Amerika Dental Assosiasiyası gündəlik ən azı iki dəfə dişinizi fırçalamağı tövsiyyə edir.
Dişlərinizi fırçalayanda, siz yemək qalıntılarını və dişlərinizin üzərində əmələ gəlmiş nazik təbəqəni yox edirsiniz. Hər yeməkdən sonra bu nazik təbəqədə olan bakteriyalar turşular ifraz edir, və bu turşular dişin ən üst təbəqəsi, ağ sümük enameli, yumşaldır. Bu davam etdikdə, enamel dağıla bilər və dişdə boşluqlar əmələ gəlir. Həm də, uzun müddət ərzində dişlərinizi fırçalamasanız, dişlər üzərindəki təbəqə təmizlənməyən “tartar”-a çevrilir.
Dişlərinizi nə vaxt fırçalamaq istədiyinizi yediyiniz yemək bəlli edə bilər. Məsələn, turşulu içki vəya yemək qəbul etdikdən sonra, dişlərinizi ən azı 30 dəqiqə sonra fırçalayın. Çünkü, bu turşular enamel təbəqəsini yumşaldır, və dişləri bu zaman fırçaladığınızda, zəiflədilmiş enamel təbəqəsi tez dağılır. Həm də buna görə, turşulu içkilər (məsələn, süd, kola, apelsin soku) içəndən sonra, su için. Bu dişlərdən turşunu yuyub aparır.
Sağlam qidalanın. Əgər dişlərinizi fırçalayanda qanama baş verirsə, bu anormaldır. Mütləq stomatoloqdan məsləhət alın.
Dişləri necə düzgün fırçalamalı
İnsanlar qocaldıqca əsas tibbi problemlər arxa dişlərdə rast gəlinir. Onun üçün arxa dişlərin sağlamlığına xüsusi diqqət yetirilməlidir
İlk öncə arxa dişlərinizin üstünü və sağ-sol tərəflərini yaxşıca fırçalayın. İlkin zamanlarda bu qanaxmaya səbəb ola bilər. Belə olduğu halda belə zərifcə fırçalamağa davam edin. Tez-tez və sərt fırçalamaq arxa dişlərinizi təmizləməkdə effektiv deyil, və dişin üst mineral qatını pis zədələyə bilər. Fırçalanması asan olan ön dişləri ən sonda fırçalayın.
Fırçaladıqdan sonra dişlərinizin təmizliyini yoxlayın. Bəyaz olmayan diş hissələrini bir daha fırçalayın.
Aşağıdakı videoya baxmağı unutmayın.
Camal Əliyev