Qadin.NET / Uşaqlarda ağız və diş sağlamlığı(1)

Uşaqlarda ağız və diş sağlamlığı(1)

Uşaqlarda ağız və diş sağlamlığı(1)

Nə vaxt başlamaq. Körpə 6-8 aylıqkən, (yəni ilk dişlər ağızda görünəndə) təmizləmə əməliyyatı başlamalıdır. Səhər naharı sonrası və gecə yatmadan əvvəl dişləri (heç olmasa diş səthlərini) tənzifi isladaraq silmək, təmizləmək olar.

Diş fırçası istifadəsinə isə uşağın arxa dişləri çıxdıqdan sonra (təxminən 2,5 – 3 yaşında ) başlanması məqsədəuyğundur.

Məktəbəqədər uşaqlarda diş fırçalama üçün bir metod tətbiq etmək çox çətindir. Bu yaşlarda əhəmiyyətli olan, uşağa diş fırçalama vərdişi qazandırmaqdır. Uşaqlar diş fırçalayarkən çox vaxt dişlərin görünən ya da asan nəzərə çarpan səhtlərini fırçalayırlar. Halbuki çürüklərin qarşısının alınması üçün dişlərin ara hissələrini və çeynəyici səthlərini daha yaxşı təmizləmək lazımdır. Bu səbəblə fırçalayandan sonra ata-ananın nəzarəti yaxşı olar.

Uşaqlar üçün necə diş firçası seçmək lazımdır? Uşağın ağız böyüklüyünə uyğun, yumşaq və neylon tüklərdən hazırlanmış diş fırçaları istifadə edilməlidir. Sərt fırçalar dişləri aşındıracağı üçün istifadəsi uyğun deyil. Köhnəlmiş bir süpürgəylə süpürmə əməliyyatı necə edilə bilməzsə, köhnə bir fırçayla da dişlər fırçalanamaz. Fırça tükləri aşınar aşınmaz (təqribən 6 ay) mütləq dəyişdirilməlidir.

Uşaqlar dişlərini gündə neçə dəfə fırçalamalıdırlar? Səhər naharı sonrası və gecə yatmadan əvvəl, yalnız üç dəqiqəlik təsirli bir fırçalama əməliyyatı kifayətdir. Hər yaxşı vərdiş kimi diş fırçalama vərdişi də uşaqlıq dövründə qazanılmalıdır. 

Uşaqlarda ağız və diş sağlamlığı(1)

Uşaqlar diş pastasını necə istifadə etməlidir? Körpəlik dövründə və üç yaşına qədər uşaqlara diş pastası istifadəsi təklif edilməz. Diş pastası istifadəsinə üç yaşından sonra başlanmalıdır. Ancaq reklamlarda gördüyünüz kimi 3-5 sm deyil, bir noxud dənəsi qədər pasta fırçalama üçün kifayətdir.

Diş pastası istifadəsinə başlandığı dövrdə, florlu diş pastalarından hər hansı biri seçim edilə bilər. Əhəmiyyətli olan uşağın seçilən pastanın dadını sevib istək duymasıdır. Fırçalama əməliyyatında pastadan çox, təsirli bir fırçalama əməliyyatının əhəmiyyətli olduğunu unutmamaq lazımdır. 

Uşaqlarda ağız və diş sağlamlığı(1)

Uşaqlarda ağıza qulluq. Körpələrin, heç olmasa ilk dörd ayı ana südü ilə qidalanmaları ağız ətrafındakı yumşaq toxuma və əzələ funksiyalarının normal inkişafını təmin edir. Ana südünün qeyri-kafi olduğu vəziyyətlərdə fizioloji başlıqlı (damaqlı, kəsik uclu) əmzikdən istifadə etmək lazımdır. Körpələr 1 yaşından etibarən stəkan və qaşıqla istifadəyə alışdırılmalıdır. Əmziklə bəslənmə ən çox 2 yaşına qədər davam edə bilər. Barmaq əmmə, yalançı əmzik istifadə etmə kimi vərdişlərə 2 – 2,5 yaşına qədər icazə verilə bilər. Əgər barmaq əmmə vərdişi mövcudsa, bunun səbəbi araşdırılaraq 3 – 6 yaş arasında bu vərdiş mütləq aradan qaldırılmalıdır.

Tənəffüs problemləri, çənə inkişafı üzərinə mənfi təsir edər. Burundan deyil də, yalnız ağızdan tənəffüs etmə vəziyyəti mövcudsa (bu vəziyyət yuxuda daha yaxşı aydın olar) şübhəsiz qulaq burun boğaz mütəxəssisinə məsləhətləşilməlidir.

Ardı var...

Tural İsabəyli

18 sentyabr 2015
GO BACK