Qadin.NET / Dizlər arasına yastıq qoymağın faydaları

Dizlər arasına yastıq qoymağın faydaları

Dizlər arasında yastıq ilə yatmağın bir çox faydası vardır. Dizlərimizin arasına qoyduğumuz yastığın yumşaq olmaması lazımdır. Möhkəm və sərt yastıqlar olmalıdır. Çünki bu sərtlik üst ayağın digər ayaq üzərinə hərəkət etməsinin qarşısını alır. Memory Foam adı verilən yastıqlar dizlər arasına qoyulmaq üçün olduqca idealdır. Bu yastıqlar formasız olduqları üçün necə qoysanız, elə də qalır. Beləcə, gecə boyunca düşmədən yerində dayanır.

İstirahət və yuxu bədən üçün ən vacib ehtiyaclarından biridir. Bir insan bədən hərəkətləri və iş təzyiqi səbəbiylə gündəlik olaraq fiziki və zehni stressə girir. Buna görə uyğun bir mövqedə yuxu çox əhəmiyyətlidir. Onurğamızda diqqət etməmiz lazım olan 3 əyrilik vardır. Bunlar boyunda və kürəkdə olan təbii əyriliklərdi. Yatarkən bu təbii əyrilikləri qorumaq lazımdır.

Hər gün yatağımıza uzandığımız zaman çox da fikirləşmədən müəyyən bir yuxu mövqeyi tuturuq. Düzgün yatmamaq  boyun, ayaqlar, diz, çiyin və digər yerlərdə stress və gərginliyə səbəb olur və gündəlik həyatımıza da təsir edir.

Buna görə də diz yastıqları bəzi bədən hissələrini yüksəltmək və uyğun bir mövqeyə gətirməyə köməkçi olmaq üçün tövsiyə edilir. Bu üsul kürək, omba və diz sahələrindəki ağrını yüngülləşdirmək üçün istifadə edilə bilər. Dizlərinin arasına və ya altlarına yastıq yerləşdirərək ayaqları ayırıb stresə bağlı gərginliyi azalda bilərsiniz.

Dizlər arasında yastıq ilə yatmağın faydaları nələrdir?

- Dizlər arasına yastıq qoymaq yuxunu daha komfortlu hala gətirir. Üst ayağın onurğanı çəkməsinin qarşısını alaraq omba və beldəki təzyiq və əzələ gərginliyini azaltmağa köməkçi olur.

- Yastıqla birlikdə doğru anatomik uyğunlaşma təmin edilir. 

- Bel ağrısı, əzələ spazmı xəstəlikləri olan kəslərin narahatlıqlarını azaldır.

- Diz yastıqları ayaqdakı qan dövranını artırmağa kömək edir. Beləcə, əzələ gərginlikləri, ağrılı dizlər və ağrılı ayaqlar rahatlaşır.

21 may 2015
GO BACK