Qadin.NET / Qaraciyər xərçəngində laparoskopik cərrahiyyə

Qaraciyər xərçəngində laparoskopik cərrahiyyə

Qaraciyər xərçəngində laparoskopik cərrahiyyə

Qaraciyər orqanizm üçün həyati əhəmiyyətə malikdir və qaraciyər olmadan insan həyatını davam etdirə bilməz. Qaraciyərin bədənin metabolizm qalıqlarından (qan amonyak və bilirubin) təmizlənməsi, zülalların və maddələrin sintez edilməsi, (qan laxtalandırıcı məhsullar) toksinlərin və dərmanların metabolizmi daxil olmaqla bir çox həyatı vəzifədə rol oynayır. Qaraciyər orqanizmin ən böyük orqanıdır. Qaraciyərə qan portal vena və hepatik arter olmaq üzrə iki sistemdən gəlir. Qarında sağ üst hissədə qabırğaların altında yerləşir.Qaraciyərin yuxarıda izah edilən vəzifələri xaricində; Qandakı zərərli maddələri aradan qaldırır, Həzm sistemi üçün lazımlı ödü və fermentləri ifraz edər. Bədən üçün lazımlı enerji anbarıdır və lazım olduqda bu maddələri qana salır.

Primer qaraciyər xərçəngi, bütün dünyada ən çox görülən şişlərdən biridir. Müxtəlif tipləri arasında, qaraciyər
hüceyrələrindən (hepotositlər) inkişaf edən və “hepatocellular carcinoma-HCC” və ya “hepatoma” adı verilən xərçəng,% 80-ni yaradır. ABŞ-da az görülür lakin Asiya və Afrikada çox tez-tez görülür.Əmələ gəlməsində qaraciyərin sirrozu (alkoqol), Gepatit Bvə C infeksiyaları mühüm rol oynayır. Hər hansı bir səbəblə qaraciyərin sirrozu inkişaf etmiş olan xəstələrin illik HCC inkişaf riski % 3-5-dir. Bundan başqa, kiflənmiş ərzaqlarda (xüsusilə paxlava sinifi) olan Aflotoksin də xəstəliyin ortaya çıxmasında önəmli bir səbəbdir.

Diaqnoz qoyulması adətən çətindir. Qarın sağ üst hissəsində ağrı, yorğunluq hissi və çəki itkisi ən çox görülən klinik əlamətlərdir. 1/3-də sarılıq görülür. Qaraciyər sirrozuna bağlı qarında maye toplanması, dalaq böyüməsi və həzm sistemində qanaxmalar ola bilər.

Qaraciyərin ultrasəs, Kompüterli tomoqrafiya (KT) və ya MR müayinələri ilə diaqnozunun təyin edilmə ehtimalı yüksəkdir. Xüsusən portal və ya angioqrafik KT ilə aparılan araşdırmalar çox daha faydalı nəticələr verir. Qaraciyər biopsiyası və %70 xəstədə artmış olan “alfa-fetoprotein-AFP” diaqnozu dəqiqləşdirir. AFP diaqnoz üçün spesifik olmamaqla bərabər, xroniki qaraciyər xəstəliyi olanlar bu testin getdikcə artması HCC-ni ağıla gətirməlidir.

Əlamətləri

Erkən Qaraciyər xərçənginin hər hansı bir əlaməti yoxdur. Şiş əgər böyük həddə çatarsa aşağıdakı şikayətlərə səbəb olur;

Sağ üst tərəfdə qarın ağrısı

Qarında ələ gələn sərtlik, yumru və ya ağırlıq hissi

Qarının şişliyi

İştahsızlıq və çəki itkisi

Mədə Bulanması və Qusma

Sarı dəri və gözlər,solğun defekasiya, sarılıq və tünd sidik

Vücud temperaturasının yüksək olması

 Qaraciyər Xərçəngində Laparoskopik Cərrahiyyə

Bu məqamda açıq cərrahiyyə şansı belə olmayan xəstələrdə və bütün qaraciyər xərçəngi xəstələrində laparoskopik qaraciyər cərrahiyyəsi (qapalı üsul) xəstəyə az zərər verərək xərçəngin çıxarılmasında daha üstün bir üsuldur. Dünyada yeni inkişaf etməkdə olan bu üsul ölkəmizdə də uğurla həyata keçirilir. Klinikamızda son dövrdə laparoskopik üsulla aparılan əməliyyatlar xəstələr üçün müsbət nəticələr vermişdir. Laparoskopik c
ərrahi üsul
 ilə keçirilən qaraciyər xərçəngi əməliyyatlarında xəstələrə təqdim olunan rahatlıq beynəlxalq meyarlara uyğun bir şəkildə təmin edilir.

Xüsusilə xərçəng müalicəsi zamanı olduqca əhəmiyyətlidir. Xəstələrin bu dövrdə kifayət qədər kalori qəbuluna, zülal, vitamin və minerallara olduqca çox ehtiyacı vardır. Xərçəng müalicəsi alan xəstələrdə adətənanoreksiyaürək bulanmasıqusma və ishalkimi yan təsirlər ola bilər. Bundan başqa, bu xəstələr adətən, yorğun və depressiv olurlar. Bu səbəblə qidalanmaya lazımi əhəmiyyəti verməzlər. Müalicə prosesində xəstələrin yetərli çəki qazanmaları ən azından mövcud çəkisini qoruması çox əhəmiyyətlidir.

Müalicədən sonra belə qaraciyər xərçəngi təkrar edə bilər. Bu səbəblə xəstələrdə nizamlı müayinə (hər 3 ayda 1) aparılmalıdır. Yoxlanışlar qan analizləriultrasəsKT müayinəsi və ya digər analizlər kimidir. Əgər qaraciyər xərçəngi üçün xəstəyə qaraciyər nəqli həyata keçirilmiş isə qaraciyərin normal işləyib işləmədiyini və ya nəql edilənə  uyğunlaşıb uyğunlaşmadığı yaxından müşahidə edilməlidir. 

Fuad Nəzərov


17 mart 2017
GO BACK