacaq təzyiq düşmələrinə mane olacaqdır. Payınız karbohidrogen (kartof, düyü, tort və çörək) tərkibinin az olmasına diqqət edin. Eyni zamanda məlum olan bir yan təsiri olmadığı müddətcə çay və qəhvə içmək aşağı təzyiqinizin yüksəlməsinə kömək edəcəkdir. Ancaq unutmayın ki, xüsusən qəhvə ürək xəstələrində ciddi fəsadlar (döyüntü, təzyiq yüksəlməsi) törədəcəyindən həkiminizlə məsləhətləşmədən qəhvəni çox istehlak etməyin.
Fuad Nəzərov
14 noyabr 2015
GO BACK