Qadin.NET / Xroniki burun tıxanıqlığı

Xroniki burun tıxanıqlığı

 

Əhəmiyyət vermədiyiniz xroniki burun tıxanıqlığı təzyiqdən ürək böyüməsinə qədər bir çox xəstəliyə səbəb olur.

Xroniki Burun Tıxanıqlığı ciddi sağlamlıq problemlərinə yol açaraq həyat keyfiyyətini aşağı salır. Baş ağrısının ya da səhərlər yuxudan yorğun oyanmağın səbəbi də burun tıxanıqlığı ola bilir.Burun tıxanıqlığına nə dərəcədə əhəmiyyət verilməlidir?

Gün ərzində burundan keçən hava miqdarı təxminən 10.000 litrdir. Uşaq və ya yeniyetmə demək olar ki, hər kəs burun tıxanıqlığı problemi yaşayır. Çox zaman burun tıxanıqlığı ciddi qəbul edilmir və müvəqqəti olaraq həll edilməyə çalışılır. Halbuki xroniki burun tıxanıqlığı yuxusuzluq və yorğunluq kimi həyat keyfiyyətini aşağı salan problemlərə səbəb olarkən, uzun perspektivdə isə ürək böyüməsi kimi daha ciddi problemlərə yol aça bilər.burun-tıkanıklığı-şişAğciyərlərə kifayət qədər təmiz hava daxil olmur

Soyuqdəymə və ya sinuzit kimi xəstəliklər müvəqqəti burun tıxanıqlığı yarada bilər amma bu vəziyyət problem yaratmaz. Burun çəpər əyriliyi yəni deviasyon ya burun ətlərinin böyüməsi kimi səbəblərlə yaranan xroniki burun tıxanıqlığı isə uzun dövrdə oksigen çatışmazlığına səbəb olaraq orqanizmə mənfi təsir göstərir. Ciyərlərimizə kifayət qədər təmiz hava daxil olmadığı zaman oksigen-karbondioksid dəyişikliyi təsirlənir, qan toxumalara az oksigen aparır və zamanla toxumalarda zədə əmələ gəlir.Normal yuxusunu ala bilməyən bir insanda yorğunluq və diqqətsizlik inkişaf edir, yüksək təzyiq ilə birlikdə ürək ritm pozğunluğu başlayır və bir müddət sonra ürək böyüyür.

Xroniki burun tıxanıqlığı olan xəstələrdə ən mühüm əlamətlərdən biri də xoruldamaqdır və insan səhər yuxudan ayıldığı zaman ağzında quruluq hissi olur.Burun çəpər əyriliyi (deviasyon) adətən travmadan sonra inkişaf edən burunun orta hissəsinin əyriliyidir. Hamiləlikdə ana bətnində belə, uşağın dönmə hərəkətləri əsnasında burun travmaya məruz qala bilər, doğuş zamanı və uşaqlıq dövründəki zərbələrdə deviasyon yarana bilər.Hər deviasyon burun tıxanıqlığına yol açmaz. 

Allergiya varsa

Cəmiyyətdə burun əti olaraq bilinən konka adlanan burun içinin şişməsi də olduqca çox rast gəlinən xroniki burun tıxanıqlığının səbəblərindəndir. Qadınlarda adət dövründə və hamiləlikdə baş verən hormonal dəyişikliklərdə burun ətlərinin şişməsinə yol açır.

Xroniki burun tıxanıqlığının səbəbləri arasında davamlı olaraq allergiya olması da mühüm yer tutur. Xüsusilə allergiyaya meyilli xəstələrdə inkişaf edən poliplər burnu tamamilə bağlaya bilər. Bəzi xəstələr uğurlu burun əməliyyatı keçirsələr belə siqaret çəkməyə davam etdikləri müddətcə tam olaraq rahat nəfəs ala bilməzlər. Qeyri-adi səbəblərdən biri də gastroozofageal reflyuks xəstəliyidir ki; Müalicə də mütləq mədə turşusunun gənizə qədər qaçmasının qarşısı alınmalıdır.

Əgər burun tıxanıqlığının səbəbi deviasyon isə yeganə həll yolu əməliyyatdır. Sümük və qığırdaq əyriliyi düzəltdiyi zaman nəfəs ala bilməmə problemi düzəlir. Artıq olduqca komfortlu və rahat şəkildə burun əməliyyatları tətbiq oluna bilir.Tez-tez təkrarlanan sinuzit zamanı isə ilk növbədə dərman müalicəsi ilə iltihabı qurudulur sonra deviasyon, konka bulloza kimi anatomik problemlər əməliyyatla ortadan qaldırılır.

Fuad Nəzərov

23 noyabr 2015
GO BACK