Sağlamlıq üçün gündəlik 12-saatlıq yemək yemək periodu
Hamıya məlumdur ki, insan nə qədər az qida, kaloriya qəbul elədisə, o qədər də çox yaşayır. Amma az adama məlumdur ki, gündəlik yemək yemək üçün 24 saatın sadəcə 1 yarısını istifadə etmək məsləhətlidir.
Beləki, insan bədənindəki fizyoloji proseslər (məsələn, qandakı hormonların miqdarı) 24-saatlıq ritm ilə işləyir (circadian rhythm deyilir). Beləliklə, bu 24-saatlıq ritm fərqli xarici təbiət amillərindən (məs. günəş işığı) və daxili göstəricilərdən (məsələn, qandakı şəkər miqdarı) mesaj-siqnal alaraq, bədənin fərqli proseslərini tənzimləyir. Günün sadəcə bir yarısı zaman yemək qəbul eləmək bu daxili 24-saatlıq biolojik saatımızı doğru siqnallar göstərməklə, bizim fizyolojik-metabolizma proseslərin daha da sağlam şəkildə çalışmasına yardım edir. Onunla, bədən artıq çəki qazanmır, şəkər və ürək xəstəlikləri kimi öldürücü (mortal) xəstəliklərin riski azalmış olur.
Yəni, fərq eləmir, evdə sağlam şəkildə qidalanırsınız ya da evdən-kənar restoranlarda tez-bazar yemək yeyirsiz; az yeyirsiz və yaxud çox yeyirsiz; günün sadəcə davamlı 12 saatı ərzində bu yemək qəbulu olduqda, digər 12 saat bədən bu yediyiniz qidanı daha da yaxşı metabolizma edir, həm də siz bədəndəki qaraciyər kimi vacib orqanlara dincəlməyə vaxt verirsiz.
Qısacası: Günün ilk yemək qəbulu səhər şirin çayla və yaxud bir qəndlə içdiyiniz çayla başlayır. Əgər ilk içki-yeməyi, deyək ki, səhər 8.15-də qəbul elədiz, çalışın ən son qəbul edilən içki-yemək axşam saat 8.15dən gec olmasın. Bu qədər sadə.
Xərçəng xəstəliyinin əlamətləri
Xərçəng xəstəliyinin hansı orqanlarda meydana gəldiyinə görə fərqli əlamətləri vardır:
· Zigillərdə əmələ gələn böyümə, qanaxma, rəng dəyişkənliyi, yara
· Dəridəki xalların forma, böyüklük və rəng dəyişiklikləri
· İki həftə keçməsinə baxmayaraq sağalmayan yaralar
· Uzun müddət səsin tutulması və arası kəsilməyən, bəzən qan ilə müşahidə olunan öskürək
· Səs batıqlığı
· İfrazat halının dəyişilməsi
· Qeyri-təbii olaraq ifrazat orqanlarında qanaxmanın baş verməsi
· Qidanı udarkən çətinlik çəkmək və həzmin pisləşməsi
· Döşlərin və ya bədənin hər hansı bir yerində əmələ gələn şiş və sərtliklər
· Nəcisləmə sistemində dəyişiklik
· Hər hansı bir yerdə qanaxma