Qadin.NET / Qan azlığına xeyirli olan qidalar

Qan azlığına xeyirli olan qidalar

Qan azlığına xeyirli olan qidalar

Özünüzdəki halsızlığın səbəbi qan azlığı ola bilər. Özünüzü yorğun və əldən düşmüş hiss edirsiniz? Bəs saçlarınız tökülür? Halsızlıq, ürək döyünməsi, üşümə, diqqətsizlik kimi sipmtomlar sahibsinizsə, səbəbi qan azlığı ola bilər. Özünüzü daha yaxşı hiss etməyiniz üçün isə qan azlığına xeyirli olan qidalar qəbul etməlisiniz. Qan azlığına xeyirli olan qidaları tanıyaq.

Qaraciyər

Qan azlığını məğlub etməyin ən təsirli yollarından biri B12 vitamini baxımından zəngin yeməklərlə qidalanmaqdır. B12 baxımından zəngin yeməklər üçün qaraciyər, süd, yumurta, pendir, balıq və əti sayarkən, bunların içindən ən qan əmələ gətirən qida kimi qaraciyər deyə bilərik.

Qan azlığına xeyirli olan qidalar

İspanaq

Qan azlığının başqa dərmanı da ispanaq, brokoli, quru kələm, quşqonmaz kimi dəmir əmələ gətirən yeməklərdə gizlidir.

Toyuq

Toyuq və hinduşka tərəvəzlərdə olan dəmirin bədən tərəfindən daha yaxşı sorulmasını təmin edir.

Qan azlığına xeyirli olan qidalar

Yerfıstığı əzməsi

Yerfıstığı əzməsinin təkcə 2 qaşığında belə 0.6 mg dəmir var. Əgər portağal suyu ilə birlikdə yeyilərsə, portağal suyundakı C vitamini yerfıstığındakı dəmirin daha asan qana keçməsini təşkil edər.

Quru üzüm

Meyvələrdəki dəmir səviyyəsi elə də çox olmasa da, qurudulmuş meyvələr isə tam əksinədir. Xüsusilə quru üzüm qan azlığından əziyyət çəkənlərə məsləhət görülür.

Isırqanotu

Gündə 3 stəkan çayını icmək qan əmələ gətirər.

Qan azlığına xeyirli olan qidalar
Stridya

Qan azlığa xeyri olan qidalar arasında dəniz məhsullarını da unutmamaq lazımdır. Molyusk, sardinya, hamısı bu qidalar içində yer alarkən mütəxəsislər xüsusilə stridyanı tövsiyə edirlər.

Keçibuynuzu

Qan azlığına qarşı kecibuynuzu bəhməzi inanılmaz faydalıdır.

3 iyun 2015
GO BACK