Uşaqlarda eşitmə probleminin ən ciddi səbəblərindən biri olan orta qulaq iltihabına diqqət edin! Uşağınızda qulağını çəkmə, qaşıma və ya eşitməmə şübhəsi varsa, dərhal həkimə müraciət edin.
Qış aylarında uşaqlarda ən çox görülən xəstəliklərdən biri orta qulaq iltihabıdır. Uşağınız qulağını qaşıyır, eşitməkdə çətinlik çəkirsə ya da qulağından iltihab gəlirsə vaxt itirmədən həkimə müraciət edilməsi lazımdır.
5 yaşına qədər bir neçə dəfə təkrar edilə bilər
Orta qulaq iltihabı, orta qulaqda müxtəlif səbəblərə bağlı olaraq inkişaf edən infeksiyalar səbəbilə yaranır. Tək və ya iki qulaqda da ola bilər. Tez-tez qış və payız aylarında görülür. Qulağını çəkən, qaşıyan, qidalanmada çətinlik, eşitməmə şübhəsi, qulaqda dolğunluq və təzyiq hissi olan kiçik uşaqlara diqqət edilməlidir. Bu əlamətlərdən bir və ya bir neçəsi varsa ağıla ilk olaraq orta qulaq iltihabı gəlir və ən qısa müddətdə həkimə müraciət edilməlidir. Uşaqların böyük əksəriyyəti 5 yaşına qədər bu infeksiyaya bir neçə dəfə tutula bilərlər. Uşaqlarda görülən eşitmə itkisinin ən ciddi səbəblərindən birinin orta qulaq iltihabı olduğu unudulmamalıdır.
Uşaqlar yeniyetmələrdən daha asan tutulur bu xəstəliyə
Orta qulaq, qulaq pərdəsindən sonra gələn hissədir. İçində səsin ötürülməsini təmin edən çəkic,üzəngi sümükləri olur. Bu hissədə, gəniz boşluğuna açılan bir kanal vardır. Bu kanal ostaki borusu adlanır. Bu boru, orta qulağa hava keçidini təmin edir və bununla da hava təzyiqi tənzimlənir. Uşaqlarda ostaki borusu yeniyetmələrə nisbətən üfüqi və qısa olduğundan bakteriyaların bu yolla orta qulağa keçidi asanlaşır və daha tez-tez orta qulaq iltihabı keçirirlər.
Düzgün müalicə olunmazsa eşitməmə yaranacaq
Orta qulaq iltihabının ciddi qulaq ağrısı və karlığa yol aça biləcəyi unudulmamalıdır. Eşitmə itkisi, xüsusilə uşaqlarda, öyrənmə qabiliyyətinin azalmasına və nitqin gecikməsinə səbəb ola bilər. Uyğun şəkildə və tez müalicə edilsə, eşitmə tamamilə düzələr. Orta qulaq iltihabının digər bir təhlükəsi, xronikləşməsi və infeksiya beyin və qulaq kimi qonşu orqanlara yayılma riskinin olmasıdır.
Siqaret tüstüsünə məruz qalan uşaqlarda daha geniş yayılır
Kiçik yaşda olan və xüsusən oğlan uşaqları orta qulaq iltihabından daha çox təsirlənməkdədir. Həmçinin butulkadan qidalanma, siqaret çəkilən şəraitdə tez-tez olma, evdə virus infeksion varlığı, qardaş, ana, ya da atada orta qulaq iltihabı olması, qeyri-kafi sağlamlıq şərtləri, qış və payız mövsüm şərtləri, patoloji vəziyyətlər (qeyri-kafi immunitet sistemi, yarıq damaq və down sindromu), qulaq yolunun viran edilməsi və qulaq çöpünün yanlış istifadəsi də qulaq iltihabını yaradan əsas risk amilləri sırasındadır.
Üst tənəffüs yolu infeksiyaları orta qulaq iltihabına təkan verir
Soyuqdəymə, qrip və ya allergiya, ostaki borusunun şişib bağlanmasına səbəb olur. Bunun nəticəsində bakteriyalar orta qulaqda çoxalır və qulaq pərdəsi arxasında mikroorqanizmlərdən ibarət olan bir maye yığıntısı (İltihab) meydana gəlir. Qulaq pərdəsinin arxasında iltihabın yığılıb qalması təzyiq artımına və bu da qulaq ağrısına yol açır. Bəzən qulaq pərdəsi deşilir və iltihab (qanlı, sarı-yaşıl rəngli bir maye) qulaqdan çölə axır.
6 ayda 3 dəfə təkrar etsə eşitmə daha da pisləşər
Orta qulaqda infeksiya əmələ gəldiyi halda hər zaman iltihab çölə axmaya bilər. İltihabın çölə çıxmadığı hallarda maye orta qulaqda qalır. Qulaq pərdəsi bu vəziyyətdə uyğun şəkildə titrəməyəcəyi üçün xəstənin eşitməsi azalır. Kəskin infeksiya keçdikdən sonra, pərdə arxasında yığılan maye, orta qulaqda qala bilər. Bu vəziyyət infeksiya təkrarları ilə özünü göstərir. 6 ayda 3 dəfədən çox orta qulaq iltihabı keçirilməsi xəstəliyin xronikləşdiyini göstərir. Xroniki orta qulaq İltihabı zaman eşitmənin daha da pisləşməsinə yol aça bilər.
Doğru və effektiv müalicə edilməzsə xəstəlik xroniki hal alır
Kəskin iltihabın müalicəsində ağrı kəsici və bakteriyaları məhv edəcək antibiotiklərlə birlikdə burun açıcı dərmanlar istifadə edilir. Bu müalicə 2 həftə sürür. Tez və effektiv müalicənin aparılması, həkimin verdiyi dərmanların təsvir edildiyi qaydada və müddətdə istifadə edilməsi, nəzarət vaxtlarına riayət edilməsi son dərəcə vacibdir.
Müalicə göstərilən qaydada və müddətdə edilməzsə, qulaq infeksiyası xronikləşə bilər və qalıcı karlığa səbəb ola bilər. Butulkadan qidalanan südəmər körpələri kürək üstü vəziyyətdə qoymaq əvəzinə ana südü əmərkən olduğu kimi yan yatırın, ya da oturaq vəziyyətdə saxlamaq daha sağlamdır. Aparılan araşdırmalara görə oturaraq qidalanan körpələr, orta qulaq iltihabına daha az tutulur. Ana südündəki maddələrin immuniteti gücləndirdiyi və xəstəliyə yaxalanma riskini azaltdığı da unudulmamalıdır.
Fuad Nəzərov