Qadin.NET / Dişlərin ağardılma üsulu (1)

Dişlərin ağardılma üsulu (1)

 

Dişlərin ağardılma üsulu (1)

 

Dişlərin ağardılmasına dair mövzu çox genişdir və burda bir çox nüanslar və təfərrüatlar vardır, buna görə də əsas məqamları qısaca təsvir etməyə çalışacam.

Ümumi məlumat. Dişlərin ağardılmasının iki növü mövcuddur: kabinetdə (aparatla, kabinet ağardılması) və evdə (qeyri-peşəkar, ev ağardılması). Peşəkar ağardılma həkim nəzarəti altında aparılır, xüsusi izolyatorlardan, ayrıca gellərdən və aktivatorlardan istifadə olunur. Aktivatorlar qismində, yəni kimyəvi reaksiyaları sürətləndirən vasitələr kimi ultrabənövşəyi şüalanma, lazer şüalanması, istilik (infraqırmızı şüalanma) və xüsusi kimyəvi birləşmələr (katalizatorlar) çıxış edə bilər. Hazırda ən çox yayılmış və səmərəli metod LED lampalardan (“soyuq işıq” adlandırılan) və kimyəvi aktivləşən gel qarışıqlarından istifadə etməklə fotoağartmadır. Ağardıcı gellərin tərkibində müxtəlif konsentrasiyalarda karbamid peroksid (Carbomide Peroxide) və hidrogen peroksid (Hydrogen Peroxide) vardır. Bakıda tez-tez istifadə olunan üsullar Luma cool və ZOOM aparatları ilə ağartmadır.

Ev şəraitində ağardılma zamanı əhəmiyyətli dərəcədə az konsentrasiyalı aktiv maddələrə malik xüsusi kappalardan (dişlərə geydirilmiş qoruyucu və depozit funksiyasını yerinə yetirən plastinkalardan) istifadə edilir. Kappalar hər bir pasiyent üçün xüsusi olaraq hazırlanır və onun dişlərinə və diş cərgələrinə tam şəkildə uyğun gəlir. Həmçinin də ev şəraitində minimal güclü LED aktivatorlarından istifadə edən modifikasiya olunmuş ağartma sistemləri mövcuddur. Ancaq əlbəttə ki onlar peşəkar ağartma metodlarından daha az effektlidir.

 

Dişlərin ağardılma üsulu (1)

 

Çox zaman bu metodların hər ikisindən (kabinet və ev şəraitində ağartma) eyni zamanda istifadə olunur. Yeri gəlmişkən, daha çox effektli ağardılma məhz o zaman müşahidə edilir. Biz öz təcrübəmizdə kimyəvi peşəkar ağartma metodikasını tətbiq edirik, belə ki o daha sadə və effektli ağartma üsuludur. Bizim tərəfimizdən daha təhlükəsiz, daha çox ağartma effektinə malik və sürətlə təsir göstərən sistem olan BOOST sistemindən istifadə olunur. Zərurət yarandığı təqdirdə eləcə də Kapp və Opalescence PF preparatından istifadə etməklə kombinasiya edilmiş (kabinet və ev şəraitində ağartma) ağartma tətbiq olunur.

Aşağıdakı nüanslara diqqət yetirmək mütləq vacibdir:

Ağartmanın yalnız faktiki olaraq sağlam, zədələnməmiş dişlər üzərində, yəni heç bir nöqsanı (kariyes, emal təbəqəsinin aşınması, qopuqlar, çatlar və sair) olmayan dişlərə tətbiq edilməsi tövsiyə olunur. Əgər dişlərdə plomb vardırsa, ağartma prosedurundan sonra onları dəyişdirmək məsləhət görülür. Əgər mövcud olan plomblarda nöqsanlar vardırsa və yaxud onlar qənaətbəxş səviyyədə deyilsə, o zaman ağartmanın tətbiq edilməsi ümumiyyətlə məsləhət deyil, çünki hiperhəssaslıq və pulpit (diş özəyinin iltihabı) əmələ gəlməsi riski çox böyükdür.

Paradontozun mövcudluğu da dişlərin ağardılması prosedurunun həyata keçirilməsi üçün əks göstəriş hesab edilir. Əgər qinqivit vardırsa, o zaman dişlərin ağardılmasına qədər tamamilə müalicə olunmalıdır.

 

Ardı var...

Fərid Zeynalov

13 sentyabr 2015
GO BACK