Qadin.NET / Ziyillər və onların müalicəsi

Ziyillər və onların müalicəsi

Nədir?

Ziyil, dərinin üstündə çıxan Human Papilloma Virus – HPV olaraq adlandırılan bir infeksiyadır.

Ziyil forması, ölçüsü harada olduğuna görə dəyişiklik göstərməktədir.Vücudun hər yerində meydana gələ bilər.Ümumiyyətlə dəri ilə eyni rəngə sahib olaraq sərt, qabarıq bir şəkildə içində nöqtə kimi görünən qara viruslar olur.
Virus dərinin ən üst hüceyrələrinə təsir edərək,hüceyrələrin artmasına və daha çox keratin ifraz etməsinə səbəb olur.

Ziyillər nə vaxt yox olur?

Ziyillərin demək olar ki, yarısı ziyil müalicəsi aparılmadığı zaman iki il müddətində yox olur.

Ziyillərə bir virus səbəb olur, bu səbəbdən orqanizm müəyyən bir zaman sonra müqavimət göstərməyə başlayacaqdır və bu müqavimət sayəsində ziyillər yox ola bilər.Təəssüflər olsun ki, bu müddət dəqiq olmadığına görə ziyillər bəzən aylar bəzən isə illərlə qala bilər.Ancaq ziyillər yoluxucudur bədənin başqa yerlərinə yada başqa insanlara keçmə ehtimalı çox yüksəkdir və buna görə də müalicə edilməlidir.

Ziyillər insanın sosial münasibətlərinə də təsir edə bilər.Ayaqda çıxanlar ağrıya səbəb olur və bir yerə toxunan an qanaya bilər.Ayrıca yaxşı bir görünüşü yoxdur.Əllərdə və ya üz nahiyəsində olan ziyillər həqiqətən utanc hissi yaradır buna görə də ziyil müalicəsi tətbiq edilməlidir.

 Ziyillər və onların müalicəsi

Nə səbəb olur?

Ziyil, insanın papilloma virusu adlandırılan və bu günə qədər 77 müxtəlif tipi olan bir virüsdur.İmmunitet sisteminin zəif olmasına görə yaranır.

Ən çox hansı yaşlarda görülür?

Tədqiqatlara görə ziyillər ən çox 10-20 yaş arasında görülür.

Başqa bir xəstəliyin xəbərçisi ola bilərmi?

Genital bölgənin xaricində yaranan ziyillər geniş yayılmış və ya sayları çox deyilsə, başqa bir xəstəliyin xəbərçisi deyildir.Vücudun hər tərəfinə səpələnmiş və müalicə edilməsinə baxmayaraq keçmirsə demək ki orqanizmin immunitet sistemi çox zəifdir və belə hallarda AİDS kimi immunitet sistemini zəiflədən xəstəliklər baxımından xəstə üzərində analizaparılmalıdır.

Zərərləri nədir?

Ziyillərin ən pis zərəri qadınlarda və genital bölgədə əmələ gələnlərdə görülməkdədir.Bu bölgədə olan ziyillər müalicə olunmadığı zaman %90 nisbətində vaginal xərçəngə səbəb olmaqdadır və görünüş baxımından insanın sosial həyatına mənfi təsir göstərir.

Ziyillər yoluxucudurmu?

Bəli, ziyillər yoluxucudur.Ziyillər çox insanda, qaşınan və ya təzyiqə məruz qalan yerdə əmələ gəlirlər.Əgər bir insanın dərisi sağlamdırsa siyillər o dərini keçə bilməzlər.Ancaq dəridə zədə, yara, kəsik olarsa keçə bilərlər.Dırnaq yemə vərdişi olanlar və hədsiz manikür edənlərdə ziyil yaranması daha asandır.Ayaq altında yaranan ziyillər isə ən çox idman alətlərindən,hamamın gigiyenik baxımından təmiz olmamasından yoluxur.

Ziyildə ağrı olur?

Ayaq altı, dırnaq ətrafı və oynaq yerlərindəki ziyillər təzyiqə məruz qaldığına görə ağrı yarada bilərlər.Buna görə də ayaqda yaranan ziyillər daha çox qabarla (uçuq) qarışdırılır. 

Ziyillər və onların müalicəsi

 Hamiləliyin və stressin təsiri varmı?

Hamiləlik ziyil əmələ gəlməsini asanlaşdıran fizioloji bir prosessdir.İrsi olaraq keçən və immunitet sisteminə təsir edən bir xəstəlik olarsa insan ziyilə asanlıqla yoluxa bilər.Sıxıntı, depresiya,stress və psixoloji amillər ziyil əmələ gəlməsinə köməkçi olan amillərdir.
Necə Müalicə Edilir?
Ziyil müalicəsinin məqsədi ziyili ortadan qaldırmağa çalışmaqdır.Fərqli müalicə üsullarının heç birinin %100 uğur əldə etmək imkanı yoxdur.Ziyil müalicəsi nəticəsinə təsir edən çox mühüm 2 amil vardır: Müalicə zamanı prosesin düzgün aparılması.
Əməliyyat əsnasında xəstənin virusa qarşı sahib olduğu immunitet əhəmiyyət kəsb edir.
Fuad Nəzərov
30 aprel 2016
GO BACK