Nədir?
Allergiya; Genetik meyilliliyi olan bəzi insanlarda allergik olaraq adlandırılan normalda zərərsiz olan maddə və ya maddələrə qarşı orqanizmin həddindən artıq dərəcədə və zərərli bir müdafiə reaksiyası göstərməsidir. Dünyada hər 5 nəfərdən birinin allergik problemlər yaşadığı məlumdur. Son illərdə allergik xəstəliklərdə getdikcə artım olduğu müşahidə olunur.
Allergik olaraq adlandırılan bədəni həssas hala gətirən bu maddələr tənəffüs yolu ilə, qida yolu ilə,dəri və ya sümük toxumasına təmas və ya inyeksiya yolu ilə bədənə girə bilər. Orqanizmə bu şəkildə girən allergiya, normal insanlarda IgG antikorlarının sintezləşməsilə qoruyucu tipdə immun cavaba səbəb olar ikən allergiyaya meylli insanlarda bir sıra reaksiyadan sonra spesifik immunoglobulin E antikorlarını sintezləşdirmək üçün bəzi qan hüceyrələrinə xəbərdarlıq edir. YarananIgE antikorları adamı bu allergiyaya qarşı həssas hala gətirir. Bu allergiya ilə daha sonrakı qarşılaşmada, mast hüceyrələrinə yapışmış olan IgEantikorları allergiyaya bağlanır və hüceyrə aktivləşməsi qıcıqlandırılaraq histamin və digər bəzi güclü kimyəvi mediatorların ifrazatı ilə tipik allergik simptomlara yol açır. Normal bir reaksiya immunitetin inkişaf etməsi şəklindədir.
İmmunitet sistemi yad maddələrin invaziyası ya da agresiyasına qarşı müdafiə vəzifəsini öz üzərinə götürmüşdür.Bu olduqca mürəkkəb bir prosesdir. Əsas vəzifəni antikorlar adlandırılan və antigeniyanı neytrallaşdıran maddələrin istehsalıdır. Ancaq bəzən immunitet sistemi öz nəzarətini itirir və təhdid ya da təhlükə yaratmayan məsuliyyətli bəzi maddələrə qarşı həddindən artıq reaksiya verməyə başlayır.Nəticədə orqanizmə zərərli olan bu reaksiyaya hipersensitivite “həddindən artıq həssaslıq“, ya da “allergiya” deyilir. Bu sadəcə bir reaksiya deyil. Çünki müxtəlif yollarla, orqanizmin müxtəlif orqanlarında və dəyişən şiddət dərəcələrində ortaya çıxa bilər. Bu reaksiyadan məsuliyyətli olan antigenə isə “allergiya” adı verilir.
Fuad Nəzərov