Qadin.NET / Ayaq göbələyi

Ayaq göbələyi

 

 

Nədir?

Ayaq və dırnaq göbələyi çox geniş yayılmış bir dəri problemidir. Bir çox insanda həyat boyu ən az bir dəfə ayaq göbələyi yaranır. Daha çox yeniyetmə və yetkinlik dövründəki kişilərdə görülür, qadınlarda və 12 yaşından kiçik uşaqlarda isə daha nadirdir. Ayaq göbələyi asanlıqla müalicə edilməsinə baxmayaraq uğurlu bir müalicədən sonra belə təkrar edir. Səbəb olan mikrob, göbələk adı verilən kiçik bitki kimi orqanizmlərdir. Göbələk ən yaxşı qaranlıq, rütubətli və ilıq mühitdə böyüyür.
Birgə istifadə sahələri və ortaq istifadə edilən dəsmal, şəpit, ayaqqabı kimi əşyalar göbələklərin çoxalması və 
bulaşması üçün çox uyğundur. Bundan başqa, pişmələr, ayaqqabı vurması, su, yuyucu tozlar, sintetik geyim və corablara bağlı yaralar də ayaqlarda göbələk xəstəliyi inkişaf etməsi üçün münbit zəmin hazırlayır. Ayaq göbələk xəstəliyini müalicə etmədikdə dırnaqlara bulaşa bilər. Dırnaq göbələyi əsasən sadə bir yaralanma ilə başlayır. Məsələn, əl və ayaq dırnaqlarının sındırılması, dırnaqların çox qısa kəsilməsi, dar ayaqqabının dırnağı sıxışdırması kimi. Nəmişlik, tərləmə, ayaqların kifayət qədər qanad açması, ayaq və dırnaq göbələyi inkişafı üçün əlverişli şərtlərdir.

Ayaq göbələyi xəstəliyi hamıda eyni deyil. Bəzi insanlarda yalnız ayaq barmaqları arasında (xüsusilə son iki ayaq barmağı arasında) soyulma, kəpəklənmə və çatlamalar şəklində görülərkən bəzi insanlarda isə ayaq dabanında və yanlarında qızartı, kəpəklənmə və su toplayan yaralar görülür. Ayaq göbələyi eyni zamanda ayaqda qaşıntı və yanma hissinə səbəb ola bilər. Qaşıntı ayaq göbələyində hər zaman olmaz. Ayaq dırnaqlarında da göbələk xəstəliyi görülə bilər və bunun müalicəsi çətindir. Dırnaq göbələyi dırnaqda qalınlaşma, xırdalma, rəng dəyişikliyi və hətta dırnaq itkisi ilə nəticələnir. Yaş irəlilədikcə ayaq dırnaqlarında olan qalınlaşma normal deyil. Bu cür dəyişikliklər dırnaq göbələyinə bağlıdır.

Müalicə edilməmiş ayaq göbələyi cilddə çatlamalara, su toplayan yaraların çıxmasına və ikinci bakteriyel infeksiyalara səbəb olacaqdır. Göbələk diaqnozu qoyulduqdan dərhal sonra müalicə başlanmalıdır.

 

Ayaq göbələyi


 

Ayaq göbələyindən qorunmaq üçün bu sadə qaydalara riayət etməyiniz lazımdır

Ayaq təmiz, sərin və quru saxlanılmalıdır. Pambıq, yun və ya bunlar kimi əmici maddələrdən istehsal olunmuş corablar geyinilməlidir. Ayaqqabılar ayağa tam olmalı və beləcə ayağa ya da dırnaqlara travma (təzyiq) azaldılmalıdır. Dar burunlu, hündür dabanlı, qədim, köhnəlmiş ayaqqabılar, corabsız geyilən ayaqqabılar və ya başqasının ayaqqabısı geyinilməməlidir.Daha çox göbələk ola biləcək ərazilərdə çılpaq ayaqla yeriməkdən çəkinin: Xalça ilə döşəməli, hamam yerləri, duşxanalar, gimnastika zalları, soyunub-geyinmə otaqları, üzgüçülük salonları, hamamlar kimi.

Dırnaqlar qısa və düz kəsilməlidir. Kənarlarını dairəvi kəsməyin. Yay mövsümündə sıx və dar ayaqqabı geyinməkdən çəkinin, bu mövsümdə sandal tipli ayaqqabılar ən münasibidir.

Ayaq Göbələyinin Növləri Hansılardır?

– Ayağınızın altında kəpəklən
mə, qızarma və quruma kimi əlamətlər ortaya çıxa bilər.
– Ayağınızda həddindən artıq bir şəkildə qaşıntı, qızarma və su toplama nəticəsində yaralar yarana bilər.
– Kiçik ayaq barmağınızın arasında soyulma, yarılma və ağ rütubətli bir görüntü meydana gəlir.
– Ayaq dırnağınız qalınlaşır və rəng dəyişdirir.Bununla birlikdəı, dırnaq soyulması və ya dırnaqlarınızın əriməsi da bunun növlərindəndir.

Ayaq göbələyinin tibb dilindəki adı Tinea Pedisdir. Səbəb olan mikrob, göbələk adı verilən kiçik bitki bənzəri orqanizmlərdir. Göbələk ən yaxşı qaranlıq, rütubətli və ilıq mühitdə böyüyür.

Fuad Nəzərov

29 noyabr 2015
GO BACK