Qadin.NET / Ağız yarası üçün məsləhətlər

Ağız yarası üçün məsləhətlər

Ağız yarası olanlar üçün məsləhətlər

Ağız yarasının digər adı dodaq uçuğudur. Ağız içərisində sıxlıqla yanaq və dodaq divarında, dil üzərində, yumşaq damaqda, diş əti üzərində görülən solğun sarı-qırmızı rəngdə və  olduqca ağrılı xoralaşmış yaralardır.

Dodaq uçuğu kişilərə nisbətən qadınlarda daha sıx rast gəlinir.  Eyni anda bir neçə bölgədə birdən də əmələ gələ bilər. Ağızda dil, diş əti, yanaq, damaq kimi həssas bölgələrdə meydana gəldikdə adamın yemək yeməsinə, maye içməsinə, danışmasına mane olmaqla yanaşı hətta tüpürcək ifrazatlarını belə idarə edə bilməməsinə səbəb olur.

Dodaq uçuğunun meydana gəlmə səbəbini təyin etmək üçün müxtəlif araşdırmalar edilmişdir. Ancaq dodaq uçuğunun meydana gəlməsinin səbəbi tam olaraq təyin olunmamışdır.

Düzgün qidalanmamaq

İmmunitet sisteminin zəifləməsi dodaq uçuğunun meydana gəlməsini daha da asanlaşdırır. Bu səbəblə ağız yaralarına məruz qalmadan əvvəl bədən müqavimətini artıracaq şəkildə qidalanmağa diqqət edin.

Ağız yarası üçün məsləhətlər

Stres

Davamlı gərgin olmaq insanın müqavimətinin qırılmasına səbəb olur. Migren, yüksək təzyiq və gastrit kimi bir çox xəstəliyin səbəbləri arasında qəbul edilən stres dodaq uçuğu meydana gəlməsinin də ən əhəmiyyətli səbəblərindəndir. Müqaviməti qırılan insanda dodaq uçuğu meydana gəlməsi sürətlənə bilər. Xanımlarda aybaşı əvvəli dövr, dodaq uçuğunun meydana gəlməsini sürətləndirən faktorlardandır.

Yeməklər

Sitrus bitkiləri, sirkə, turşu, kartof cipsi, duzlu və ədviyyatlı çərəzlər kimi ağız boşluğuna təsir edən yeməklər dodaq uçuğunun meydana gəlməsini sürətləndirir. Bununla birlikdə bəzi orqanizmlər üçün allergik ola bilən quru buğda, çovdar, arpa, şokolad, fındıq, qabıqlı dəniz heyvanları, soya, pomidor, badımcan, alma, əncir, pendir kimi yeməklər də dodaq uçuğunun meydana gəlməsini sürətləndirir.

Zədə

Yanaq, dil, dodaq dişləmə, sərt yeməklər  və yumşaq olmayan diş fırçaları, əməliyyatları və yaxşı adaptasiya olunmayan protezlər də dodaq uçuğu üçün uyğun zəminin meydana gəlməsinə köməkçi olarlar.

Diş məcnunu

Diş məcunlarının təmizləmə xüsusiyyətini artırmaq üçün, köpük əmələ gəlməsi üçün tərkiblərinə qatılan "natrium laurylsulfat" (SLS) ağız seliyi hüceyrələrinin dağıtmasını artırır. Bu dodaq uçuğunun meydana gəlməsinə bir baş təsirli olan bir maddədir. Xüsusilə dodaq uçuğu problemi olan insanların istifadə edə bilməsi üçün daha az faizdə (%1.25) SLS təşkil edən diş məcunları satışda vardır.

Vitamin əksikliyi

B12 vitamini və dəmir azlığı, siqaret çəkmə kimi vərdişlərin də dodaq uçuğunun meydana gəlməsinə iştirak edən faktorlar olduğu sırasındadır.

Dodaq uçuğunun müalicəsi

Dodaq uçuğuna hər hansı bir müalicə tətbiq olunmasa da, ümumiyyətlə, 7-10 gün sonra öz-özünə sağalır. Əgər bu müddət ərzində də keçmədisə mütləq bir mütəxəssislə məsləhətləşmək lazımdır.

24 may 2015
GO BACK