Qadin.NET / Hepatit

Hepatit

 

Hepatit


Qaraciyərdə əmələ gələn iltihabi reaksiya tibb dilində hepatitis olaraq adlandırılır və viruslara bağlı olaraq inkişaf edir. Qaraciyərdə böyüməyə, daha həssas olmağa və zaman içərisində uzunmüddətli zədəyə yol açır. Qaraciyər, vücudu zəhərli maddələrdən təmizləyən, həzm sistemində vəzifəli ödü sintezləşdirərək qana verən, vücudda vəzifəli bir çox daşıyıcı zülalları sintezləşdirən əsas orqandır.

Karbonhidrat, yağ və zülal metabolizmində da mühüm vəzifələri vardır.
Virus gepatit qaraciyərə yerləşən virusların səbəb olduğu ən çox görülən yoluxucu bir xəstəlikdir. Hepatotrop viruslar olan A, B, C, D, E, virüsları və yeni adlandırılmış G,TTV,
SEN-V, kimi müxtəlif tipləri vardır.

Hepatit A

İnkişaf etməkdə olan ölkələrdə daha çox uşaqlarda, inkişaf etmiş ölkələrdə isə yaşlılarda görülür. Ağız yoluyla yoluxur.Virus yemək və sudan keçir. Ən çox rastlanan növdür.

Hepatit B

Qan məhsullarının köçürülməsi, qulaq deşilməsi, döymə etdirilməsi, diş müalicəsi, manikür, pedikür və ya cinsi əlaqə ilə keçə bilər.Hepatit B-li ana doğuş sırasında, virüsü körpəyə keçirə bilər.

Hepatit C

Kirli enjektor istifadəsi, kirli qan və qan məhsullarının köçürülməsi və cinsi yolla yoluxur. Anadan körpəyə keçə bilər. Hepatit C, səssiz və hiyləgər bir infeksiyadır əsasən 20 il ərzində qaraciyərin sirrozu inkişaf edir və zamanla xərçəngə çevrilə bilər.

Hepatit D

Virus olan çirkli enjektor istifadəsi, kirli qan və məhsullarının köçürülməsi ilə keçir. Bu virus yalnız Hepatit B virusu yoluxmuş insanlarda xəstəlik yaradır.

Hepatit E

Oral yolla bulaşır. Ən çox 15-49 yaş arasında görülür. Hamiləlik dövrü yoluxma baxımından çox risk altındadır. Gigyenik şəraitin pis olduğu ölkələrdə Hepatit E daşıyıcılıq faizi yüksək olub Azərbaycanda %0,5-dir. Avropada bu nisbət %0,1-in altındadır.

Viral Hepatitin Əlamətləri Aşağıdakılardır

Halsızlıq, orta dərəcədə qızdırma, əzələ və oynaq ağrıları, mədə bulantısı, qusma, qarın ağrısı, dəridə və göz ağlarında
sarılıq, tünd rəngdə sidiyin olması, biokimyəvi olaraq serum bilirubin və aminotranferaz səviyyələrində artış, serolojik olaraq virus antigenlərə qarşı antikorların inkişafı ilə birlikdə qaraciyər və serumda gepatit viral genomunun müəyyənləşdirməsi ilə görülür.

Səhiyyə işçiləri, diyaliz xəstələri, orqan və qan köçürülməsi tətbiq olunanlar, kassada işləyənlər, xəzinədarlar, toplu halda olan yerlərdə (məktəblər,əsgər yataqxanaları,yaşlı evləri,vs) yaşayanlar, maddə bağlılığı olanlar, homoseksuallar çox tez-tez cinsi partnyor dəyişdirənlər və ailəsində Gepatit B daşıyıcısı olanlar risk qrupuna daxildir.

Virus orqanizmə daxil olmamışsa qorunması mümkün bir xəstəlikdir. Ən təsirli yolu peyvənd vurdurmaqdır.

Tətbiq olunacaq vaksin cədvəli, toplam üç doza müəyyən zamanlara bölünərək həyata keçirilməsi ilə olur.

Ayrıca, gigiyena qaydalarına diqqət etmek, bərbərlərdə istifadə edilən alətlərin sterilləşdirilmiş olmasına diqqət etrmek,diş müalicələrində lazımi tədbiri almaq,qan alma və vermədə, qanın virussuz olduğuna əmin olmak, cinsi münasibətlərdə prezervativdən (condom) istifadə etmək, səyahətlərdə immoglobin etdirmək, kağız pullara toxunduqdan sonra əlləri yumaq vacibdir.

Fuad Nəzərov
23 mart 2017
GO BACK