Qadin.NET / Serotonin nədir və təbii yollarla necə artırılır

Serotonin nədir və təbii yollarla necə artırılır

Serotonin nədir və təbii yollarla necə artırılır

 

Serotonin bir nevrotransmitterdir. Yəni sinir hüceyrələri arasında elektrik siqnallarını daşımaq vəzifəsidir.Şəkildə iki sinir hüceyrəsi arasında parlaq nöqtələr serotonin kimi nevrotransmitterləri təmsil edir. Bunlar bir sinir hüceyrəsindən aldıqları elektrik siqnalını digərinə ötürərək, beyninin işləməsində həyati rol oynayırlar. Serotonin beyində ifraz edilir və bədənin müxtəlif nöqtələrində istehsal olunur. Ümumiyyətlə, mərkəzi sinir sistemində və mədə-bağırsaq kanalında yerləşir. Mərkəzi sinir sistemindəki serotonin ruh halını, yuxunu, iştahı, öyrənmək qabiliyyətini,yaddaşı, cinsi əlaqəni və sosial davranışı tənzimləməyə kömək edir. Mədə-bağırsaq kanalındakı serotonin vəzifəsi isə həzmi tənzimləməkdir. Geniş olaraq istifadə edilən antidepressant və anti-anksiyete dərman vasitələrinin bir çoxu serotonin səviyyəsinə təsir edir. Bu dərmanlar ifraz olunan serotonin hüceyrələri tərəfindən təkrar sorulmasına mane olaraq serotonin səviyyəsini artırır. Serotonin və Depressiya Bir çox tədqiqatçı serotonin səviyyəsindəki balansızlığın ruh halına təsir edib, depressiyaya səbəb olduğuna inanmaqdadır.

Serotonin çatışmazlığı bu üç səbəbdən yarana bilər: Beyin hüceyrələrində istehsalın az olması, reseptor regionlarının yetərsiz olması ya da serotonin ifrazatında lazımlı olan triptofan maddəsinin azlığı ola bilər. Bu üç biokimyəvi pozğunluqdan biri meydana gəldiyi zaman, depressiya, obsesiv-kompulsiv pozğunluq, təşviş pozğunluğu, panika və hətta həddindən artıq əsəbilik ortaya çıxa bilər. Serotonin çatışmazlığının depresiyada mühüm rol oynadığı ümumi olaraq qəbul edilsə də, yaşayan bir beyində serotonin səviyyəsini ölçmək mümkün deyil. Buna görə depressiya və ya mental bir pozğunluğun serotonin və ya digər nevrotransmitterlərin çatışmazlığından olduğunu sübut edəcək bir tibbi araşdırma yoxdur. Amma qandakı serotonin səviyyəsi ölçülə bilər və depressiya xəstələrində bu nisbət ölçüldükdə, serotonin səviyyəsinin digər insanlara görə daha az olduğu müəyyən edilmişdir (təbii ki qandakı və beyindəki serotonin səviyyələri müxtəlif ola bilər).

Bundan başqa, serotonin çatışmazlığını depressiyaya, yoxsa depressiyamı serotonin çatışmazlığına səbəb olduğu məlum deyil. Yenə də depressiya və digər mental pozğunluqların müalicəsində istifadə edilən dərmanların bir çoxu beyində serotonin səviyyəsini artırmağı əsas olaraq qəbul edir.

 

Serotonin nədir və təbii yollarla necə artırılır

 

Serotonin və Yuxu 21-ci əsrə gəlinməsinə baxmayaraq, yuxu hələ tam olaraq başa düşülməmişdir. Amma serotonin hormonu yuxu məsələsində mühüm rol oynayır. Serotoninin yüksək səviyyələri oyaqlıq, aşağı səviyyələri yuxu ilə əlaqəlidir. Melatonin ilə birlikdə, serotonin sirkadiya saatı nəzarət edir və gün işığından təsirlənir. Gün işığı ilə serotonin səviyyəsi artar ikən, melatonin azalmaqdadır.

Serotonin səviyyəsi REM yuxusu (yuxu görülən mərhələ) əsnasında ən aşağı səviyyəsindədir. Serotonin reseptorlarına malik neyronlar REM mərhələsinə qədər bütün yuxu zamanı fəaldır. Əksəriyyətlə REM yuxusuna maneə olması üçün vəzifəlidirlər. Serotonin səviyyəsi azaldığı zaman, asetilxolin adlı nevrotransmitter səviyyəsi beyində artamağa başlayır. Bu səbəblə antidepressantların çoxu yuxu görməyi azaldır. Serotonin səviyyəsindəki artım, asetilxolin istehsalını azaldır, bu da yuxu görməyi çətinləşdirir.

Serotonin Təbii Yollarla Necə Artırılır?

Serotonin ruh halının tənzimlənməsində, yuxuda və zehnin motivasiyasında mühüm rol oynayır. Serotoninin aşağı səviyyələri depressiyaya,obsesiv-kompulsiv davranışlara və insomniyaya səbəb ola bilər. Buna görə serotonin səviyyəsinin yüksək tutulmasına diqqət edilməlidir. Qeyri-kafi və normal qidalanmama, məşq etməmək, kofein istifadəsi,alkoqol istifadəsi, süni qidalar, dieta və stress orqanizmin serotonin istehsalını iflasa uğradır. Amma serotonin səviyyəsini artırmaq üçün edə biləcəyiniz bir neçə şey var:

1. Triptofan Baxımından Zəngin Qidalarla Bəslənin Əsas amino turşulardan biri olan triptofan serotonin ifrazatında istifadə olunan yeganə qida maddəsidir. Triptofan baxımından zəngin qidalar bunlardır: Hinduşka əti, süd, pendir, qatıq,mal əti, yumurta, lobya, badam kimi quru qidalardır. 

2. B6, B9 və B12 vitaminlərini qəbul etməkdə diqqətli olun B6 vitamini serotonin istehsalında və digər turşu nevrotransmitterlərin ifrazatında istifadə edilir. B6 vitamini baxımından zəngin qidalar tam taxıl məhsulları, günəbaxan toxumu, qoz, yaşıl noxud, kartof, brüssel kələmi, qəhvəyi düyü, banan və avakadodur. B12 vitamini və B9 vitamini (fol turşusu) serotonin ifrazatında birlikdə rol oynayır. B12 baxımından ən zəngin qidalar qaraciyər və qırmızı ətdir. Bunlar xaricində yumurta, pendir və kətan toxumunda da var. Fol turşu baxımından zəngin qidalar isə bunlardır: Yaşıl yarpaqlı tərəvəzlər, tam taxıl məhsulları,noxud, gül kələmi və kələmdir.

3. Məşq Edin Gündəlik məşqlər serotonin miqdarını artırır, stressi azaldır və həzmə kömək edir. Bir çox araşdırmada idmanın serotonin ifrazatını artırdığı müəyyən edilmişdir. Xüsusilə qaçmaq və velosiped sürmək kimi aerobika məşqlər serotoninin artmasını təmin edir. Məşqi gündəlik fəaliyyətinizin əsas hissəsi edin. Ən böyük problem, insanlar məşq etmək istəməyəndə, etməmələridir. Baxmayaraq ki, bəzən məşq etmək istəməməyinizin səbəbi serotonin səviyyəsinin aşağı olması ola bilər. Belə olduqda, çox insan televiziya qarşısında çərəz yeməyə üstünlük verir. Buna görə, o andakı hissinizə baxmayaraq idmana getməyiniz vacibdir. Özünüzə hansının mühüm olduğunu xatırladın.

4. Günəş İşığı altında çox vaxt keçirin İnsanlar bir neçə əsr əvvələ qədər vaxtlarının çoxunu açıq havada keçirirdi. Günümüzdə isə insanlar daha çox ofislərdə vaxt keçirmək vəziyyətindədir. Günəş şüasının D vitaminini artırdığı hamıya məlumdur. Amma D vitamininin serotoninin ifrazatında rol oynadığı məlum deyil. Bu baxımdan düşündüyümüz zaman, depressiya modern zaman xəstəliyi olması məntiqli görünür.

5. Masaj Etdirin Bir çox araşdırma masajın serotonin ifrazatını artırdığını göstərmişdir.

6. Stressi Azaltmağa Çalışın Həyatınızda stressə səbəb olan məsələləri müəyyən edin və onları azaltmağın yollarını tapın. Çünki stress serotonin ifrazatını azaldır.

Fuad Nəzərov

6 mart 2017
GO BACK