Qadin.NET / Yaşa görə göz xəstəlikləri

Yaşa görə göz xəstəlikləri

Yaşımızdan asılı olaraq gözlərimiz bir çox xəstəliklərlə qarşı-qarşıyadır.

Prof. Dr. Cengiz Arasa görə 0-1 yaş dövründə görmə qabiliyyətinin itmə səbəbi anadangəlmə anomaliya və bu növ xəstəliklərdən irəli gəlir.

Anadangəlmə xəstəliklərin arasında ilk pillədə katarakta, qlaukoma, ön seqment-kornea anomaliyaları durur. İlk iki yaş dövründə retinablastom adlı xəstəlik sayəsində göz şişləri qarşımıza çıxarkən, 2-5 yaşlarda əhəmiyyətli dərəcədə görmə itkisi ilə göz xəsarət alır. 2-5 yaş dövründə görmə duyğusunu azaldan səbəblərin digərləri də göz tənbəlliyi (ambliopi) və çəplikdir. Tez müalicə edilən  və müalicəyə cavab verən uşaqlıq çağının göz xəstəlikləridir.

10-25 yaş dövründə görmə itkisi yaradan səbəblərdən biri də miopiyadır. Hipermetropiya və astigmat kimi qırılma qüsurları olaraq görürük. Xüsusilə miopiya cəmiyyətin 23%-də rast gəlinir və son illərdə orta məktəb şagirdləri arasında da sıxlığı drammatik dərəcədə artmaqdadır. Qırılma qüsuruna bağlı görmə itkisi eynək və kontakt linza istifadəsindən ibarət optik müalicə və lazer refraktif cərrahiyyə əməliyyatı ilə müalicə olunur.

Yaşa görə göz xəstəlikləri

25-40 yaş dövründə görmə itkisi səbəbləri daha çox qırılma itkiləri ilə əlaqədar olur, ancaq uveit, keratit kimi gözün fərqli strukturlarını tutan infeksiyalı xəstəliklər qarşımıza çıxır.

40 yaş və sonrası gözün uyğunlaşma qabiliyyətinin azalması nəticəsində inkişaf edən presbiyopi (yaxını görə bilməmək) ən çox qarşılaşdığımız xəstəliklərdindir. Bu vəziyyət yenə optik vasitələrlə müalicə edilir.

Yaşa görə göz xəstəlikləri
50 yaş və sonrasında diabetik göz xəstəlikləri, retinal venoz tutulması, tumoral xəstəliklər və katarakt başlıca görmə itkisi səbəblərindəndir. Məsələn: diabetik göz xəstəlikləri 50 yaş sonrası insanlarda bütün dünya miqyasında ən çox görülən görmə itkisi səbəbidir.
60 yaş və sonrasında damarsal qaynaqlı və degenerativ xarakterli göz xəstəlikləri və katarakt ən çox görülən görmə itkisi səbəbidir. Bunlardan degenerativ xarakterli olan yaşa bağlı makula degenerasiyası ya da xalq dili ilə desək "sarı nöqtə xəstəliyi"  inkişaf etmiş ölkələrdə mərkəzi görmə itkisinin ən çox görülən səbəbi olaraq qarşımıza çıxır. Bu yaş kateqoriyasındakı xəstəliklərin çoxu xroniki xarakterli olub, davamlı təqib və müalicə altında olmağı tələb edir.
26 may 2015
GO BACK