Qadin.NET / İdman görmə qabiliyyətini qoruyur

İdman görmə qabiliyyətini qoruyur

İdman görmə qabiliyyətini qoruyur

Yaşlandıqca, görmək qabiliyyətinin itməsi çox yayılıb və dağıdıcıdır. Yeni elmi araşdırma ehtimal edir ki, fiziki idman yaşlandıqca gözləriminizin sağlamlığını qoruya bilər.

Çoxlu elmi araşdırma göstərib ki, fiziki fəal olmaq və idman eləmək qandakı BDNF adlı kimyəvi maddənin (neyro-hormon) qandakı səviyyəsini artırır. Bu neyrohormon beyindəki neyronları (beyin hüceyrələrini) gücləndirir, beləliklə, idman zehni və beyni kəskin edir.

Amma bilmək lazımdır ki, beyin hüceyrələri (neyronlar) təkcə beyində yox, həm də iç gözün retina təbəqəsində də vardır, və bu göz neyronları bizə görmə qabiliyyəti bəhş edir. Beləliklə, ola bilər ki, beyinin sağlamlığını artıran BDNF neyrohormonu gözdəki neyronların da sağlamlığını artırır və gözün görmə qabiliyyətini qoruyur.

Bu fikiri düzlüyünü yoxlamaq üçün, Amerikadakı alimlər sağlam laboratoriya sıçanlarını iki qrupa böldülər. Birinci qrup sıçanlar gündəlik öz qəfəslərində nisbətən hərəkətsiz qalıb, ikinci qrup isə qəfəslərində qurulan ötürücü (treadmill) üstündə gündəlik 1 saat hərəkət ediblər. 

İdman görmə qabiliyyətini qoruyur

Sonra, hər iki qrupda olan sıçanların yarısı, 4 saatlıq çox parlaq işıq ilə gözləri zədələnib (gözün özünü yeniləməsi qabiliyyətini ölçmək üçün). Digər yarısı isə, qaranlıq qəfəslərində qalıblar. Sonra hər iki qrup sıçanlar normal rutinlərinə qayıdıblar, birinci qrup durğun olan, ikinci qrup isə gündəlik bir saat qaçanlar. İki həftə sonra yoxlanıldıqda, qaçmayan və parlaq işığa məruz olan qrupdakı sıçanların gözlərində retina neyronlarının 75% məhv olmuşdur. Bunlardan fərqli olaraq, gündəlik idman edən sıçanların retina neyronların sayı iki dəfə çox idi və neyronlar daha da funksionaldır. Belə nəticəyə gəlmək olar ki, idman parlaq işıqdan zərər çəkən retina neyronlarına yaşamaq qüvvəti verir, onları gücləndirir.

Sonrakı araşdırmalar göstərdi ki, gündəlik idman edən sıçanların retina neyronlarınnın sağlamlığını artıran maddə BDNF imiş. İdman retinadakı BDNF hormonunun səviyyəsini artırır, və bu horman retina neyronlarına müsbət təsir edir.

Düzdü, sıçanların retina neyronları insanlardakından fərqli ola bilər. Gələcəkdəki insanlar üzərində aparılan araşdırmalar oxşar nəticələri göstərsə, sadəcə idman eləməklə, qandakı kimyəvi maddələr retina neyronlarını sağaldar və bizim görmə qabiliyyətimizi qoruyar. Bu idman yolu, müalicə zamanı adamın xəstə gözünə iynə salmaqdan daha çox rahat və qat qat ucuz başa gəlir.

Camal Əliyev

2 avqust 2015
GO BACK