Qadin.NET / Qan qrupuna görə xəstəlik riski

Qan qrupuna görə xəstəlik riski

Hər qan qrupu fərqli nisbətdə xəstəlik riski daşıyır? Bəs ən şanslı qan qrupu hansıdır? Edilən bir araşdırmanın nəticələri hansı qan qrupunun daha az xəstəlik riski daşıdığını ortaya qoyub.

Şimali Qərbi İranda edilən və 55 min adamı əhatə edən bir araşdırma qan qruplarıyla xəstəliklər arasında əhəmiyyətli əlaqələr olduğunu ortaya çıxardı.

 

Amerika Milli Sağlamlıq İnstitutundan Dr. Araş Etemadi tərəfindən həyata keçirilən araşdırmanın ilk nəticələrinə görə müəyyən xəstəliklərdə 0 qrupu qana sahib olmayanların ölüm nisbətlərinin 9 % daha çox olduğu öyrənildi.

Qan qrupu mədə xərçəngi arasındakı bağın araşdırıldığı araşdırmada; A, B və AB qrupu qan daşıyanların 0 qrupu qana sahib olanlara görə 55 % nisbətində daha çox mədə xərçənginə tutulduğu nəticəsinə gəlindi. Ancaq bu nəticə 0 qrupu olmayanların xəstəlik riski daşıdığı mənasını vermir.

Qidalanma, idman vərdişi kimi bir sıra əhəmiyyətli faktor də söz mövzusudur. Lakin qan qrupu 0 olanların bir çox əhəmiyyətli xəstəliyə tutulma riski daha aşağıdır.

Daha əvvəlki araşdırmalara görə də demək olar ki bütün xərçəng növlərinin A və AB qan qruplarında çox olduğu bilinmişdi.

Xərçəngə qarşı şanslı qan qrupunu isə 0 qrupu təşkil edir.

D'Adamo'nun araşdırmalarına görə isə xərçəng və qan qrupları arasındakı əlaqə belədir:

Üzərində araşdırma edilmiş 63 min insanda , mədə xərçənginin A və AB qruplarındakı aşağı mədə turşusu ilə yaxından əlaqəli olduğu təyin olundu. Bir çox beyin və sinir sistemi xərçəngləri A və AB qruplarını seçir.

Dodaq, dil, yanaq, diş əti, yemək borusu xərçəngləri ilə tüpürcək bezlərindəki şişlər, A və AB qrupları ilə çox yaxın əlaqələri var.

Bu xərçənglərin çoxu öz özlərinə meydana gələrkən, siqareti buraxıb, spirti azaltmaq və pəhrizə diqqət etmək riski azaldır.

Qaraciyər, öd kisəsi və öd yolu xərçəngləri, dayanıqlı həzm sistemlərinə sahib O qruplarında nadir tapılır.

A və AB qrupları yenə ən çox risk altında olan qruplardı. B qrupları əgər onlar üçün təhlükəli olan qabıqlı yeməkləri yesələr, xərçəng növlərinə tutula bilərlər.

3 mart 2016
GO BACK