Ümumiyyətlə, yetkin insanlarda qarşılaşdığımız gözaltı qaralmalara bəzən uşaqlarda da rast gəlinir. Əvvəlcə bunu bildirək ki, gözaltı qaralma uşağınızın sağlamlığının pis olduğuna və ya yuxu problemləri yaşadığı mənasını verməz.
Allergiya ən birinci gözaltı bənövşəyiliyin səbəblərindəndir. Allergiyası olan uşaqlarda burun tıxanır və uşaq rahat nəfəs ala bilmir və qan gözaltı bölgəsinə lazım olan qədər yayılmır.
Xroniki sinus infeksiyaları
Eqzema
Genetik
Göz infeksiyaları
Allergiya
Toz, bəzi yeməklər (çiyələk, balıq, fıstıq və süd məhsulları da daxil olmaqla) və müxtəlif digər səbəblər uşaqda allergiyaya səbəb ola bilər. Allergiya burun tıxanıqlığına gətirib çıxarır. Burnu tıxalı uşaqlarda gözaltı bənövşəyiliyinə daha çox rast gəlinir.
Uşağınızda allergiya, sinüzit varsa, müalicə etdirin. Genetik olan xəstəliklər üçün, təəssüf ki, edilə biləcək bir müalicə yoxdur.
Göz infeksiyası
Uşağınızın gözündə iltihablanma varsa, gözaltı ləkələrin meydana gəlməsi təbiidir. Konyuktivit, rinit, strep, bakterial və ya viral infeksiyalar gözaltı qaralmalara gətirib çıxaran səbəblər arasındadır.
Gözləri ovuşdurmaq
Uşaqlar kitab oxuyarkən və ya dərsə hazırlaşarkən barmaqlarıyla tez-tez gözlərini ovuşdururlar. Gözlərə tez-tez toxunmaq göz altına gedən qan dövranına mane olar, uşaqda erkən yaşlarda gözaltı bənövşəyiliyi meydana gətirə bilər.
Deqidratasiya
Susuzluq da uşaqlarda gözaltı qaralmaların yaranmasına səbəb ola bilir.
Soyuqdəymə
Uzun müddət soyuqlayan və müalicə mərhələsində olan uşaqda gözlərdə çuxurlaşma, göz altlarında qaralma, halqalaşma görülə bilər.
Genetik
Uşağın ana və ata tərəfində gözaltı halqaları, bənövşəyiliklər kimi dəri problemləri varsa, uşaqda da genetik vəziyyət ola bilər.
Ağbəniz uşaqlar
Dəri rəngi də gözaltı bənövşəyiliklərinə təsir edən faktorlardandır. Ağbəniz uşaqlar bu problemlə daha çox qarşılaşır.
Göz altları qaralan uşaqlar üçün nə edilməlidir?
Əvvəlcə həkimə aparıb bu xəstəliyin genetik, yoxsa hər hansı bir sağlamlıq problemindən olub-olmadığını təyin edin. Uşağınızı sağlam və balanslı qidalanadırın. Hər gün su içməsinə, bədəninin susuz qalmamasına diqqət yetirin.