Qadin.NET / Yüksək qan təzyiqindən qorunun!

Yüksək qan təzyiqindən qorunun!

Əgər qan təzyiqiniz 140-90 mm Hg-dir (sistolik və diyastolik) vəya daha da çoxdur, ola bilər ki, yüksək qan təzyiqi xəstəliyi (haypertenşn) üçün tibbi dərmanlardan istifadə etməyə tərəddüdlə yanaşasız.

 Ona görə, həyat tərzinizdəki sağlamlığa doğru müsbət dəyişikliklər qan təzyiqinizi  idarə etməkdə sizə kömək ola bilər. Buna görə, aşağıdakı tibbi elminin məsləhət gördüyü 10 müsbət dəyişikləri həyatınıza qata bilərsiz.
Yüksək qan təzyiqindən qorunun!
1. Artıq kilolardan qurtulun və belinizin ölçüsünə diqqət edin.
Çəkiniz artdıqca qan təzyiqi artır. Sadəcə 4.5 kiloqram arıqlamaqla, qan təzyiqinizi azalda bilərsiz. Həm də, kilolarınıza diqqət etdikdə, qan təzyiq dərmanları sizin  sağlığınıza daha da effektiv təsir göstərir.
Kilolardan əlavə, bel ölçünüzə də diqqətlə yanaşmalısınız. Kişilərin bel ölçüsü 1.02 metrdən böyük olduqca, yüksək qan təzyiqi riski var. Qadınlarda isə bu rəqəm 0.89 metrdi. (Təbii ki, bu rəqəmlər ümumi statistikadı, və adama görə dəyişə bilər).
2. Mütəmadi olaraq idmanla məşğul olun.
Gündəlik 30-60 dəqiqə yüngül idman qan təzyiqinizi 4-9 mm Hg civarında azalda bilər. Yüksək qan təzyiqi xəstəliyi riski olan şəxslərdə (120-129/80-89 mm Hg) gündəlik idman xəstəliyin inkişaf riskini azaltmış olar. Gündəlik 10 dəqiqə yüngül idman (qaçmaq, gəzmək) belə sizin üçün çox xeyirli olar.
Həftəboyu pasiv olmağı kompensasiya eləmək üçün, həftəsonu elədiyiniz intensiv idman sizing qan təzyiqinizə xeyirdən çox ziyan gətirə bilər.
Yüksək qan təzyiqindən qorunun!
3. Sağlam qidalanın.
Meyvəsi, tərəvəzi, süd məhsulları bol olan, və xolesterolu, hopdurulmuş yağı az olan diyetalara üstünlük verin.  Bu sizin təzyiqi 14 mm Hg azalda bilər. Qidalanmaq vərdişlərinizi dəyişmək çətin ola bilər. Aşağıdakı tövsiyyələrdən istifadə edə bilərsiniz.
Qida gündəliyi tutun. Gündəlik nə yediyinizi bir yerə qeyd eləsəniz, öz diyetanız haqqında daha da düz fikrə sahib olarsız. “Nə, nə qədər, nə zaman və niyə” yediyinizi qeyd edin.
Qidalarınızda kalium (K) mineralını artırın, natrium (NaCl, stolüstü duzu) duzuni isə azaldın. Bunun üçün bol meyvə və tərəvəz yeyin.
Marketə getmədən nə alacağınızı “şopping list”-ə qeyd edin. Aldığınız məhsulların üzərini oxuyun, diyetanıza uyğun məhsullara üstünlük verin.
Təbii ki, hərdən də bu sağlam diyetaya daxil olmayan, amma sevdiyiniz yeməklərdən də yeyə bilərsiz, məsələn, məşhur “junk food” KFC toyuqları yada duzlu Makdonalds çipsləri.
4. Diyetanızda Natrium duzlarını azaldın.
Natrium duzlarını yeməklərinizdə azca azaltsanız belə, bu qan təzyiqinizi 2-8 mm Hg azalda bilər. Gündəlik qəbul elədiyinizi Natriumun maksimum limiti 2300 milliqram olmalıdı, qocalar üçün isə bu 1500 milliqrama enməlidi.
Gündəlik yemək və içməklə təxminən nə qədər Natrium qəbul elədiyini bir yerə qeyd edin.
Natrium duzunun səviyyəsini öyrənmək üçün aldığınız məhsullarınız üzərini oxuyun.
Konservləşdirilmiş yeməklərdən uzaq durun, məsələn kartof çipsləri, dondurulmuş ətlər.
Yeməklərə təam üçün duz qatmayın, ədviyyətlar qatın. 1 balaca çay qaşığında təxminən 2300 milliqram duz var.
Natrium duzunun diyetanızda səviyyəsini yavaş-yavaş azaldın, vaxt keçdikcə buna dilinizdəki dad telləriniz öyrəşəcək.\
Yüksək qan təzyiqindən qorunun!
5. Alkoqol içməyin (ya da çox az için).
Alkoqol qan təzyiqinizi bir neçə mm Hg çoxalda bilər. Məsələn, gənclər üçün, təxminən 0.7 litrdən çox pivə içmək zərərlidir.  Nə qədər alkoqol içdiyinizi bir yerə qeyd edin. Məclislərdə dalbadal alkoqol içmək qan təzyiqinizi qısa zamanda riskli həddə çıxara bilər.
6. Siqaretdən (nikotindən) uzaq durun.
Siqaret çəkmək yada siqarət çəkənlərin yaxınında olmaq qan təzyiqinizi 10 mm Hg yada daha çox artıra bilər. Gün ərzində davam siqarət çəkənlərin qan təzyikləri həmişə yüksək həddə olur.
7. Gündəlik az kafein (kofe) qəbul edin.
8. Stresi azaldın.
Sizə ən çox stres verən stresor amillər haqqında düşünün, məsələn, maddi vəziyyətiniz. Stresor amilləri öyrəndikdən sonra, stresi sağlam şəkildə azaldın, məsələn, idman edin, həyatda ən böyük nailiyyətləriniz haqqında  düşünün…
9. Mütəmadi olaraq qan təzyiqini evdə yada xəstəxana ölçün/ölçdürün.
10. Ailə üzvləriniz və dostlarınızdan yardım istəyin (stresor amilləri azaldın).
Camal Əliyev
21 iyul 2015
GO BACK