Qadin.NET / Oruc zamanı diş ağrısı çəkməmək üçün

Oruc zamanı diş ağrısı çəkməmək üçün

Ramazan ayı ilə birlikdə lazımlı ağız və diş yoxlanışlarının edilməsi vacibdir. Bir çox adam üçün qorxuya çevrilən diş ağrısı, oruc tutarkən daha da dözülməz hala gələ bilər. Bu səbəblə diş həkimi yoxlanışlarınıza laqeyd yanaşmayın.

Həzmin ağızda başladığı və ağız və diş sağlamlğımız bütün həzm sistemimiz üçün çox əhəmiyyətlidir. Buna görə nizamlı diş həkimi yoxlanışı vacibdir.

Əvvəlcə diş həkimi ziyarətləri süd dişlərinin çıxması ilə başlamalıdır. Cünki dişlər ağız içində olduqdan sonra qidalanmanın da təsiriylə hər daim çürümə riski təşkil edərlər. Süd dişləri doğru vaxtda qədər ağız içində olmalıdır. Çünki tez itirilən süd dişləri və ya vaxtında çəkilməyən süd dişləri davamlı dişlərin ağız içində mövqeyini almasında çox əhəmiyyətli yerə sahibdirlər.

Oruc zamanı diş ağrısı çəkməmək üçün

Süd dişləri daimi dişlərin rəhbəri olduğu unudulmamalıdır. 6 yaşında çıxan ilk daimi dişlərlə başlayaraq bütün daimi azı dişlərinə qoruyucu həkimlik adı altında fissür örtücü və bütün dişlərə flor tətbiqləri edilməlidir. Fissür örtücü dişin çürüməyə meyilli dərin kanalların plomb vəsaiti ilə bağlama əməliyyatıdır. Flor isə dişin mina təbəqəsinə yerləşərək dişin xarici faktorlara qarşı daha güclü olmasını təmin edər. Davam edən müddətdə altı aydan bir diş həkimi nəzarəti tələb olunur.

Sağlam olmayan dişlərdə dişin dərin kanallıarındakı rəngləşmələr dişlərin zəif sahələridir. Qulluq əksikliyi vəziyyətində bu bölgələrdə çürümələr inkişaf edə bilər. Diş əti xəstəlikləri uzun vaxtda diş əti çəkilməsi, həssaslıq və hətta diş itkilərinə səbəb ola bilər. Ancaq nizamlı edilən yoxlanışlara görə bu ehtimallar ortadan qalxmış olur. Çürümə, diş əti xəstəlikləri və ağız qoxusu meydana gəlmədən qarşısı alınmış olur.

Kiçik bir plombla dişin ömrünü uzatmaq mümkündür. Çünki diş ağrısı inkişaf edib, qaldıqca kök ucunda infeksiyaya səbəb olur. Bu nöqtədə plomb üçün gec qalınmış dişə lazım olan müalicə kanal müalicəsidir. Hətta bəzən buna baxmayaraq gecikdirilib kök ucu infeksiyasının böyüməsi səbəbiylə dişin çəkilməsinə də gətirib çıxarır.

Oruc zamanı diş ağrısı çəkməmək üçün

Ramazan ayında bu cür problemlərə məruz qalmaq istəməyən kəslərin mütləq diş həkiminə getməsi lazımdır.

7 iyun 2015
GO BACK