Qadin.NET / Bronxial astma

Bronxial astma

 

Bronxial astma

 

Nədir?

 Havanı içimizə çəkərkən bu havanın ağciyərə çatdırılmasını bronxlar yerinə yetirir. Müxtəlif xəbərdarlıqlar nəticəsində bu bronxlar hədsiz dərəcədə bükülür və daralır.Nəfəs yolunun daralması ilə nəfəs almaq çətinləşsə də nəfəs verməkdə də daha çox çətinlik çəkilir. Bu şəkildə növbələr halında ortaya çıxan, geri çevrilməli bronxların daralmasına astma deyilir.

Xroniki bir xəstəlik olan astma təkcə bu bronxların daralması deyil, bronxların ətrafındakı zərin şişməsi nəticəsində da hava yolları daralır. Həmçinin selikli qişa dediyimiz bəlğəm kimi yapışqan maddələr daha çox ifraz olunduğundan nəfəs yolunun bəzi yerlərində tutlmağa səbəb olur. Bu problemlər də astmanın ortaya çıxmasına yol açır. Astma xəstələri bəzi maddələrə qarşı daha həssasdır. Bu maddələr xırıltılı nəfəs alma, öskürmə kimi problemlərə səbəb olur.
Cəmiyyətdə xüsusilə uşaqlıq çağında tez-tez görülən bir xəstəlik olan astma, yeniyetmələrin %5-ə, uşaqların isə təxminən %10-na təsir göstərir.

Astmaya Səbəb Olan Hallar Nələrdir?

Ekoloji amillər və ailədən gələn irsi faktorlar astma əmələ gəlməsində rol oynayır. Bu faktorlar xəstəliyin ya da astma növbəsinin yaranmasına səbəb olur. Ailədə astma xəstəsi olanlar bu xəstəliyə daha meyllidir. Həm anasında həm atasında astma xəstəliyi olanlarda risk daha çoxdur.



Astmanın səbəbinin böyük bir qismini allergik amillər yaradır. Bəzi adamlar bəzi maddələrə qarşı daha həssasdır(məsələn:çiçək və ev tozları, pişik tükü, evdə yaşayan bəzi böcəklər).Bu həşəratlar rütubətli yerlərdə yaşayırlar və astmaya səbəb olan mühüm bir faktordur.

 

Nəm də astmanı yaranması üçün bir faktordur. Mövsüm dəyişiklikləri xüsusilə soyuq hava astmanın başlanmasına yol aça bilər. Tənəffüs yoluna zərər verən bəzi kimyəvi maddələr vardır. Daha doğrusu, bəzi maddələr orqanizmdə kimyəvi reaksiyaya yol açır. Kömür və təbaşir tozu, siqaret tüstüsü, çirkli hava, ətir-sprey kimi qoxular astmanın yaranmasına təkan verir. Xüsusən, siqaret tüstüsündən uzaq durmaq lazımdır.

Bunlardan başqa, məşq etmək onsuz da zəif tənəffüsü daha da çətinləşdirir,astma başlaya bilər. Bəzi xəstələr məşqdən əvvəl astma dərmanı qəbul edərək astmanın başlamasının qarşısını ala bilər.
Astmanın başlamasına səbəb olacaq bəzi peşələr də var. Bunlar bərbərlik, mebel işi, işi soba ilə bağlı olanlar kimi. Xüsusilə qışda görülən soyuqdəymə astmaya səbəb olmaqdan çox astmatik insanlarda astmanın başlamasına səbəb olur.

Astmanın Əlamətləri

Astmada bronxlar daraldığına görə ən mühüm əlaməti nəfəs almada çətinlik çəkməkdir. Xəstə həm nəfəs alarkən həm də verərkən çətinlik çəkir. Nəfəs verərkən havanı bayıra çıxarmaqda çətinlik olur və xırıltılı nəfəs alıb vermə görülür. Xəstədə xışıltı tərzində səs yaranır. Astma çox qarşılaşılan bir vəziyyətdir ancaq başqa tənəffüs yolu xəstəliklərində də bu xırıltı eşidilə bilər. Sadəcə, astmaya xas bir əlamət deyil.

Ən çox görünən əlamətlərdən biri də öskürəkdir. Xüsusilə gecə, ya da səhərə qarşı ortaya çıxır. Quru və inadkar bir öskürəkdir və yuxudan oyadır. Səbəbi bəlğəm və ya bronxların ətrafındakı əzələlərin yığılmasıdır. Xəstə həkimə bəlğəmi çıxardıqdan sonra yaxşılaşdığını deyir. Astma xəstələri tez-tez nəfəs alıb verir. Çünki aldığı nəfəsin çatmadığını düşünür və çətinlik çəkir.

Astma çox ağırlaşdığı zaman xəstədə göyərmə görülə bilər. Bundan başqa, döş hissəsindəki dəri xüsusilə qabırğaların arasında içəri tərəf çökür və qabırqalar aydın görünür. Mütləq həkimə getmək la
zımdır. Bu əlmətlər sadəcə astmada görülmədiyinə görə digər xəstəliklərdən ayrıd etmək lazımdır. Astmanın əlamətləri xüsusilə səhər doğru görülür.

Astma Diaqnozu Necə Qoyulur?

Xəstəliyin diaqnozunu qoymaq çətin deyil. Bunun üçün mütəxəssis bir həkimə müraciət etmək kifayətdir. Xəstənin şikayətləri ilə birlikdə xəstəliyin dəqiq diaqnozu üçün bəzi testlər və tədqiqlər aparılır. Çətin və ağrı verici bir üsul yoxdur. Tənəffüs yoxlaması aparılır. Ağciyərlərin nə qədər hava alıb verdiyinə baxılır. Ağciyər filmi çəkilir. Əgər allergiyaya bağlı bir astma olduğu hesab edilirsə bunun üçün qan analizi və dəri analizi aparılır.

Fərqləndirmədə çətinlik yarandığı hallarda lazım gələrsə bəlğəm,tər analizi və ağciyər rentgeni edilə bilər.

Fuad Nəzərov

25 noyabr 2015
GO BACK