Qadin.NET / Allergiya nədir?

Allergiya nədir?

Xanımlar,bu dəfə sizə allergiya haqda məlumat vermək istəyirəm.

 Allergiya elə bir haldır ki,bu zaman immun sistemi ətraf mühitə (kimyəvi maddələrə,mikroblara və onların həyat fəaliyyətinin məhsullarına,qida məhsullarına və.s) qarşı yüksək həssaslıq göstərir.
Allergiyaya səbəb olan amillərə isə allergenlər deyilir.Allergenlər müxtəlif ola bilər.Allergik xəstəliklərə bronxial astmanı,dermatitləri,rinitləri,konyuktivitlər,anafilaktik şoku misal göstərə bilərik.

Allergik xəstəliklər orqanizmin xarici mühit amillərinə( təhlükəli olmasa da,orqanizm tərəfindən təhükəli sayılan) qarşı hiperreaksiyasıdır(çox güclü reaksiya). Bəzi ağır hallarda immunitet öz şəxsi orqanizminə qarşı mübarizəya qalxır.Bu zaman orqanizmin şəxsi hüceyrələri və zülalları məhv olma təhlükəsinə məruz qalır və autoimmun adlanan xəstəlik inkişaf edir. Bu xəstəliklərə birinci dərəcəli şəkərlli diabet, dağınıq skleroz və digər ağır xəstəliklər aiddir.

Allergiyanın yaranmasında psixoloji faktorların da rolu danılmazdır.Belə ki,psixoloqlar belə fikir irəli sürür ki,immun sistemi sinir və endokrin sistemlə sıx əlaqədardır. Onlar fikirləri və fizioloji reaksiyaları daşıyaraq birgə təsir göstərir.
Psixoloqların dediyinə görə allergiya səbəbsiz qorxudur.Normada immunitet ancaq orqanizmin düşmənlərinə məsələn virus və bakteriyalara qarşı mübarizə aparmalıdır.Amma immun sistemin işi pozularsa o orqanizm üçün tam zərərsiz maddələrə də (bitkilərin tozcuqlarına,heyvanların tüklərinə,qida məhsullarına,ev tozuna) belə kəskin reaksiya verir.Hər hansı bir stressdən sonra immun sistemin işi pozula bilər.Hətta Amerikan psixoloqları sübut etmişlər ki, gələcək ana hamiləlik zamanı emossional gərginlik altında olursa,80% hallarda uşaq allergik olur. Böyük yaşlarda stresə qarşı reaksiya olaraq tez-tez allergiyaya rast gəlinir.
Allergiya ana xətti ilə nəsildən nəslə keçir.Əlamətlərinə aiddir:səhərlər-yuxudan oyanan kimi və ya hansısa mühitə düşdükdə çoxlu sayda asqırmaq,əsasən yaz aylarında burunda sulanma (qızdırma olmadan),göynəmə,gözlərdə qaşınma,sulanma,tənəffüs çatmamazlığı (tutma şəkilli),dəridə qaşınma,qızartı və s.

Allergiya nədir?
Allergiyanın diaqnostikası isə əsasən allergenin tapılmasına əsaslanır.Belə ki,şəkildəki kimi dəridə kiçik cızıqlar cızılır və müxtəlif allergenlər bura kiçik dozada yeridilir.Həmin nahiyənin allergenə reaksiyasına baxılır.

Yaşadığımız mənzillərdə toz ehtiva edən əşyaları çalışın ki,azaldasız.Tüklü,yunlu geyimlər,yatacaqlardan,xalçalardan uzaq olmağa can atın.

P.S kimə nə aydın deyilsə,sual verə bilər.

6 may 2011
GO BACK