Kolonoskopiya yoğun bağırsağın təsvir edilməsi üçün bir diaqnoz üsuludur.
Kolonoskopiya, xəstələri ən çox narahat edən tibbi prosesslər arasında yer alır. Xüsusilə bəzi xəstələr, kolonoskopiya aparılması lazım gələn bir vəziyyət olduğunda, həkimə müraciət etməyi gecikdirə bilərlər. Halbuki,birincisi kolon xərçəngi olmaqla həyati əhəmiyyət daşıyan bir çox xəstəliyə erkən diaqnoz qoymaq imkanı yaradan kolonoskopiya eyni zamanda xəstəliyin müxtəlif müalicə üsulları ilə müalicə edilməsi imkanını yaradır.
50 yaşından sonra mütəmadi olaraq aparılması lazımdır
Hansı hallarda kolonoskopiya aparılır? Kolonoskopiya yoğun bağırsağın təsvir edilməsi üçün bir diaqnoz üsuludur. Ultrasəs, tomoqrafiya, virtual tomoqrafiya və nəcisdə gizli qan tədqiqi kimi proseslər həzm sistemi haqqında bir sıra ön məlumatlar verir. Ancaq əldə edilən nəticə kolonoskopiya qədər geniş məzmunlu olmur. Kolonoskopiya, bir ucunda kamera olan təxminən çeçələ barmaq qalınlığında qara bir xortum ilə bağırsağa girilir və içəri incələnir. Heç bir şikayət olmasa da, 50 yaşından sonra həkimin təklif edəcəyi aralıqlarla kolonoskopiya aparılması lazımdır.
–Birincə dərəcə qohumlarda kolon xərçəngi və ya kolon bağırsaq polipi müəyyən edilməsi
–Nəcisdə qan
–Qanazlığı və dəmir çatışmazlığı
–Bəzi xroniki xəstəliklər
–İltihablı bağırsaq xəstəlikləri
–Defekasiya aktında ciddi dəyişikliklər
–Qəbizlik və ya ishal
–Kilo itkisi
–Uzun müddətli qarın ağrısı
Poliplərin erkən diaqnozu müalicə üçün böyük əhəmiyyət daşıyır.
Polip, bağırsağın içərisindən inkişaf edən kiçik formalardır. Bunlar zaman ötdükcə böyüyüb, xərçəng olma riski daşıyır. Əgər poliplər tez aşkar edilirsə və çıxarılarsa, poliplərin səbəb olacağı kolon xərçənginin qarşısı alınmış olur. Nəcisdə qan hər zaman xərçəng olacaq demək deyil, babasil də ola bilər. Ancaq bunun düzgün müəyyən edilməsi üçün mütləq həkimlə məsləhətləşmək lazımdır.
Müayinənin Aparılması
Kolonoskopiyadan öncə yaxşı bir bağırsaq təmizliyi,müayinə keyfiyyətini artırır. Bundan başqa mütəmadi olaraq qəbul edilən dərmanlar varsa həkim məlumatlandırılmalıdır və xüsusilə qan durulaşdırıcı dərmanların müayinə zamanı qanaxma riskini artıra biləcəyi unudulmamalıdır.Kolonoskopiyadan bir gün əvvəl heç bir şey yeməmək və yalnız maye qəbul edilməsi lazımdır. Su ilə yanaşı, soda, alma suyu və ya fərqli alternativ içkilər də istehlak edilə bilər. Maye istehlakı xəstəyə görə planlaşdırır. Təzyiq aşağı olduğu zaman duzlu su da təklif edilir. Kolonoskopiyadan əvvəl xəstənin vəziyyətinə uyğun təmizlik məhlulları istifadə edilir. Bunlar, yaşa və sağlamlıq vəziyyətinə bağlı olaraq görə seçilir. Ancaq ən əsası, xəstənin bir gün əvvəldən şəffaf maye istehlak etməsi və həkimin verdiyi dərmanları qaydalarına uyğun şəkildə istifadə etməsidir.
Kolonoskopiyadan Sonra
Müayinədən sonra anesteziyanın təsiri aradan qalxana qədər xəstə 1 saat müşahidə altında saxlanıldıqdan sonra xəstəxanadan çıxa bilər. Anesteziya tətbiq edilən xəstələrin evə maşınla qayıtması və ya işə gedib, diqqət tələb edən işlər görmələri təklif edilmir. Xəstənin müayinədən sonra qaz şikayəti ola bilər. Bunun səbəbi, kolonoskopiya zamanı bağırsağı görmək üçün verilən havaya görə ola bilər,bu qısa müddət içərisində keçir.