Qadin.NET / Uşaqlarda sidik qaçırma

Uşaqlarda sidik qaçırma

Uşaqlarda sidik qaçırma

 

Gecə sidik qaçırması dünyada eyni zamanda ölkəmizdə də rastlanan bir problemdir. 5 yaşını keçmiş uşaqlarda gecə səbəbsiz yerə altını islatma kimi təsvir edilir. Normal uşaqlarda xüsusilə çox maye qəbul edildiyi günlərdə gecə altını islatma kimi görülür. Bunun gecə sidiyə getmə olub olmadığını anlamaq üçün hansı tezliklə ortaya çıxdığına baxmaq lazımdır. Əgər bu hal həftədə 2 dəfədən çox olursa o zaman burada bir gecə sidik qaçırmasından söz edə bilərik.

Uşaqlarda gecə altını islatma yalnız gecə rastlanılan bir hal deyil. Bəzi hallarda gündüz də bu cür altını islatma halları görülür.

Gecə Sidik Qaçırmasının Səbəbləri

Gecə sidik qaçırmasının bir çox səbəbi ola bilər. Bu faktorların başında genetik faktorlar gəlir. Gecə altını islatmaqdan əziyyət çəkən uşaqların ailə üzvlərində də körpə ikən bu vəziyyətin görülmə nisbəti 75%-dir. Bununla birlikdə bu uşaqlarda sidik kisəsi tutumu ilə əlaqəli problemlərin olduğu və gecə sidiyin azalmasını təmin edən hormonun bu uşaqlarda az fəaliyyət göstərdiyini müəyyən edən bir araşdırma nəticələri də vardır.

Gecə sidik qaçırmasının psixoloji səbəbləri olduğu da inkaredilməz bir həqiqətdir. Bu cür uşaqlarda məktəbə getmə, köçmə, boşanmalar və s. çətin və stresli hadisələrdən sonra gecə altını islatmaların artdığı görülür.

Gecə Sidik Qaçırmasının Müalicəsi

Bu xəstəlik zamanla öz özünə keçən bir xəstəlikdir. Ancaq gecə altını islatan uşaqlar bu vəziyyətin yaratdığı utanma hissi ilə depressiyavə içinə qapanma əlamətləri göstərməkdə olduğu üçün ana və ataların mütəxəssis bir həkimdən kömək istəmələri bu mərhələdə əhəmiyyətlidir. Mütəxəssis həkim müalicəyə başlamazdan əvvəl uşağı hərtərəfli fiziki müayinədən keçirməli və problemin altındapsixoloji səbəblərin xaricində başqa bir sırafizioloji səbəblərin olub olmadığını araşdırmalıdır. Əgər aparılan bu tədqiqlərdən sonra sidik qaçırma səbəbləri fiziki deyil isə yuxudan əvvəl daha az maye istehlakı, yuxu əsnasında uşağı oyadaraq tualetə aparılması kimi üsullarla müalicəyə başlanılır. Yalnız müalicənin başlanğıcında istifadə edilən bu üsullarla yaxşılaşan uşaqlar vardır. Əgər bu üsulların bir yararı yoxdursa dərman müalicələrinə başlanılır. Dərman müalicələri çox vaxt uşaq psixoloqları ilə birgə aparılır.

Fuad Nəzərov

20 fevral 2017
GO BACK