Qadin.NET / Oturub qalxdıqdan sonra dizləriniz ağrıyırsa...

Oturub qalxdıqdan sonra dizləriniz ağrıyırsa...

Pilləkəni çıxıb enərkən qısa vaxt çəkən səfərdən sonra avtomobildən enərkən və yoxuş aşağı gedərkən dizin ön hissəsinin ağrıması, tez-tez diz qapağından qaynaqlanan problemlərə işarə edə bilər.

Oturub qalxdıqdan sonra dizləriniz ağrıyırsa...

Diz önü ağrısı hər yaşda ola bilər.

Dizlərə həddindən artıq yük minməsi nəticəsində diz qapağının qığıırdağı vaxt keçdikcə yumşalmaqda və qığırdaq altındakı sinir ucları daha da oyanaraq diz önü ağrısını meydana gətirir. Hər yaşda görülə bilən diz ağrısında uzun müddət oturduqdan sonra xüsusilə atılan ilk addım ağrılı olursa, adam oturduğu yerdən qalxmaqda çətinlik çəkirsə və ya dizlərini hərəkət etdirdiyində səslər gəlirsə, diqqətli olunmalıdır. Hər hansı bir ağrı olmadan da diz qapağı degenerasiyasının inkişaf edə biləcəyi, ağrının daha da gec əmələ gələcəyi bilinməlidir.

Oturub qalxdıqdan sonra dizləriniz ağrıyırsa...

Uzun müddət dizlər bükülü oturmaq olmaz.

Yoxuş aşağı gedərkən və ya pilləkəndən enərkən dizin ön tərəfi, diz qapağı ilə bud sümüyü bir birinə çox yaxınlaşdığı üçün bu müddətdə bir balanssızlıq varsa, ağrı meydana gələr. Diz bükülü bir formada uzun müddət oturmaq da diz qapağına təzyiq meydana gətirəcəyi üçün hərəkətə keçəndə adam ağrı hiss edər. Əyilərkən və diz üstündə çalışan kəslərdə tez-tez bu hal yaşanır.

Bu sıranın ilkində ev xanımları yerləşir. Bu ağrının səbəbi diz qapağının struktur səhvliyi, dizin üst qismindəki bud əzələləri və ya altdakı tendon ya da yaxın vaxtda keçirilmiş sadə bir zədədən qaynaqlana bilər.Təzyiqin diz qapağına fərqli gəlməsi və tez qığırdaq yumşalması degenerasiyaya səbəb olur.

Həyatı asanlaşdırmaq sizin əlinizdədir.

Diz ağrısının qarşısının alınması əksəriyyətlə sizin öz əlinizdədir. Dərman, əməliyyat və fiziki müalicədən əvvəl həyat tərzi dəyişdirilməlidir. Bu səbəblə;

- Yerdə yemək yeməməli, masada oturulmalıdır.

- Qılçanı bükərək omba altına almaq kimi oturmaq vərdişlərindən uzaq durulmalıdır.

- Xüsusilə, yuxarı mərtəbədən enərkən liftdən istifadə edilməlidir.

- Mümkün olduğu qədər yöxuşlu yollardan yox, düz yollardan istifadə edilməlidir.

Oturub qalxdıqdan sonra dizləriniz ağrıyırsa...

Diz ön hissəsindəki ağrısında son variant cərrahi müdaxilə.

Xəstələr uzun vaxtdır narahat edici və şişin də yoldaşlıq etdiyi şiddətli diz ağrısı ilə həkimə müraciət etməkdədirlər. Diz ağrısında əvvəlcə doğru diaqnoz çox əhəmiyyətlidir. Diz qapağı həkim tərəfindən dəyərləndirilir və dəyişkən bucaqlarda çəkilən rentgenlərlə diz qapağının hərəkətləri müşahidə olunur. Müalicənin başlanğıc mərhələsində xəstənin rahatlığını artırmaq üçün iltihabi zəiflədici dərman verilir.

İltihab müalicəsindən sonra fiziki müalicə müddəti başlayır. Xüsusilə, əzələ balanssızlığı və ya əzələ gücü balanssızlığı varsa, fiziki müalicə çox əhəmiyyətlidir. Diz qapağı daha çox yana doğru hərəkət etdiyində xəstələrə diz qabağının hərəkətlərinə nəzarət edən dizliklər verilir. Əgər bunlardan istənilən nəticə əldə olunmursa, cərrahi müalicəyə ehtiyac görülə bilər.

Oturub qalxdıqdan sonra dizləriniz ağrıyırsa...
Diz qapağı çölə doğru yer dəyişdirməyə meyillidirsə.

Xüsusilə diz qapağının balanssızlığı bilinirsə, Artroskopiya boşaltması deyilən cərrahi əməliyyat tətbiq edilir, təxminən yarım saat çəkir. Gərgin olan xaricdəki düyünlər cərrahi yolla genişləndirilir.

Diz qapağının yerləşmə yerini dəyişdirməyə istiqamətli əməliyyat isə ümumiyyətlə diz qapağı xaricə doğru çıxmağa başlayan şiddətli ağrısı və qığırdaq ziyanı olan kəslərdə secim edilir. Yaxşılaşma müddəti xəstədən xəstəyə fərqlidir. Bəzi xəstələrə məhdudiyyət gətirilib, xarici cihazlarda bir müddət ayaqda düzəliş edilir.

7 iyun 2015
GO BACK