Müalicəsi
Öd kisəsi daşının yeganə müalicə üsulu daşın olduğu öd kisəsinin əməliyyatla çıxarılmasıdır. Keçmişdə dərimanla əridilməsi, böyrək daşlarına bənzər bir sıra alətlərlə daşların qırılması kimi üsullarla müalicə edilməsi yoxlanılmışdır. Amma bunların heç bir faydası olmamışdır. Çünki problem oradakı daşların məhv edilməsi deyil. Əgər əsas mexanizm aradan qaldırılmazsa daşlar yenidən yaranar. Məsələn, dərman müalicəsi ilə daşları əritmək olar ancaq bu əziyyətli bir yoldur- amma bir neçə həftə sonra eyni yerdə yenidən daş yaranır. Daşları sındırdığınız zaman da eyni şey olur. Hətta qırılan daşlar daha böyük problemlərə yol açdığı üçün artıq heçtətbiq olunmur. Onun üçün bu daşların əsas öd kanallarında deyil,öd kisəsində ortaya çıxdığını düşünsək müalicə, daşların əmələ gəldiyi yeri ortadan qaldırmaq olmalıdır. Əlavə bir problem varsa, məsələn, daş,əsas öd yolunun alt ucunu bağlayıbsa, o zaman təbii ki, əlavə başqa müalicələr də tətbiq etmək lazımdır.
Öd kisəsi daşının əlamətləri nələrdir?
Öd kisəsində yaranmış olan daşların bir hissəsi heç bir əlamət vermir. Əlamət verənlərdə ən mühüm işarə isə ağrıdır. Ağrı qarının sağ üst tərəfində, adətən şiddətli bir şəkildə bir neçə saat davam edir. Bəzən belə ağrı sağ çiyin
ə də vurur. Adətən ani başlayır. Yeməklərlə əlaqəsi vardır və tez-tez yemək yedikdən sonra ortaya çıxır. Tez-tez ürək bulanması və qusma olur. Bu şikayətlər öz özünə, ya da dərman müalicəsi ilə keçə bilər. Ağrı 24 saatı ötərsə tıxanmanın daimi olduğunu düşünmək lazımdır. Yəni əlamətlərdən biri, öd kisəsindəki daşın bir yeri tutaraq keçib getməsidir. Keçməyən ağrı, daşın öd kisəsinin giriş kanalını bağladığı anlamına gələ bilər. Daş, öd kisəsi kanalını tutarsa o zaman kəskin xolesistit xəstəliyi ortaya çıxır. Bu xəstəliyin % 95-i öd kisəsi daşına bağlıdır. Çox daha aşağı nisbətdə şişlərə də bağlı ola bilər. Bu xəstələr adətən keçici ağrıları olan xəstələrdir. Bu halda; Qarının sağ üst tərəfində, orta ya da daha şiddətli bir ağrı olur. Bu ağrı müayinələrdə də özünü birüzə verir. Bəzən ağrıdan əlavə xəstənin az temperaturası, iştahsızlığı,mədə bulanması və qusması olur.Xəstə hərəkət etdikcə ağrı artır və zaman içərisində şiddətlənir.
Başqa əlamətləri varmıdır?
Öd kisəsi daşının başqa bir əlaməti sarılıqdır. Öd kisəsi daşına bağlı olaraq görünən sarılıq, əsasən daşın öd kisəsindən düşüb əsas öd yolunu bağlamasına bağlı olaraq, qaraciyərdən çıxan öd bağırsağa çatmaması və qanda yığılıb qalması ilə əmələ gəlir. Bunu anlamaq çox çətin deyil diaqnozu asanlıqla qoyulur. Adətən ağrı da olur bu sarılıq növündə. Sarılıq, daşın o bölgəni bağlamasından bir neçə gün sonra ortaya çıxır.
Bir də öd kisəsində daşı olan insanların yeməklərlə əlaqəli səbəbi müəyyən edilməyən şikayətləri olur. Bu xəstələrdə; Qarında qaz, yeməkdən sonra narahatlıq, yüngül mədə bulanması,qarında şişlik kimi çox spesifik olmayan şikayətlər də tez-tez eşidilir.
Fuad Nəzərov