Qadin.NET / İshal təhlükəli ola bilər

İshal təhlükəli ola bilər

İshal təhlükəli ola bilər

İshalın şiddətlə seyr etdiyi hallarda körpə, uşaq və yaşlılarda ölümə səbəb ola bilər.

Xüsusilə çox tez-tez ishalı və bulanması olan xəstələrdə itirilən maye və elektrolit adlanan duz və minerallar qarşılanmadığı zaman yol açdığı situasiya körpə, uşaq və yaşlılarda ürək və böyrək xəstəliyi olanlarda həyatı təhlükə yarada bilər. Su itkisinə bağlı olaraq təzyiq düşməsi, döyüntü, böyrək çatışmazlığı, şüur pozğunluğu, asidoz adlanan qanda turşuların təhlükəli şəkildə artması və ən nəhayət koma və ölüm halları inkişaf edə bilər.
Hər nə qədər xaric etmə tezliyi və ifrazat konsistensiyası adamdan adama dəyişiklik göstərsə də ishal dedikdə, çox vaxt həm tezlik, həm də nəcisin maye həcminin artması nəzərdə tutulur. İshal Kəskin (akut) və Xroniki olmaqla iki qrupda təhlil olunur.
Kəskin ishal deyildiyi zaman, bir neçə gün ilə bir həftə arasında dəyişən müddətlərdə davam edən ishal nəzərdə tutulur.Xronikiishal isə ən azı 3 həftə davam edir. İshalın kəskin və ya xroniki olduğunun müəyyənləşdirilməsi, adətən səbəblərinin fərqli olması, fərqli tədqiqlərlə diaqnozunun qoyulması və fərqli şəkildə müalicə edilmələri üçün əhəmiyyətlidir. 

İshal təhlükəli ola bilər

Hər növün ayrı əlaməti var

Sekretuvar ishal adlanan ifrazat artımına bağlı bölgədə, bağırsaq hərəkətlərinin sürətləndiyini və çox sulu ishal olur.Ozmotik ishalda isə bu vəziyyətə səbəb olan qidanın istehlakı kəsildiyi zaman ishal da dayanır. Motilite ilə əlaqəli ishalda, kramp tərzində qarın ağrısına rast gəlindiyini; İnflamatuar (iltihablı) ishalda isə qarın ağrısına temperaturanın və nəcisinin mikroskopik araşdırmasında qan və iltihab hüceyrələrinin görülməsinin də müşayiət edə bilər.

Dərmanlar və Qida Zəhərlənmələri də İshala Səbəb Ola Bilər

Akut ishallara ən çox olaraq virus, bakteriyal və ya parazit infeksiyaların səbəb olur, yeni başlayan dərman müalicələrində də bənzər təsirin görülə bilər.İshal səbəbləri arasında başqa bir faktor olan qida zəhərlənməsinin isə bakteriya toksinləri yolu ilə ortaya çıxan qısa müddətli bir ishaldır.Otaq temperaturunda qalan salat, ət və ya mayonezli qidalar ilə konserva ərzaq istehlakından sonra zəhərlənmə vəziyyəti ortaya çıxır.Turist ishalı olaraq adlandırılan koli basili adlı mikrobun yol açdığı və ani qarın ağrısı, ürək bulanması, qusma ilə başlayan ishala xüsusilə isti iqlim xüsusiyyətinə malik az inkişaf etmiş ölkələrə gedənlərdə rast gəlinir. 

İshal təhlükəli ola bilər

Hansı hallarda həkimə müraciət edilməlidir?

38,3 dərəcə və üzərində bədən temperaturası olması, orta dərəcədə və ya şiddətli qarın ağrısı olması, şiddətli bağırsaq iltihabı olduğu təxmin edilən qanlı ishal olması, diabet, ürək xəstəliyi və AİDS kimi dehidrotasiyanın ciddi nəticələrə yol açacağı, altda yatan xəstəliyi olanlar, 48 saat keçməsinə baxmayaraq heç bir yaxşılaşma əlaməti göstərməyən ishal varlığı, orta və ya ciddi dehidrotasiya əlamətləri olması (Gipotenziya, sidik azalması, şüur pozğunluğu kimi), ağızdan maye və qida qəbulunu əngəlləyəcək qədər intensiv qusma olması vəziyyətində, vaxt keçirmədən infeksiya xəstəlikləri və ya gastroentrologiya mütəxəssisinə müraciət edilməlidir.

Fuad Nəzərov
5 noyabr 2016
GO BACK