Qadin.NET / MRT haqqında bilmədiklərimiz

MRT haqqında bilmədiklərimiz

MRT haqqında bilmədiklərimiz

 

 

MRT (Maqnetik Rezonans Tomoqrafiyası) nədir?

 

Maqnetik Rezonans Tomoqrafiya böyük maqnitlərlə yaradılan güclü maqnetik sahə içərisində radio dalğaları istifadə edilərək müəyyən anatomik quruluşları, digər strukturlardan dəqiq ayırd etmək, sağlam və xəstə toxumalar arasında fərqləri müəyyən etmək və təsvir etmək üçün istifadə edilən bir tibbi texnikadır. Bu xüsusiyyəti ilə də çox kiçik uşaqlarda və hamilələrdə belə (hamiləliyin ilk üç ayında mütləq bir səbəb olmadıqca istifadə edilməz) güvənlə istifadə olunan bir üsuldur. Bundan başqa, MRT uyumlu anesteziya cihazları köməyilə qapalı yerdə olmaq qorxusu olan xəstələrdə, yaş olaraq çox kiçik uşaqlarda, içəridə hərəkətsiz qala bilməyəcək xəstələrdə etibarlı bir şəkildə MRT çəkilişi həyata keçirilir.

 

MRT hansı hallarda aparılır?

 

MRT orqanizmin müxtəlif bölgələri üçün müxtəlif məqsədlərlə tətbiq oluna bilər. Miqren, baş ağrılarında, nevroloji xəstəliklərdə, beyin şişindən şübhələnilən xəstələrdə, epileptik növbə keçirən xəstələrdə, göz, qulaq, çənə oynağı problemi olan xəstələrdə, onurğa problemi, disk oynamaları və disk qrıjalarında, bel, diz kimi oynaqlar və bağların qiymətləndirilməsində, idman yaralanmalarında, ürək xəstəliklərində, döş və qarın daxili orqan xəstəliklərində, sümük quruluş xəstəliklərində MRT aparıla bilər.

 

Beyin MR

Beyin şişləri, ifliclər və multiple skleroz kimi xroniki sinir sistemi xəstəliklərini müəyyən etmək üçün ən yaxşı üsuldur. Eləcə də hipofiz vəzi, beyin damarları, göz, iç qulaq orqanlarının xəstəliklərini dəyərləndirmədə ən yaxşı üsul olaraq istifadə edilir.

 

Maqnetik Rezonans Spektroskopiya (MRS)


Hüceyrə səviyyəsində metabolik dəyişikliklərini göstərə bilən bir görüntüləmə üsuludur. Bu texnika ilə patoloji toxumaların biokimyəvi analizlərinin aparılması ilə yanaşı, normal toxumalarda mövcud biokimyəvi əlaqələr də araşdırılır.

 

Məmə MR

Məmə MR, mammografi və ya USM-nin əvəzinə aparılan bir üsul deyil, hər iki diaqnoz üsulu ilə birlikdə istifadə edilən bir üsuldur. Məmə görüntülənməsində MR və digər bütün üsullar, döş şişlərinin erkən diaqnostikası üçün aparılır. Hər iki döşdə çoxlu mərkəz araşdırılması (döş xərçənglərinin mühüm bir hissəsi çoxlu mərkəzlər şəklində inkişaf edir),silikon implant taxılmış və ya gənc xəstələrdə aparılan intensiv məmə toxuması kimi mammografiyanın aparılmasıda çətinlik olan sahələrdə də yoxlama məqsədli istifadə edilir. Ancaq mammografiyada və USM-də müəyyənləşdirilən lezyonların yaxşı xasiyyətli və ya pis xasiyyətli olub olmadığının qiymətləndirilməsində, məmə MR məsləhət görülməkdədir.

 

Prostat MR

MR prostatın ən çox görülən problemləri iltihaplar (prostatit), yaxşı xasiyyətli prostat böyüməsi (benign prostat hipertrofiyası, BPH) və prostat xərçəngidiaqnozunda istifadə edilir. Həmçinin biopsiya ilə prostat xərçəngi müəyyən xəstələrdə xəstənin müalicə qərarını və prosesini müəyyənləşdirəcək olan şişin böyüklüyü və prostatın başqa orqanlara yayılıb yayılmadığını müəyyən etmək üçün istifadə edilən bir üsuldur.


MR incələməsində hazırlıq və incələmə prosesi


MR üçün qeyri-adi bir hazırlığa ehtiyac yoxdur. Əksinə bir xəbərdarlıq edilmədikcə xəstə yemək yeyərək dərmanlarını da götürüb gələ bilər. Xəstənin MR çəkilişi üçün tibbi keçmişi ilə bağlı bir formanın doldurması lazımdır. Həmçinin xəstə üzərində olan maqnetik sahədən təsirlənəcək, saat, kredit kartı, metal əşya və s. materialları MR otağına girmədən əvvəl çıxarmaq məcburiyyətindədir. Əgər sidik kisəsi dolu isə əksi söylənmədikdə çəkilişdən əvvəl sidiyə getməsində bir maneə yoxdur.İncələmə müddəti adətən 15-45 dəqiqə arasında davam edir. Bu müddət ərzində xəstədən hərəkətsiz qalması tələb olunacaqdır. Ən kiçik bir hərəkətin görüntülərdə pozulmağa səbəb olacağı da xəstə tərəfindən bilinməlidir. Bəzi hallarda görüntü keyfiyyətini yaxşılaşdırmaq və diaqnozun dəqiqliyini artırmaq üçün xüsusi hazırlanmış MR kontrast agentlər inyeksiya edilə bilər. Bu dərmanlar MR görüntülərini daha da aydınlaşdırmağa yardımçı olacaqdır.

Fuad Nəzərov

 

10 fevral 2017
GO BACK