Tərləmə (hidrozis); Bədənin olduğu mühitlə arasındakı istilik mübadiləsini təmin edən fizioloji bir mexanizmdir. Bədəndəki tər vəziləri, simpatik sinir sistemi deyilən, iradədən asılı olmayaraq işləyən bir mexanizm tərəfindən idarə edilir.
Həddindən artıq tərləmə, bütün bədəndə və ya bəzi bölgələrdə ola bilər. Bütün bədəndə görülən həddindən artıq tərləmə mütləq bir xəstəliklə əlaqəli deyil. Bəzi insanlar digərlərinə görə daha çox tərləyirlər. Məsələn, artıq çəkili olanlar normal fəaliyyətləri üçün belə, normal çəkili birinə görə daha çox enerji sərf edir və daha çox tərləyirlər. Həddindən artıq tərləmə bəzi dərmanlardan da ola bilər. Bəzən də bir xəstəliyin əlaməti olaraq qarşımıza çıxa bilər (qalxanabənzər vəzinin çox işləməsi, bəzi infeksiyalar, bəzi xərçəng xəstəlikləri, bəzi növ romatizmal xəstəliklər, menopauza, şəkər xəstəliyi kimi).
Regional həddindən artıq tərləmə isə, (hiperhidrozis) simpatik sinir sisteminin həddindən artıq işləməsi ilə meydana gəlir. Adətən əllərdə, qoltuq altında, üzdə və ayaqlarda həddindən artıq tərləmə şəklində görünür.Şikayətlər yayda artır.
Bu hal, insanın gündəlik fəaliyyətlərinə, psixoloji vəziyyətinə və sosial həyatınə təsir edirsə, belə ki; Əl ilə görüşməkdən, insanlarla tanış olmaqdan çəkinir, qələm tutmursa, əl alətlərindən istifadə etmirsə mütləq müalicə edilməlidir.
Cərrahi Müalicə
Torasik sempatektomiya: (Endoskopik torasik sempatektomiya: ETS) hiperhidrozis müalicəsində yeganə və kəskin həll cərrahi üsuldur. İnsanın gündəlik həyat, peşə fəaliyyəti, sosial münasibətlər və şəxsiyyətinin təsirləndiyi tərləmə hallarında əməliyyat üsulu gündəmə gəlməlidir. Ümumi anesteziya altında qapalı əməliyyat şəklində (video yardımlı torakoskopiya: VATS) döş qəfəsinə 0,5-1 cm-lik iki (nadir hallarda üç) kəsik tətbiq edilir. Həddindən artıq tərləməyə yol açan sinir düyünü müxtəlif üsullarla təsirsiz hala gətirilir. Bu metodlar, simpatik zəncirin bir hissəsinin çıxarılması, titanyum klips qoyulması və ya məhv edilməsi şəklində ola bilər. Bütün bu üsulların təsirləri eynidir.
Simpatik sinirlərin ayrıca funksiyası olmadığından bunların çıxarılması ilə duyğu itkisi, iflic kimi fəsadlar gözlənmir. Əl tərləməsi dəqiq müalicə nisbəti %100, xəstə məmnuniyyəti %98,5-dir. Xəstələr bir gecə xəstəxanada qalaraq orta hesabla 3-7 gün içərisində normal həyatlarına və işlərinə qayıda bilərlər.
Yan təsirləri və gözlənilməyən təsirləri isə, göz qapağı düşməsi (%0,1-də az), aşağı ürək sürəti, quru əl və üz cildidir.
Müalicəsi
Xarici dərmanlar-kremler: Etil spirt içində alüminium xlorid, glutaraldehid istifadə edilə bilər. Daha çox ayağın həddindən artıq tərləməsində üstünlük verilir. Əllərdə çatlamaya, pis qoxuya səbəb ola bilər. Təsiri günlükdür.
İontoforez; Xəstənin tərləyən bölgəsinə elektrikli xəbərdarlıq prinsipinə əsaslanan bir üsuldur.Təsiri 1-2 həftəlikdir. Asan olmayan, hər yerdə olmayan, təsir müddəti qısa bir üsul olması çatışmazlıqdır. Müəyyən fasilələrlə təkrar etmək lazımdır.
Botox (botilinum toksini) inyeksiya: Tərləyən zonaya inyeksiya tətbiq olunaraq aparılır. Təsiri əsasən 6 ay təşkil edir və təkrar olunan etaplar tələb edir. Təsir müddəti 6 ay ilə məhduddur. Tətbiqi xüsusən əl içində çox ağrılı ola bilər. Bir bölgə üçün dəri altına 20-30 inyeksiya lazımdır. Xəstələrin yarısında əzələ zəifliyi görülə bilər.
Həddən çox tərləməyin müalicəsində əsas olan bu əməliyyatın təcrübəli və etibarlı bir həkim tərəfindən edilməsidir. Məqsəd, xəstənin istəyinə uyğun olaraq ictimai həyata dönüşünü sağlam insanlarda adi tərləmə halı ilə təmin etməkdir.
Fuad Nəzərov