Qadin.NET / Mədə qanamasının səbəbləri nələrdir?

Mədə qanamasının səbəbləri nələrdir?

Mədə qanaması mədədə müxtəlif faktorlar ilə ibarət olan qanamalara verilən addır. Sıxlıqla mədə xorası ilə meydana gəlsə də, stress və müxtəlif xəstəliklər ilə də meydana gələ bilər. Mədə qanamaları təhlükəlidir və qan itkisi yaradır. Bu səbəblə mədə qanamasını tanımaq çox əhəmiyyətlidir.

Mədə qanaması yalnız mədəni əhatə edən bir qanama deyildir. Ağız, yemək borusu, mədə və bağırsaqlarla yanaşı bütün bölgədə meydana gələ bilər. Mədə qanamaları üst mədə-bağırsaq sisteminin və alt mədə-bağırsaq sisteminin qanamaları olaraq ikiyə ayrılır.

Mədə qanamasında qanamanın olduğu bölgə və şiddətə bağlı olaraq ifadə edilir. Yüngül keçirilən qanamalarda qanama özünü müəyyən etməz lakin qansızlıq yaşanır. Qan nəcis ilə birlikdə atılır və nəcisin rəngində çox dəyişmə olmadığından xəstə tərəfindən anlaşılmır. Şiddətli olan mədə qanamasında, nəcis tünd rəng və ya qatran kimi ola bilər. Halsızlıq, solğunluq, baş gicəllənməsi, göz qaralması, nəfəs darlığı baş verə bilər. Qırmızı və qəhvəyi qusma ola bilər.

Mədə qanamalarının başlıca səbəbi mədə və yemək borusunda yaranan problemlərdir. Siroz və qaraciyər xəstəlikləri da qanamağa səbəb ola bilər. Yemək borusu və mədədə olan xoş və bəd  xasiyyətli şişlər qanamağa səbəb ola bilər.

Qalın bağırsaqda yaranan təzyiqlər, bağırsaq yırtıqları qanamaya səbəb ola bilər.

Bağırsaqlarda damarların böyüməsi, iltihablar qanamaya səbəb ola bilər.

Həddindən artıq spirtli içkilərdən istifadə edən insanlar uzun müddət aspirin və qan durulducu istifadə edənlər, siqaret çəkənlər, mədə xorası olanlar mədə qanaması riski daşıyırlar.

Mədə qanamasının  əlamətləri nələrdir?

• Qarın bölgəsinin üst hissəsində ağrı və narahatlıq hiss edilməsi

• Mədədə meydana gələn həzmsizlik və qabarıqlıq şikayətləri

• Ürəkbulanma və qusmayla birlikdə yanma hissi

• Mədədə toxluq hissi

• Qusmanın  təzə qırmızı rəngdə ya da qəhvə rəngində olması

• Ağızdan  qan gəlməsi və halsızlıq hissi

Mədə qanaması əlamətləri yaş qruplarına görə fərqlilik göstərə bilər. Bəzi hallarda heç əlamət göstərməyə bilər. Əlamətlərin biri, ya da bir neçəsi bir arada ola bilər.

Mədə qanamasının  müalicəsi

İlk öncə mədə qanamasının altda yatan səbəbi aşkarlanmalıdır. Dərman istifadəsi səbəbi ilə yaranan qanamalarda, dərmanlar dərhal kəsilməlidir. İnfeksiya qaynaqlı qanamalarda dərhal antibiotik istifadəsinə başlanmalıdır. Spirt və siqaretdən uzaq dayanmaq, nizamlı və sağlam qidalanmaq mədə qanaması müalicəsində çox əhəmiyyətlidir. Kontrol altına alına bilməyən qanamalarda xəstə cərrahi əməliyyata alına bilər. Xəstədə qanamağa səbəb olan vəziyyət aşkar edilməyincə qanama özünü təkrar biruzə verə bilər. Bu səbəblə xəstəliyin altında yatan səbəb qətiliklə müalicə edilməlidir. Xəstələrə müalicə sonrası mədə dərmanları yeməklər ilə birlikdə istifadə üçün verilir. Bundan sonrası xəstənin sağlam həyata uyğun gəlməsi ilə əlaqəlidir.

 

 

23 iyun 2015
GO BACK