Qara şokolad
Qara şokoladda çoxlu antioksidant var (bədəndə əmələ gələn zəhərli radikalları yox edir).
Qara şokoladda kakao bitkisindən gələn flavonoid adlı antioksidantlar qan təzyiqini azaldır, beyin və ürəyə qan axınını artırır, və qanda pis xolesterolun səviyyəsini azaldır-beləliklə, beyinə qaz sızmasının və infarktın riskini azaldır. Qara şokolladda nə qədər çox kakao oldu, şokolad o qədər acı dad verir, və insanlar ən azı 70% kakaolu olan qara şokolad yeməlidilər.
Gündəlik şokolad yemək sizin üçün yaxşıdır.
Alimlər müşahidə ediblər ki, bir neçə həftə ərzində gündəlik flavonoidi çox olan kakao və kakaolu qidalar yeyən insanların qan təzyiqləri 2-3 bal azalıb. Amma təbii ki, şokolad gündəlik ehmalla yeyilməlidi, maksimum ~ 28 qram, çünki, şokolad yüksək kaloriyalıdı. Və flavonoid antioksidantları digər qidalarda da var, məsələn, tünd rəngli meyvə və tərəvəzlərdə, fındıq-qozda, lobya-paxlada, və ədviyyatlarda. Şokoladdan fərqli olaraq, süddə flavonoid isə çox azdır.
Badam
Badamlar xeyirli qida ilə dolu meyvələrdi – liflər, riboflavin (B2) vitamini, magneziyum (Mg), dəmir (Fe), və və çoxlu kalsiyum (Ca) mineralları, anti-oksidant E vitamini ilə zəngindirlər. Və ən əsası da, badamlardakı yağın çoxu qanda xolesterolun səviyyəsini azaldan, xeyirli doymamış yağlardandır.