Qadin.NET / Çeçələ barmağının sirləri

Çeçələ barmağının sirləri

Çeçələ barmağının sirləri

Qədim Şərq diaqnostikasında geniş tətbiq edilmiş metodlardan biri də insan əlinə görə onun səhhətinin, vəziyyətinin təyin edilməsidir. Bu diaqnostikanın dəqiqliyi hədsiz yüksəkdir. Vaxtilə təkcə imperator saraylarında deyil, Şərq hərəmxanalarının hər birində ixtisaslı həkimlər olurdu. Qadınları müalicə edən həkimlər heç vaxt öz xəstələrinin bədənini və üzünü görmürdü. Həkim gözəl cinsə mənsub olan pasientlərin səhhəti barədə yalnız onun otağının dar pəncərəsindən uzanmış əlin bilək hissəsini müayinə etməklə nəticə çıxarmalı idi.

Qədim təbiblərin fikrincə, yalnız sol əlin çeçələ barmağına görə insanın səhhətinin vəziyyəti barədə fikir söyləmək olar. Məhz bu barmağa əsasən, həkim insanın zahiri emosional şəraitdə reaksiyası, gerçəkliyin neqativ təzahürlərinə qarşı orqanizmin müdafiə reaksiyasının olub-olmadığını müəyyənləşdirirdi.

Çeçələ barmağın “meridinları” ürək və nazik bağırsaq sistemlərinə aiddir. Bu sistemlərin qarşılıqlı təsir prinsiplərini orqanizm çeçələ barmağın zahiri görkəmində əks etdirir: dəri qatının strukturu, piqmentasiyası bu cür amillərdir. Çeçələ barmağının müəyyən nöqtələrini sıxdıqdan sonra bu təzyiqə reaksiyaya əsasən yüksək dəqiqliklə pasiyentin psixi-emosional vəziyyətini təyin etmək olur.

Nevrotik anomaliyalar zamanı nöqtəvi masajdan istifadə edirlirdi. Bir sıra sadə tövsiyyələr bizim zəmanəmizə qədər nəsildən-nəsilə keçmişdir. Çeçələ barmağın dırnaq mayası səviyyəsində barmağın içəri tərəfində yerləşən nöqtənin masaj edilməsi emosional və sinir qüvvələrini artırır, stresi aradan qaldırır, ürək döyünməsini sakitləşdirir, yuxunu yaxşılaşdırır. 

Çeçələ barmağının sirləri

İnsan qıcolma həddinə yaxınlaşanda bu nöqtənin pulsasiya edilməklə sıxılması onu həmin vəziyyətdən çıxarır. Köklükdən və hədsiz iştahaya malik olmaqdan əziyyət çəkən adamlara tövsiyyə edirlər ki, yeməkdən əvvəl çeçələ barmağın yuxarı hissəsini masaj etsinlər. Pasiyentlər bu masajı özləri edə bilirdilər: kişilər sol əlin çeçələ barmağını günortaya qədər saat əqrəbinin əks istiqamətində masaj etməli idilər. Qadınlarda isə hər şey tam əksinədir; səhərlər saat istiqamətində, nahardan sonra isə saat istiqamətinin əksinə. Günorta vaxtı istər kişilərin, istərsə də qadınların bu möcüzəli nöqtəyə toxunması qadağan edilirdi.

Sol əlin çeçələ barmağına toxunmaqla onun reaksiyasına əsasən mədəaltı vəzin, ağ ciyərlərin, mədənin, böyrəklərin, sidik və öd kisələrinin funksional vəziyyəti barədə nəticə çıxarılırdı. Sığallama, iynə terapiyası, çeçələ barmağı fırlatmaqla onun sıxılması kimi masaj üsulları çox səmərəli müalicəvi nəticələr verirdi.

Bütün daxili orqanların həmahəng işini təmin etmək və orqanizmin ümumi tonusunu artırmaq üçün barmağın mayasının orta nöqtəsinin proeksiyası olan daxili tərəfdəki nöqtəyə bir tum və ya muncuq dənəsi yapışdırırdılar. Pasiyent nə qədər sakit və fleqmatik xarakterə malik olsa, onun çeçələ barmağına yapışdırılan muncuq dənəsi bir o qədər parlaq olurdu.

Qədim Şərq manikürün vətənidir. Şərqli həkimlərin fikrincə, barmaq mayasının qırmızı rəngdə olması enerjinin asanlıqla güclənməsinə şərait yaradır, mayanın yaşıl rəngdə olması isə daha güclü tonuslayıcı təsir göstərir. Onlar çeçələ barmağın dırnağını istənilən çalarlı qırmızı rəngə boyamağa məsləhət görürlər – bu stresin bütün orqanizmə sarsıdıcı təsirindən yaxa qurtarmağa kömək edirdi. Həkimlər modabaz xanımlara xəbərdarlıq edirdilər: dırnaqlara sarı rəngli lak çəkmək insan psixikasının sabitliyini azaldır, mavi, göy və qara rəngli laklar isə yeni xəstəlikləri cəlb edə bildiklərinə görə sadəcə təhlükəlidir. 

Çeçələ barmağının sirləri

Dırnaqlarını rəngləməyən qadınlara çeçələ barmaqlarına qızıl üzük taxmaları məsləhət görülürdü. Hərçənd müalicəvi üzüklər xüsusi formada hazırlanırdı - bu üzüklər qapalı olmurdu, yəni onların kiçik bir kəsiyi olurdu. Belə üzüklərin sahibi özünü həmişə gümrah, şən hiss edir, qüvvəsinə inanırdı. Bu cür üzük qaraciyərə xoş təsir göstərir, mədəaltı vəzin işini yaxşılaşdırırdı. Kişilər üzükləri sağ əlin çeçələ barmağına, qadınlar isə sol əlin çeçələ barmağına taxırdılar. 

Çeçələ barmağının sirləri 
19 may 2015
GO BACK