Ağartma prosedurunun aparılmasından öncə mütləq dişlərin peşəkar təmizlənməsi (ultrasəs skelinq, hava ilə təmizləmə) həyata keçirilir, yəni diş daşları və bakterial təbəqə tamamilə kənarlaşdırılır.
Seanslar nə qədər çoxdursa, ağartma o qədər uzun və yavaş aparılır - əmələ gələn effekt daha uzundur və davamlı nəticə də daha çox müddətədir.
Dişlərin ağardılmasından sonra həssaslığın aradan qaldırılması və mənfi təsirlərin qarşısının alınması üçün bir neçə seans remineralizasiya həyata keçirmək lazımdır.
Dişlərin ağardılması ziyanlı deyil ki? Peşəkarcasına həyata keçirildikdə və istifadə olunan preparatın seçimi düzgün olduqda dişlərin ağardılması tamamilə ziyansızdır. Əmələ gələn cüzi həssaslıq normal hesab edilir və yerli həssaslığı azaldan preparatlarla aradan götürülür. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, remineralizasiya edən vasitələrdən istifadə bütün riskləri tamamilə aradan qaldırır.
Dişlərin ağardılmasını hansı tezlikdə etmək tövsiyə olunur? Dişlərin ağardılması kosmetik (imic) prosedurdur və buna görə də yalnız pasiyentin istəyinə görə həyata keçirilir. Biz onu ildə bir dəfədən tez olmamaqla tətbiq etməyi məsləhət görürük. Ancaq profilaktiki təmizləməni yaxşı olar ki hər 6 aydan bir aparasınız.
Ağardılma prosedurundan sonra dişlərin bəyazlığı nə qədər müddətə saxlanılır? Əlbəttə ki, hər şey çox fərdidir və həm ağız boşluğunun gigiyenasından, həm də dişlərin ilkin vəziyyətindən asılıdır. Normal şərtlər daxilində dişlərin bəyazlığı 10-14 ay qalır. Buna görə də biz bu proseduru ildə bir dəfə təkrarlamağı tövsiyə edirik.
Dişlərin ağardılması üçün yaş məhdudiyyəti mövcuddurmu? Avropa standartlarına görə ağartmanı həyata keçirməyə 14 yaşdan etibarən başlamaq olar, ancaq biz bunu yalnız 18 yaşdan yuxarı olan pasiyentlərimizdə edirik. Yuxarı yaş həddi yoxdur. Başlıcası odur ki dişlərin vəziyyəti müvafiq prosedurun həyata keçirilməsinə imkan versin.
Əgər dişlərin ağardılması arzu olunan nəticə verməmişdirsə nə etməli? Bəzi hallarda (tetrasiklinlə boyama, flyuoroz, idiopatik boyama, iatrogen boyama və sair) ağartmanın effektivliyi həqiqətən də cüzi olur. Bu halda mikroabraziya, laminasiya və estetik protezləşdirmə kimi daha radikal metodlar tətbiq edilir.
Ağartmanı sinirləri çıxarılmış dişlərdə də etmək olarmı? Olar. Bundan ötrü xüsusi vasitələrdən istifadə olunur, hansılar ki diş boşluğuna daxil edilir və ağartma prosesi daxildən aparılır. Daha öncə doldurulmuş diş kanalı açılır, xüsusi ağardıcı preparat yerləşdirilir və diş bir neçə günlük müvəqqəti plombla örtülür. Həmin prosedur bir neçə dəfə, arzu edilən nəticənin əldə olunmasına qədər aparıla bilər. Ağartmanın bitməsindən sonra diş tamamilə plomblanır.
Əgər ağardılması zəruri olan dişlərdə plomb vardırsa, nə etməli? Əgər plomblar yaxşı keyfiyyətdədirsə və heç bir zədəsi yoxdursa, ağartma prosedurundan sonra onları yeniləri ilə əvəzləmək lazımdır. Əgər mövcud plomblar qənaətbəxş səviyyədə deyilsə və dişlərdə nöqsanlar vardırsa, o zaman bu köhnə plombları çıxartmaq, diş boşluğunu yaxşıca müvəqqəti plombla hermetikləşdirmək, daha sonra ağartma və həssaslığın aradan qaldırılması üçün bütün prosedurları həyata keçirmək və artıq bundan sonra dişləri daimi plomblarla bərpa etmək lazımdır. Yekun tamamlayıcı mərhələ kimi dişlərin remineralizasiyası həyata keçirilir.
Satışda olan ev şəraitində ağartma vasitələri effektivdirmi? Onlar ziyanlı deyil ki? Apteklərdə və marketlərdə satılan ağardıcı pastalar, gellər, karandaşlar, laklar və digər oxşar vasitələr əlbəttə ki peşəkar vasitələrdən daha az effektlidir və əksər hallarda isə ümumiyyətlə effektli deyildir. Onlarda aktiv ağardıcı maddələrin konsentrasiyası çox aşağıdır və parlaqlıq effekti əldə olunmur. Ağardıcının konsentrasiyasının çox olduğu halda isə düzgün olmayan istifadə və dişlərə ziyan yetirilməsi riski mövcuddur.