Menisk yırtığı nədir?
Bədənimizdə ən çox yaralanan bölgələrdən biri də mensiklərimizdir.Menisklər diz bölgəsində ən böyük iki sümüyün kəsişdiyi nöqtədə “C” şəklində mövcud olan incə yastıqcıqlardır. Dizdə yuvarlaq bud sümüyü (femur) ilə düz qamış sümüyünün (tibia) uyğun bir oynaq yaratması, yükün daşınması, bir çox istiqamətə dönmə hərəkəti edə bilməsini,femur (bud sümüyü) və tibia (qamış sümüyü) arasındakı güc tarazlığının təmin olunması kimi vəzifələri də yerinə yetirir.
Futbol kimi qarşılıqlı təmas idmanlarında dizin dönməsi, ani hərəkətlərdə meydana gələn qatlanma, tək diz üstünə yük düşdükdən sonra menisklər yırtıla bilər. İdmançılarda bu yaralanmalara ön xaçabənzər bağ (ÖXB) qopması da görülə bilər. İrəli yaş qrupunda isə menisklər hər hansı bir travma olmadan dizdə inkişaf edən degenerasiya və qığırdaq zədələnməsinə bağlı olaraq yırtıla bilər. Bundan başqa, hər yaş qrupunda bir travma olmadan degenerasiyaya bağlı yırtılmalar görülə bilər.
Əlamətlər və şikayətlər
Diz içərisindən eşidilən səslər menisk yırtığının ilk əlamətləri ola bilər. Dizdə şişk
inlik inkişaf edənə qədər idmançılar oyuna davam edə bilərlər ya da gündəlik fəaliyyətləri davam etdirə bilərlər. Ancaq şişkinlik inkişaf etdiyi zaman da şikayətlər olur. Şikayətlər 24 – 48 saat içərisində inkişaf edir.
–Dizdə gərginlik və şişlik
–Oynaq hərəkəti açıqlığında azalma
–Dizdə maye toplanması
–Meniskin yırtıq hissəsi oynaq içinə düşdüyü zaman kilitlənmə olması
Diaqnozu
Həkiminizə hər şeyin hansı travma ilə necə başladığını izah edin, həkiminiz müxtəlif manevrlər ilə dizinizi müayinə edəcəkdir. Ayırıcı diaqnoz üçün rentgenlər və menisklərin görüntülənməsi üçün MRT (maqnit rezonanas tomoqrafiya) istənilə bilər.Dizin kilitli qaldığı hallarda artroskopik müayinə edilə bilər. Menisk yırtıqları bir neçə növdə ola bilər.
İdmançılarda dönmədən sonra yaranan şaquli ya da vedrə qulpu şəklində yırtıqlar,
Gənc atletlərdə daim təkrarlayan tipdə travmalar sonrası qoşma kimi yaranan radial və ya dimdik tərzində yırtıqlar
Yaşlılarda qığırdaq pozulmasına bağlı yaranan horizantal ya da iç tərəf yırtıqları sayıla bilər.
Menisk yırtıqlarının ilkin müalicəsi RİCE olaraq qısaldılmış protokoldur:
–Rest(istirahət)
–İce (buz tətbiqi)
–Compression ( spirtli bint ilə sarılması)
–Elevation (dizin yuxarıda saxlanılması) şəklindədir.
Bu müalicədən sonra dizdə kilitlənmə və xroniki şikayətlər olmazsa müalicə istirahət müddəti boyunca davam edir və yekunlaşır. Meniskin yalnız 1/3 xarici (oynaq zarına yaxın) hissəsində qan dövranı var. Bu bölgələrdə ki yırtıqlarda meniskin öz qidalanması sayəsində yaxşılaşa bilər. 2/3 iç bölgədə isə tam yaxşılaşma olmaz. Yenə də hər zədələnmiş menisk öz əlamətini göstərəcək deyə bir qayda da yoxdur.
Menisk cərrahiyyəsi
Cərrahi müalicə meniskin sağalmadığı və şikayətlər yaranmağa davam etdiyi zaman planlaşdırılır. Menisk cərrahiyyəsi günümüzdə sadəcə artroskopik cərrahiyyə ilə aparılır.
Yırtılmış və şikayətə səbəb olan menisk yırtıqları qığırdaqda yeyilmə və gələcəkdə daşlaşmaya səbəb olur. Gənc, fəal həyat tərzi sürən şəxslərdə menisk yırtıqlarının əməliyyat edilməsi daha məqsədə uyğundur. Yırtığın tipinə, bunula birlikdə inkişaf edən patologiyanın olub olmaması, xəstənin yaşına görə həkim uyğun müalicəni planlaşdırır. Cərrahiyyədən sonra reabilitasiya müalicənin mühüm bir mərhələsidir. 2 tip menisk cərrahiyyəsi vardır.
1.Meninsektomi (yırtıq meniskin çıxarılması)
Ən çox tətbiq edilən diz artroskopik cərrahiyyəsidir.Zərbə alan menisk hissəsi kəsilərək çıxarılır. Kiçik yırtıqlarda da meniskin kiçik bir hissəsi çıxarıldığı üçün xəstələrdə hər hansı bir funksional itkiyə səbəb olmaz. Meniskin 1/3 hissəsinin sağalma şansı olmadığı üçün çıxarılır. Yenə çox hissəli böyük yırtıqlar da çıxarılma məcburiyyətində ola bilər. Menisk çıxarılmasının üstünlüyü xəstələrin əməliyyatdan 4 saat sonra yeriməsidir və 3 həftə sonra idman edə bilmələridir.
Bu üsulun çatışmazlıqları isə meniskin böyük bir hissəsinin yırtıq olduğu hallarda isə meniskin böyük bir qismi bəzən tamamilə çıxarılır ki bu ciddi bir funksional pozğunluğa bağlı zaman içərisində diz ağrılarına və daşlaşmaya səbəb ola bilər. Bu səbəbdən lazımsız hallarda meniskin çıxarılmaması, tikilməsi məsləhət görülür. Meniskin çıxarılmasına bağlı olaraq yaranan ağrılı hallarda gənc xəstələrdə ölüdən menisk nəqli lazım ola bilər.
2.Menisk tikilməsi
Texniki olaraq son dərəcə çətin və təcrübəli diz cərrahları tərəfindən edilməsi lazım olan bir prosesdir. Meniskin 2/3 xarici (oynaq zarına yaxın) qismi yaxşılaşma potensialı göstərir. Yenə bu 2/3-lük xarici region menisk funksiyalarının 90% -ı yerinə yetirir. Bu səbəblə bu bölgədəki yırtıqlar mümkün qədər tikilməlidir.
Bu üsulun üstünlüyü odur ki,menisk yaxşılaşdığı zaman uzun müddətli diz funksiyası bərpa olunmuş olur. Çatışmazlıqları isə əməliyyatdan sonra 6-8 həftə qoltuqağacından istifadə edilməlidir, 10% tikilən yırtığın sağalmaması, idmana geri qayıtmaq 3-4 ay vaxt alır. Əsas qayda; Tikilə biləcək bütün menisk yırtıqları tikilməlidir,çıxarılmamalıdır.
Fuad Nəzərov