Qadin.NET / Poliplərdə xərçəng inkişafı

Poliplərdə xərçəng inkişafı

 

Poliplərdə xərçəng inkişafı


Yoğun Bağırsaqda Polip Xərçəng İnkişafı

Adətən bütün yoğun bağırsaq (kolon və düz bağırsaq) xərçəng xəstəliklərinin yaxşı xasiyyətli (xoşxassəli) Poliplərdə başladığı qəbul edilir. Zaman keçdikcə, polipi təşkil edən hüceyrələrin dəyişiklikləri nəticəsində Polip zəminində xərçəng ortaya çıxır. Əvvəl Polip içində məhdud qalan xərçəng hüceyrələri zaman ərzində çoxalaraq şiş kütləsini təşkil edir və bu kütlə qalın bağırsaq divarını işğal edir. Nəzarətsiz böyüməyə davam edən xərçəng hüceyrələri müəyyən bir dövr sonra bağırsaq lümenini bağlaya bilər, ətraf və uzaq orqanlara yayıla bilər. Poliplər, bu şəkildə xərçəng inkişafına kömək edən (xərçəngdən öncə) bir xəstəlikdir.

Yoğun Bağırsaq Xərçəngi və Genetik

Yoğun bağırsaq xərçənginin əmələ gəlməsi ilə bağlı araşdırmalarla xəstəliyin inkişafındakı genetik dəyişikliklər bir az aydınlatılmışdır. Yoğun bağırsaq xərçəngi əmələ gəlməsinin genlərlə əlaqəsi olduqca mürəkkəbdir.

Genlər, canlının bütün xüsusiyyətlərinin daşıdığı quruluşuğdur.

Genlər, hüceyrənin nüvəsində yerləşən, xromosom içindəki xüsusi
məntəqələrdir. Genlərin biokimyəvi quruluşuğunu DNT molekulları yaradır. DNT molekulları genləri və genlər də xromosomları əmələ gətirirlər. Bu yaranmalarla hüceyrə həyatının davam etdirilməsi və genetik xüsusiyyətlərin döllərə köçürülməsi təmin olunur.
Hər bir genin bir-birindən fərqli vəzifələri vardır. Saçımız rəngindən barmaq formasına, qan qrupumuza qədər bütün xüsusiyyətlərimizin müəyyən olunmasını və ortaya çıxmasını təmin edirlər. Yoğun bağırsağın daxili səthini örtən təbəqənin formalaşması və yenilənməsi də genlərin nəzarəti altındadır. Genetik quruluşuğda meydana gələn hadisələr normal sağlam olaraq hər 7-10 gündə bir yenilənən yoğun bağırsağın daxili səthini örtən təbəqədə dəyişikliklərin inkişafını başladır. Bundan əlavə genetik dəyişikliklərin ardı sıra əlavə olunması ilə əvvəl Erkən Polip, sonra Gec Polip və davamında yoğun bağırsaq xərçəngi inkişafı müşahidə olunur. Ortalama olaraq bir Polipdən xərçəng əmələ gəlməsi üçün keçən müddət 8-10 il qədərdir.
Yoğun bağırsaq xərçənginin inkişafı üçün birdən çox genetik hadisəyə ehtiyac vardır. Bu genetik quruluşuğdakı dəyişikliklər bir anda olmaz. Bunlardan bəzilərini ana və ya atamızdan irsiyyət yolu ilə alırıq, bəziləri fərdin ana bətnində inkişafı zamanı olur və yalnız o fərdi maraqlandırır, bəziləri də yaşadığımız müddətdə ekoloji amillərlə inkişaf edir. Məhz bu birdən çox genetik hadisənin yoğun bağırsağın iç üzünü örtən təbəqənin yenilənməsi zamanı meydana gəlməsi nəticəsində qalın bağırsaq xərçəngi yaranır.

Yoğun Bağırsaq Polipi Nədir?

Poliplər yoğun bağırsağın daxili səthini örtən təbəqənin (mukoza) anormal böyüməsi nəticəsində inkişaf edən və bağırsaq kanalı (lümen) içinə doğru böyüyən şişlərdir. Bəzi Poliplər, düz (qulpsuz və ya sesil) bəziləri isə bir sap ilə bağırsaq divarına bağlıdır (saplı Polip).
Poliplər yoğun bağırs
ağın ən sıx görülən xəstəliklərindən biridir. Sağlam insanlar üzərində aparılan bir araşdırmada yeniyetmə insanların yoğun bağırsağında %15-20 nisbətində Polip təyin edilmişdir. 50 yaş üzərindəki bir fərdin yoğun bağırsağında Polip görülmə ehtimalı daha da artır və nisbət %40-50-ə çatır. Poliplər yoğun bağırsağın daha çox son hissələrində (sigmod kolon və düz bağırsaq) müşahidə olunur.

Yoğun Bağırsaq Poliplərinin Əlamətləri Nələrdir?

Daha çox yoğun bağırsaq Polipi əlaməti olmaz. Bunlar qalın bağırsağın radioloji və ya endoskopik (kolonoskopiya 5) araşdırılması zamanı təsadüfən təyin olunur. Ancaq bəzi Poliplər qanaxma, selikli qişa axıntısı (yapışqan axıntı), bağırsaq funksiyalarında dəyişiklik və nadir hallarda də qarın ağrısına səbəb olur. Xərçəngə çevrilmə göstərən Poliplər isə qanaxma, böyük tualetə çıxmada dəyişiklik (Qəbizlik, ishal və s.) və qarın ağrısı kimi şikayətlərə səbəb olurlar.

Fuad Nəzərov
13 mart 2017
GO BACK