Qadin.NET / Dovşandodaqlıq

Dovşandodaqlıq

 

Dovşandodaqlıq

Dodaq və damaq yarığı olan körpələr cərrahi müdaxilə ilə sağlamlığına qovuşa bilər. Nədir? fl7_cleft_palate Dodaq Yarığı Uşağın anadan olmasından uzun bir müddət əvvəl, inkişafın ilk həftələrində, dodağın sol və sağ kənarları ilə damaq birlikdə yaranır.Orta hesabla hər min uşaqda bir normal birləşmə əmələ gəlmir. Dodaq və damaq ayrı olaraq inkişaf etdikləri üçün, dodaq və damaq yarıqları müxtəlif dəyişikliklər ilə görülə bilər. Əgər uşağınız bu şəkildə bir deformasiya ilə dünyaya gəlibsə, müalicə üçün cərrahi müdaxilə lazım olacaqdır. Dodaq və damaq yarığı dünyaya gələn uşaqların müalicəsində əhəmiyyətli irəliləyişlər qe yd edilmişdir.Müşayiət edən müxtəlif problemlərə görə müxtəlif ixtisas sahələrindən də yardıma ehtiyac duyula bilər. Plastik cərrahiyyə ilə tətbiq ediləcək yarıq əməliyyatı ilə yanaşı, uşaqların qidalanmaları, dişləri, eşitmələri,danışıqları və psixoloji inkişafları baxımından uşaq böyüdükcə dəyişəcək və müxtəlif problemlər ortaya çıxa biləcək. Bu səbəblə, ailələrin bu problemlərin aradan qaldırıla biləcəyi bir klinikaya müraciət etmələrində fayda vardır.

 

Dovşandodaqlıq

 

Dovşandodaqlığın bərpa edilməsindən sonra ən çox görülən problem dodağın hər iki yanındakı simmetriyanın olmamasıdır.Dodaq yarığı əməliyyatında əsas məqsəd yarığın tək bir əməliyyatla örtülməsidir ancaq zaman zaman ikinci bir əməliyyat lazım gəlir. Dovşandodaqlığın bərpa olunmasındakı əsas məqsəd; Damaqdakı açıqlıq örtülərək uşağın qidalanmasını və düzgün nitqini təmin etməkdir.Bəzi hallarda müxtəlif yaxşılaşma problemləri və nitq qüsurları ikinci bir müdaxilə tələb edir.

 

Dovşandodaqlıq

 

Cərrahi Müdaxilə 6-10 Həftəlik Uşağa Edilə Bilər dovsan22 Dovşandodaqlıq : Əvvəl və Sonra Dodaq yarığının üst dodaqdakı kiçik bir oyuqdan, burun dibinə uzanan tam bir yarığa qədər geniş müxtəliflik göstərdiyini yarıq tək tərəfli olduğu kimi dodağın iki yanında da yer ala bilər. Cərrahi əməliyyat adətən uşaq 6 – 10 həftəlik olduğu zaman həyata keçirilir. Dovşandodaqlığı bərpa etmək üçün yarığın iki tərəfində aparılacaq kəsikdən sonra əzələ də bərpa ediləcəkdir. Bu zaman əzələ funksiya qazanacaq və normal dodaq şəkli yaradılacaqdır. Burunda yaranan deformasiya da bu müdaxilədən fayda görəcəkdir. Əməliyyat İzi Zamanla Azalacaqdır Cərrahi əməliyyatdan sonra uşaq narahat bir dövr keçirə bilər.Bu dövrü keçirmək üçün müxtəlif dərmanlar həkiminiz tərəfindən sizə yazılacaqdır. Uşağınızın ilk bir neçə həftə ərzində qidalanması ilə bağlı təkliflər həkiminiz tərəfindən sizə veriləcəkdir. Əməliyyat izi, ilk bir neçə həftəlik dövrdə daha qırmızı və geniş bir hala gələcəkdir. Bu mənzərə zamanla azalacaq.

Fuad Nəzərov

10 dekabr 2016
GO BACK