Qadin.NET / Pəhriz başına oyun açdı

Pəhriz başına oyun açdı

Pəhriz başına oyun açdı

Bu məqalədə pəhrizə başlamamışdan, çəki azaltmamışdan əvvəl yüz ölçüb, bir biçməkdən söhbət açılacaq. Artıq çəkidən azad olmaq istəyərək 18 kq-a düşən bir qadının acı hekayəsini oxuyun.

Kaliforniyanın San-Clamento şəhərində yaşayan Raşel Farrok 10 ilə yaxındır “Anoreksiya Nervoza” xəstəliyindən əziyyət çəkir. Bu an həyat yoldaşı Rod Edmondson tərəfindən baxılan Raşelin çəkisi 18 kq-dır.

Bütün bu kədərli hadisələr olmamışdan qabaq Raşel 56 kq və gözəl aktirisa imiş. Müştərisi olduğu bir idman zalında müəllim işləyən Rodla da orda tanış olub, bir-birlərini sevib ailə qurublar.

Pəhriz başına oyun açdı

Həmin zamanları Rod belə xatırlayır:

“Gözəl, bacarıqlı, sağlam və çox ağıllı, öz üzərndə işləmək baxımından çox aktiv idi. Məktəbdə və universitetdə birinci yerə çıxmışdı. Əsl mükəmməl insan idi” 

Bu xoşbəxt ailə rəsmi Raşel xəstəliyə tutulandan sonra pozulmuşdu. Raşel deyir:

“İlk vaxtlar hər şey məsum idi, sadəcə daha gözəl bir qarın əzələsi üçün bir-iki kilo verməyə başladım. Sonra ani birşəkildə işdən çıxarıldım. Əzab dolu keçmişin də təsiri ilə hər şey nəzarətdən çıxdı.”

Bu çəki itirmək məsələsi elə vəziyyətə gəlir ki, 37 yaşlı qadın 18 kq-ya düşür. Bu vəziyyətdə bir çox xəstəxanalar müalicə mərhələsinin keçdiyini ortaya qoyaraq Raşelin müalicəsindən imtina edir. Fədakar əri işindən ayrılaraq yeriməyi belə bacarmayan arvadına qulluq etməyə başlayır.

Ölkədə müalicə üçün onu sadəcə bir xəstəxana qəbul edirmiş, lakin, hər ikisi də işsiz olduğu üçün xərcləri ödəyə bilmirlər.

Hər kəs ümidini kəssə də, Rod sevdiyi qadının vəziyyətini mediyaya çatdırıb, onun “yaşamaq istəyirəm, köməyinizə ehtiyacım var” çıxışlı videosunu yayımlayır. Video qısa vaxtda böyük diqqət çəkir. Xəstəxana xərcləri üçün lazım olan 100.000 dollardan çox pul məhz həmin videoa baxan insanlar tərəfindən yığılır.

Pəhriz başına oyun açdı

Müalicəsi başlayan Raşel əvvəlki həyatına qayıtma qüçün can atır.

“bacım aktirisalıq etdiyim, yaxud adi işlərlə məşğul olduğum vaxtlara aid şəkillərdən albom düzəldib mənə verdi. Onlara baxdım, sanki dünya başıma fırlandı. Çünki sadəcə və sadəcə bir neçə il əvvəl idi. Həyatımı boş yerə necə məhv etdiyimi fikirləşdim. Tək istədiyim şey odur ki, yenə əvvəlki kimi azad və güclü qadın olum”- deyə Raşel qeyd edir.

Cütlük bu xəstəlik və digər pəhriz xəstəlilklərinin mübarizəsi ilə də məşğuldur.

“İnsanlar bu gün arıq olmaq istəyib və sonradan nəsə yeməklə bu vəziyyətin keçə biləcəyini fikirləşirlər. Ancaq bu fikirləşdiyiniz qədər asan deyil. “

Pəhriz başına oyun açdı

Çünki butün qida pozğunluğu ilə bağlı olan xəstəliklər birbaşa fiziologiya ilə bağlıdır. Insanların bunu ciddiyə alması, xəstəliyin əlamətlərini hiss edirlərsə təcili həkimə müraciət etmələri vacibdir. Raşel və onun mübarizəsi insanların diqqətini bu xəstəliyə çəkdi. Xarici görnüşcə çox bədbəxt olan Raşelin bu sözləri hər kəs üçün nümunə ola bilər:

“Həyatınızı olmaq istədiyiniz insana çevrilmək üçün olan mübarizəyə xərcləməyin!”

Düşünürəm ki, bu məqalədən sonra pəhrizə başlamamışdan əvvəl bir daha fikirləşəcəksiniz. 

27 may 2015
GO BACK