Cəmiyyətdə Baş Ağrıları
Baş ağrısı cəmiyyətdə ən çox görülən şikayətlərin başında gəlir. Baş ağrısı şikayəti olanların nisbəti cəmiyyətdə %90-a çatır. Bütün baş ağrılarının %90-ı isə miqren və gərginlik tipli baş ağrılarından ibarətdir.
Baş ağrılarının neçə tipi var?
Baş ağrılarını 14 əsas qrup və yüzlərlə alt qrup olaraq sinifləndirilmişdir. Birbaşa baş ağrısı ilə ortaya çıxan, başqa bir xəstəliklə əlaqəsi olmayan baş ağrıları əsas baş ağrılarıdır. Bunlar miqren, gərginlik tipi və yığın baş ağrılarıdır. İkincil baş ağrıları isə %10 görülən, səbəbi müəyyən bir xəstəliyə bağlı olaraq, beyin damar xəstəlikləri, sinir sistemi xəstəlikləri, beyin şişləri, göz xəstəlikləri, sinuzit, menengit kimi xəstəliklərin olması zamanı ortaya çıxan baş ağrılarıdır.
Miqrenin xüsusiyyətləri nədir?
–Adətən ağrı başın tək tərəfində olur
–Ağrı zonqlayıcı xüsusiyyətdə, orta və ya şiddətlidir
–Mədə bulanması, qusma olur
–Ağrı 4- 72 saat çəkir
–Ağrı başlanğıcında görmə qüsurları olur (auralı tipdə)
–Baş hərəkətləri və fiziki fəallıqla ağrı artır
–İşıqdan və səsdən narahat olma
Miqrenin neçə tipi vardır?
Ümumi olaraq iki qrupa bölünür. Auralı dediyimiz ön əlamətli miqren və aurasız miqren. Miqrenlərin yalnız %10-u auralıdır.
Miqrenin aurası nədir?
Aura, ön əlamətli miqrendə rast gəlinən şikayətlərdir. Bu əlamətlərin çoxu görməklə bağlıdır. Xəstə, parlaq işıqlar, zig zag xətlər gördüyünü və ya görmənin bulanıqlaşdığı, bir sahədə və ya bir bölgədə görmə itkisi olduğunu deyir. Bundan başqa, əldə, ayaqda uyuşma, baş dönməsi, danışmaqla bağlı pozuntular da görülür. 20-30 dəqiqə çəkir və sonra ağrı başlayır.
Miqrenin səbəbi məlumdurmu?
Ekoloji amillər, genetik olaraq meylli insanlarda, beyində bir aktivləşmə yaradırlar. Bu aktivləşmə, beyin damarlarında genişlənmə yaradır və kimyəvi maddələr aşkara çıxır. Bunlar sinirlərə xəbərdarlıq edərək ağrıya səbəb olurlar.
Miqrenə təkan verən amillər nələrdir?
–Yüksəklik dəyişiklikləri
–Hava çirklənməsi, siqaret dumanı
–Parlaq işıq və ya titrəyən işıq
–Yüksək və davamlı gurultu
–Ətir qoxusu, qüvvətli digər ətirlər və kimyəvi maddələr
–Hava vəziyyətindəki dəyişikliklər (təzyiq, temperatur və rütubət dəyişikliyi, lodos)
–Mövsümi dəyişikliklər (payız və yaz ən pis vaxtlar)
–Aclıq
–Çox və ya az yatma, yuxu sistemindəki fəsadlar
–Təyyarə ilə səfərlər
–Doğum kontrol həbləri
–Qadınlarda hormonal dəyişikliklər (adət dövrü)
–Bəzi yemək və içkilər (şokolad, qabıqlı quru meyvə, qırmızı şərab və s.)
Miqren qadınlarda niyə daha çoxdur?
Bu, qadınların hormonal sisteminə bağlı bir vəziyyətdir. Menopauza dövründəki qadınlarda miqren krizisləri seyrəkləşir.Hamiləlikdə də 3 ilə 9-cu aylar arasında miqren krizisləri azalır.
Baş ağrısını miqrendən necə seçmək olar?
–Baş ağrısı çoxlu stressdən irəli gəlir
–Bütün başa yayılır, təpədə təsirlidir. Başın arxasından önə doğru yayılma göstərir
–Çox nadir tək tərəfli ola bilər
–Mədə bulanması ola bilər amma qusma görülməz
–Bir həftə – 15 gün ağrıyla (yüngül) keçir
–Ağrı krizis şəklində olmaz
–Ağrı başlamazdan əvvəl görmə qüsurları olmaz
–Hərəkət etmə,ağrını artırma
Miqrendə müalicə necə olmalıdır?
Müalicədəki hədəf,təkan verən amilləri azaltmaq, sinir sistemindəki həssaslığı və ağrı zamanı ortaya çıxan damar və damar ətrafındakı narahatçılığı azaltmaqdır. Əsas müalicə, qoruyucu və ağrı zamanı müalicə olmaq üzrə ikiyə ayrılır. Əgər xəstənin ağrıları ayda bir iki dəfə görülürsə, sadəcə, ağrı zamanı müalicə məsləhət görülür.
Fuad Nəzərov