Qadin.NET / Siqaret tərgitmək üçün.

Siqaret tərgitmək üçün.

Siqareti çəkməyə son vermək heç zaman gec deyil və onu tərgidərkən hansı yaşda olmanızdan asılı olmayaraq, bundan bir çox faydalar əldə etmək olar. Burda sizin bu vərdişinizi tərgitmək üçün kömək edəcək bəzi effektiv məsləhətlər vardır: 
Yanaşma seçin. Tərgitmək hər kəs üçün çətindir, beləliklə də sizin üçün keçərli olacaq yanaşma tərzi seçin. Bu, ya “soyuq hinduşka yanaşması” (qəfildən və tamamən dayandırmaq) və ya hər gün çəkdiyiniz siqaretlərin sayını tədricən azaltmaq yolu ola bilər. Tərgitmək üçün bir tarix qoyun və ona əməl edin. Bunu gec yox, daha tez edin. Əgər bunu özünüz edirsinizsə, o zaman tövsiyə olunur ki, tərgitməyə qərar verdiyiniz tarixdə siqaret çəkməyi tamamilə dayandırasınız. 
Dostların dəstəyi. Ailə, dostlar və iş həmkarlarınızdan ala biləcəyiniz qədər çox dəstək alın. Qoyun onlar bilsinlər ki, siz siqareti tərgitməyi planlaşdırırsınız və siqaret çəkənlərdən sizin yanınızda çəkməməyi və ya sizə siqaret təklif etməməyi xahiş etsinlər. Dostlarınızla birlikdə tərgitmək də mükəmməl ideya ola bilər – siz düşüncələrinizi paylaşa və bir-birinizi həvəsləndirə bilərsiniz.
Siqaret və onu xatırladan əşyalar. Bütün siqaretləri, külqabılarını, aışqanları və sizə siqaret çəkməyi xatırlada biləcək hər şeyi tullayın. Siqaret qoxusunu yox etmək üçün paltarlarınızı yuyun və maşınınızı təmizləyin.
Əvəzləyicilər. Çox siqaret çəkən və yaxud əlavə ehtiyac duya biləcəklərini hiss edən şəxslər üçün nikotin plasterləri və yaxud saqqız kimi nikotini əvəzləyən terapiya yaxşı ideya ola bilər. Həmçinin ağız üçün vareniklin (brend adı Champix) və bupropion (brend adları Prexaton və Zyban) kimi siqaretə son vermə simptomlarını və çəkmək istəyini azaltmağınıza kömək edə bilən reseptlə satılan dərmanlar vardır. Sizin üçün ən yaxşı olanı seçmək üçün həkiminizlə məsləhətləşin.
Siqaretdən uzaq durun. Qonaqlıqlar, içmək və yaxud qəhvə içmək üçün bir yerə getmək kimi siqaretə meyl edə biləcəyiniz vəziyyətlər üçün öncədən hazır olun. Siqaretə son vermək proqramınızın erkən mərhələlərində bu vəziyyətlərdən qaçınmağa çalışın, yaxud restoranlarda siqaret çəkilməyən hissələrdə otutmağa, qəhvənizi ayaq üstə dayanaraq və ya digər əlinizlə içməyə, yaxud da ki telefonla danışarkən əlinizdə nə isə bir şey saxlamağa çalışın.
Səbəblər. Sizi siqaretə son verməyə vadar edən bütün səbəbləri bir yerə yazın və xatırlamağa ehtiyac duyduğunuz zamanlarda özünüzlə gəzdirin. 
Simptomlarla mübarizə. Gərginliyiniz olduqda bu dörd məsləhəti yadınızda saxlayın. Ləngimə: Yadınıza salın ki, ən pis gərginliklər sadəcə bir neçə dəqiqə çəkir və siqaret çəkməyi tərgitməyinizdən uzun müddət keçdikcə daha az-az baş verir. Dərin nəfəs: bu, sizə rahatlamağınıza və fikrinizi başqa bir şeyə cəmləşdirməyinizə kömək edəcəkdir. Su içmək: Nikotin və digər zərərli maddələri vücudunuzdan təmizləyib çıxartmaq üçün çoxlu maye qəbul etmək yaxşı fikirdir.
Siqaret tərgitmək üçün.
Nə isə başqa bir işlə məğul olmaq: siz gəzməyə, kinoya gedə və yaxud sizə dəstək verən bir dostunuza baş çəkə bilərsiniz. Normal halda siqaret çəkəcəyiniz  vaxtlarda bir alma yeməyi və ya dişlərinizi fırçalamağı sınaqdan keçirin. Siz əldə siqaret tutmaq ehtiyacınızı əvəzləmək üçün qələm və ya təsbeh kimi başqa əşyalar da saxlaya bilərsiniz, yaxud ağzınızda siqaretdən fərqli bir şeyin olması üçün biraz saqqız çeynəmək, yaxud sağlam çərəzlər yemək və  içmək olar.
Digər vərdişlər. Əgər siz çoxlu qəhvə içirsinizsə, siz eləcə də qəhvədən istifadənizi azalda bilərsiniz, belə ki, vücudunuzda heç bir nikotin olmadıqda daha çox kafein saxlayırsınız. Əsəbi olmaq sizə siqareti tərgitmənizi planlaşdırmağa kömək etməyəcəkdir. Həmçinin ən yaxşısı alkoqoldan da uzaq durun, çünki bir çox insanlar içdikdə siqaret çəkmək istəklərini ram etməyə çətinlik çəkirlər.
Motivasiya. Əgər görsəniz ki, siqareti tərgitmək motivasiyanızı itirirsiniz, o zaman siqaretə son verməyin tibbi və maddi (maliyyə) xeyirlərini özünüzə xatırladın. Misal üçün, heç bilirdinizmi ki, siqareti tərgitdikdən 12 ay sonra ürək xəstəlikləri riskiniz siqaret çəkənlərdə olan riskin yarısına qədər azalır?
17 sentyabr 2015
GO BACK