Burun tıxanması böyük problemlərə səbəb ola bilər. Bəs burun hansı səbəbdən tutulur, tıxanmış burnu açma yolları nələrdir?
Burun insan sağlamlığı üçün çox əhəmiyyətli bir orqandır.
Sağlam bir tənəffüs funksiyası və sağlam bir bədən üçün burundan nəfəs alıb vermək əsasdır. Burun yalnız havanın girib çıxdığı bir orqan deyil.
Burun nəfəs alıb vermə zamanı havanı nəmləndirir, istilədir, səsimizin bizə xas olmasını təmin edir, qulağımızı havalandırır, qoxu almağımızı təmin edir.
Xüsusilə insanların burun quruluşunun sümüklü olması, onların bir çoxunda allergik xəstəliklərin tez olması səbəbiylə burun tıxanması şikayəti ən tez rast gəldiyimiz şikayətlərdən biridir.
Uzun sürən burun tıxanması problemi vaxtında müalicə edilməzsə, çox ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Tıxalı burun, tənəffüs çətinliyi, burun axıntısı, burunda qaşınma və ağızdan nəfəs alıb vermək məcburiyyətində qalındığı üçün ağız quruluğuna yol açır.
Tıxalı burnu evdə açmaq üçün bəzi reseptlər var, ancaq burun axıntısı qanla birlikdə görülürsə və ya burnunuz 10 gündən çoxdur tıxalıdırsa, mütləq bir həkimə getməlisiniz.
Duzlu su
Yarım stəkan ilıq suda əritdiyiniz yarım çay qaşığı duzu burnunuza damladaraq qıcıq və burun tıxanıqlığının qarşısını ala bilərsiniz. Duzlu suyu burnunuza çoxlu tökməyin. Kürək üstü uzanın və varsa, damlalıqla damladın. Bir burun dəliyi üçün 4-5 damla kafi olacaqdır. Təsirini göstərməsi üçün 5-10 dəqiqə gözləyin.
Çobanyastığı buxarı
Sakitləşdirici təsiri olan çobanyastığı çayının buxarı tıxalı burnu açmaq üçün də istifadə edilir.
Bir qazana 2-3 stəkan dolusu su doldurub qaynadın. Qaynadıqdan sonra ocağı söndürün və 10 dəqiqə qədər soyumasını gözləyin. Yüngül soyuduqdan sonra 6-7 ədəd çobanyastığı çayı suya qoyun və qazanın qapağını bağlayıb 5 dəqiqə gözləyin. Daha sonra qazanın qapağını açaraq çayın buxarını burnunuza çəkməyə çalışın və buxar təsirini göstərənə qədər davam edin.
Soğan
Soğanın güclü qoxusu, burun tıxanıqlığını açmaq üçün istifadə edilə bilər. Soğanın qoxusu burun açılmasına köməkçi olur. Soğanı istifadə edərkən gözlərinizin yanmaması üçün yüngül nəmli bir dəsmalı göz bandı kimi istifadə edə bilərsiniz.
Burun tıxanmasının səbəbləri
Burun tıxanmaları səbəbləri içərisində araşdırılan pozuqluqlar, ümumiyyətlə insanın keçirdiyi hər hansı bir qəza nəticəsindən ibarətdir. Yeni doğan körpələrin 7%-ində doğum əsnasında burun zədələnməsi meydana gəlməkdədir.